Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Plastik qabları yandıranlar cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən bərk məişət tullantılarının, o cümlədən plastik tullantıların düzgün idarə olunmasını yoxlamaq məqsədilə reydlər keçirilib

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, reydlər zamanı Lənkəran şəhərinin Xəzər sahili ərazisindəki obyektlərin fəaliyyəti zamanı yaranan məişət tullantılarının qalaqlanması və plastik qabların toplanaraq yandırılması faktlarına qarşı 6, Salyan rayonunun Çuxanlı və Neftçala rayonunun Kürqarabucaq kəndlərinin ərazisində məişət tullantılarının qalaqlanaraq yandırılması faktlarına qarşı 3, Beyləqan rayonu, 20 Yanvar küçəsi yaxınlığında məişət tullantılarının qalaqlanaraq yandırılması faktlarına qarşı 1, Balakən, Zaqatala, QaxŞəki rayonları ərazisində plastik qabların qalaqlanaraq yandırılması faktlarına qarşı 5 protokol tərtib olunub.

Qeyd edək ki, plastik tullantıların idarə olunması və ətraf mühitə təsirinin azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində ümumilikdə 7 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 20 konteyner yerləşdirilib. ETSN ilə yanaşı, rayon İcra hakimiyyətləri və “AzEkol” MMC-nin dəstəyi ilə yaxın günlərdə digər rayon mərkəzlərində 20 konteynerin yerləşdirilməsi nəzərdə tutulub.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?


Təqdirəlayiq haldır ki, bir neçə rayon İcra hakimiyyəti tərəfindən də konteynerlərin yerləşdirilməsi ilə bağlı ETSN-yə müraciətlər olunub. Belə ki, Binəqədi rayon İcra Hakimiyyətinin müraciəti əsasında rayonun Heydər Əliyev Parkı ərazisində 1 ədəd konteyner yerləşdirilib.

ETSN plastik tullantıların idarə edilməsi ilə bağlı müvafiq qurumları üzərlərinə düşən vəzifələri yerinə yetirməyə, əhalini isə plastik tullantılardan istifadənin tədricən azaldılmasına və çeşidlənməsinə dəstək olmağa, bu işdə öz töhfələrini verməyə çağırır.

pia.az


Etiket: Plastik qablar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar