Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Salyanlı narkotik alverçisi həbsdən necə azad edilib?

Şirvan Apellyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzov haqqında şok iddialar

Daha öncə dərc edilmiş yazılardan oxuculamız agahdılar ki, iş adamları olan Həbibullayev qardaşlarının atalarının ikinci arvadı Reyhan Novruzova doğma qardaşı – Şirvan Apellyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzovun köməyi ilə yalnız mərhum, iki ildən az müddətdə evli yaşadığı Şahid Həbibullayevin mirasının bir hissəsinə deyil, həm də onun oğullarının varidatını əlinə keçirir.

Miras uğrunda məhkəmə çəkişmələri artıq bir neçə ildir ki, davam edir, çünki hakim Novruzov hər dəfə ədliyyə orqanlarına təsir edərək prosesi uzatmağa və bacısına mərhum ərindən qalmış mülkiyyətin daha böyük hissəsini mənimsəməyə yardım etməyə imkan tapır.

Bununla birgə, hakim Ələsgər Novruzovun özünəməxsus ədalət prinsiləri haqqında o qədər də xoş olmayan söz-söhbət bütün ölkəyə yayılıb. Şirvanda iddia edirlər ki. hakim mantiyasının arxasında o, Cənub regionunda çoxlarının həyatını korlayıb.

Həmin vaxt ölkənin aparıcı media qurumlarında verilən məlumatlara görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədov Elşən Ağalar oğlunun evindən 5 kiloqrama qədər satış məqsədi ilə saxlanılan tiryək və qurudulmuş mariuxana çıxıb.Bu yaxınlarda musavat.com-un yazdığına görə, 2017-ci il martın 27-də Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 1965-ci il təvəllüdlü Salyan rayonu Qaraçala qəsəbə sakini, Məmmədov Elşən Ağalar oğlunun fərdi yaşayış evinə baxış keçirilib. Onun evindən və “Mercedes” markalı, 52 BH 977 dövlət qeydiyyat nişanlı avtomaşından küllü miqdarda narkotik maddə aşkarlanaraq götürülüb.

Bildirilirdi ki, rayonda genişmiqyaslı narkotika satışı ilə məşğul olan Elşən Məmmədov eyni əməllə görə əvvəllər də həbs olunmasına baxmayaraq, istintaqdan yayına bilmiş, rayonda yenidən narkotika satışı ilə məşğul olub. Elşən Məmmədov həbs olunduqdan sonra ona qarşı Cinayət Məcəlləsinin 228.1 maddəsi (qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı saxlama, daşıma və ya gəzdirmə), CM-nin 228.4 və 234.4.3 maddələri ilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri küllü miqdarda törətməklə satma) cinayət işi açılmışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3 maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Salyan rayonu Qaraçala qəsəbə sakini Elşən Məmmədovun cinayət işi baxılmaq üçün Sirvan Apelliyasiya məhkəməsində (iş nömrəsi:1(106)101/2018) hakim Ələsgər Novruzovun icraatında baxılıb.

Maraqlıdır ki, cari ilin mart ayında keçirilmiş məhkəmə prosesində hakim Ələsgər Novruzov, Salyan rayonu polis idarəsi tərəfindən keçirilən əməliyyatda şahidlik edərək kənd sakinlərinə, hal şahidlərinə təziq göstərmiş, onlara "siz hal şahidi olmaq üçün nə qədər pul almısınız?" deyərək, hal şahidlərinə psixoloji təzyiq göstərib.

Fəqət Astara sakini Tahir Sovqatzadə ilə hakim Novruzov lazım olduöundan da sərt davranıb. İşin xüsusiyyətlərinə baxmayaraq, qətl törətməkdə ittiham olunan Sovqatzadə 5 il müddətinə azadlıqdan məhrum edilib. İndi onun ailəsi bütün instansiyalara müraciət edir ki, məhkəmənin qərarına yenidən baxılsın.Mənbəyə daxil olan məlumata görə, hətta bununla bağlı hal şahidləri Ədliyyə Nazirliyinə də şikayət məktubu yazıb. Aldığımız məlumata görə, Salyan rayonunda narkotika satışı ilə məşğul olan və 5 kq narkotika ilə həbs olunmuş Elşən Məmmədov artıq azadlıqdadır.

Görünür, öz fəaliyyətində hakim Ələsgər Novruzov sivil cəmiyyətin deyil, ilk növbədə öz “maraqlarını” güdür...(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar