Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəyə fəhləliyə gedən Rauf Əhmədov quduzluqdan öldü

Azərbaycandan Türkiyəyə pomidor tarlasında mövsümi işçi olaraq işləməyə gedən 42 yaşlı Rauf Əhmədov quduzluqdan ölüb

Azərbaycan vətəndaşı bir neçə gündür saxlanıldığı Balıkesir xəstəxanasında həyatını itirib. Onu Türkiyəyə getməzdən əvvəl Azərbaycanda it dişlədiyi məlum olub.

Xəbərə görə 2 uşaq atası Rauf Əhmədov təxminən 3 ay əvvəl Azərbaycandan türkiyənin Çanakkala bölgəsinə, Bayramiç qəsəbəsinə qohumlarının yanına gedib və orada pomidor tarlalarında mövsümi işçi kimi çalışmağa başlayıb. Avqustun 12-də o, baş ağrısı və qollarında uyuşma səbəbindən Bayramiç Dövlət Xəstəxanasının təcili yardım xidmətinə müraciət edib. Orada müayinə zamanı ağrıları daha da artan Rauf Əhmədovu Çanakkala Mehmet Akif Ersoy Dövlət Xəstəxanasına aparıblar.

Xəstəxanada müayinələrdən sonra Əhmədova quduzluq diaqnozu qoyulub. O, avqustun 18-də Balıkesir Atatürk Şəhər Xəstəxanasına köçürülüb və orada qarantində saxlanılıb. Rauf Əhmədovu bundan əvvəlki xəstəxanada müayinə edən tibb personalı və onunla təmasda olmuş dgər şəxslərə isə quduzluq əleyhinə vaksin vurulub.

Balıkesir xəstəxanasında 4 gün qarantində saxlanılan Rauf Əhmədov bu gün keçinib. Onun cənazəsini Azərbaycana göndərəcəklər.

Əhmədovu Azərbaycanda hansı şəraitdə it dişlədiyi barədə məlumat yoxdur. Quduzluq özünü bir neçə gün sonra, hətta aylar sonra büruzə verə bilir.(virtualaz.org)

pia.az


Etiket: Rauf Əhmədov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar