Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu xəstəliyi olanlara qurban əti yemək olmaz!

Qarşıdan gələn Qurbanlıq günü ilə əlaqədar çox evlərdə quzu, qoç əti bol olacaq və bu ətdən yeməklər bişəcək

Qurban ətindən yemək, dadmaq savabdır deyirlər. Amma son zamanlar əhali arasında yayılmış bəzi xəstəlikləri nəzərə alıb qoyun, qoç ətinin zərərləri barədə də xəbərdarlıq etməyi vacib hesab etdik.

Medicina.az qurban ətinin hansı xəstələrə qadağan olduğunu araşdırıb. Əgər bu siyahıya nəzər yetirsək, onu demək olar ki, çox insanlar bu ərəfədə qurbanlıq ətdən bişən yeməklərdən uzaq durmalıdır.

Terapevt Arzu Musayevanın sayta verdiyi açıqlamada qoyun ətinin bu patologiyalara zərərli olduğunu bildirdi:

" İlk növbədə, qoyun əti mədə-bağırsaqda turşuluq dərəcəsini artırır, gec həzm olur. Ona görə xorası, qastriti, reflüks, yüksək turşuluqla bağlı mədə problemləri, xolesistiti olan insanlara qoyun əti yemək olmaz.

Qurbanlıq ət 2 yaşa kimi uşaqlara və yaşı 70-i keçmiş ahıllara da olmaz. Çünki 2 yaşa kimi uşaqların mədə-bağırsağı və turşuluğu bu ətin həzminə uyğun inkişaf etməyib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Həmçinin əhali arasında geniş yayılmış bu xəstəliklərdə də qoyun ətindən uzaq durulmalıdır:

-Artrit, artroz – qoyun sümüyündə olan bakteriyalar xəstəliyi ağırlaşdıra bilər
-Ateroskleroz – damarlarında tutulması olanlar
-Qan təzyiqi yüksək olanlar
-Şəkərli diabet xəstələri

-Ürək –damar problemləri olanlar, insult, infarkt keçirənlər, ürəyində stend yerləşdirilənlər – qoyun ətində yüksək miqdarda lipid olduğu üçün qanda lipidi artırır.
-Böyrəklərində və öd kisəsində daş olanlar
-Qaraciyər xəstələri
-Podaqrası olanlar

Xüsusən qurban kəsiləndən sonra içalatını qovurma edib yeyənlər də ehtiyatlı olmalıdır. Qoyunun qaraciyərində sidik turşusu çox olduğundan, podaqra, daş və oynaq problemi olanlar ikiqat zərər görə bilər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar