Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərin status çözüldü, çimərik problemi isə qalır

Cərimə cəzaları nəticə vermir, bəlkə dənizi hasarlayanlara qarşı həbs maddəsi işə salınsın?...

1 həftə əvvəl Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu haqqında tarixi sənəd imzalandı. Sənədə əsasən, su hövzəsi adlandırılan Xəzər Azərbaycan, Türkmənistan, Qazaxıstan, İranRusiya arasında bölündü. SSRİ-nin dağılmasından sonra Xəzərin bölünməsi bütün 5 sahilyanı ölkənin münasibətlərində problemə çevrilmişdi və artıq problem xeyli dərəcədə geridə qalıb.

Xəzərin Abşeron sahillərində təxminən eyni yaşlı problem isə qalmaqdadır. Havaların qızması dənizin Abşeron sahillərinin xalq üçün əlçatmazlıq problemini ən kəskin şəkildə ortaya qoyur. Boş qalmalı olan sahil zolağı bitib-tükənməyən uzun hasarlar və iri, dəbdəbəli darvazalarla faktiki olaraq zəbt edilib. Xüsusilə ənənəvi Bakı şəhərinin çimərlik zonası tamamilə tutulub.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Problemin aradan qaldırılması üçün qanunlara edilən saysız-hesabsız dəyişikliklər də vəziyyətə təsir eləmir. 2018-ci il iyulun ortasında məsələ bir daha qabarıq şəkildə gündəmə gəldi. Əmlak Məsələləri Dövlət Komitəsinin monitorinqləri zamanı bir daha təsdiq olundu ki, Xəzərin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələri zəbt olunub. Sahilyanı ərazilərin zəbti ilə bağlı çoxsaylı cinayət əməlləri aşkar edildi.

Komitədən verilən məlumatlardan belə aydın oldu ki, Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması paytaxtın Sabunçu, Xəzər, Suraxanı, Xətai və Qaradağ rayonlarının, eləcə də Sumqayıt şəhərinin ərazisində böyük qanunsuzluqlara yol verilib. Komitə Xəzərin sahilboyu 20-50 metrlik mühafizə zolağında mövcud olan torpaq istifadəçilərinin 190-da monitorinq keçirib. Nəticədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 50 hal üzrə inzibati xəta törədən şəxslər barədə protokol yazılıb, cərimələr tətbiq edilib. Qurum əməkdaşları torpaq sahələrinin əsassız zəbt olunması faktlarını da aşkar ediblər. Müvafiq icra hakimiyyəti orqanlarına, polis idarələrinə, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə torpaq qanunvericiliyinin ciddi şəkildə pozulması faktları ilə bağlı müraciətlər yollayıblar. Cərimə olunanlar var.

Lakin görülən tədbirlərə rəğmən, bütün sahil boyu kilometrlik hasarlar Xəzəri vətəndaşların üzünə qapayıb. Vətəndaşların Xəzər sahilində istirahəti məhduddur, bəzi yerlərdə tamamilə mümkünsüz haldadır. Sahilyanı hasarlar Abşeronun bir çox kəndində yerli camaatın gözdağıdır. Yazmışdıq, bir daha yada salaq ki, belə hasarlar Hacı İbrahim Nehrəmlinin utopik layihəsindən başlayıb, üzü Sumqayıta qədər uzanır. Hasarlanmış Xəzərə sadə vətəndaşın çatması problemdir.

Köhnə problemlərin həllində yeni təyin olunan nazirlərə də ümidlər çoxdur. Lakin hələlik bu istiqamətdə əməli tədbirlər gözə çarpmır. Azərbaycan prezidentinin Torpaq Məcəlləsinə dəyişikliyi nəzərdə tutan 15 yanvar 2016-cı il tarixli fərmanının tələblərinə əsasən, Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağının qrafik təsviri hazırlanıb.

Sahilboyu əraziləri zəbt edənlər fiziki, vəzifəli və hüquqi şəxslər ƏMDK tərəfindən müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqları zəbt etmiş şəxslərə münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub. Hələ ki hasarlar ortalıqdadır və hasarlayanlardan kimsə 7 və ya 10 il müddətinə cəza almayıb. Odur ki, Xəzərin Abşeron sahillərindəki hasarlanma probleminin çözülməsi 5 dövlətin bir araya gəlib Xəzərin özünü aralarında bölüşdürməsindən daha böyük problemə çevrilib.(“Yeni Müsavat”)

pia.az


Etiket: Xəzər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar