Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada müşahidə olunan anomal havanın səbəbləri açıqlanıb  

İqlimşünaslar müxtəlif fəsillərdə dünyada müşahidə olunan anomal hava şəraitinin səbəblərini açıqlayıblar

Arktikanın istiləşməsi ilə əlaqədar Amerika, Avropa və Asiya üzərində hərəkət edən küləklərin xarakterində baş verən kəskin dəyişikliklər son illərdə qışda anomal isti, yayda isə soyuq hava dövrlərinin qeyri-adi dərəcədə uzun olması ilə nəticələnib.

"Bütün planetimizi "planetar dalğalar" dediyimiz nəhəng hava axınları əhatə edir. Müşahidələrimiz göstərir ki, istixana qazlarının atmosferə buraxılması onların yayılmasına və hərəkətinə mane olaraq hava axınlarının işinə təsir etməyə başlayıb. Belə dalğalar ilişib qalanda onlar havanı, demək olar ki, "dondurur". Nəticədə yağışlar daşqına, yaxşı istilik dalğasına, quraqlıq isə güclü yanğınlara çevrilir", - deyə Almaniyanın Potsdam şəhərindəki İqlim üzrə Tədqiqatlar İnstitutundan olan Hans Şnellenhuber (Hans Schnellnhuber) bildirib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bu hadisələr Arktikada son illər temperaturun Yer kürəsinin digər bölgələrinə nisbətən daha çox artması ilə əlaqədardır. Bunun sayəsində qütb, mülayim qurşaq və tropiklər arasındakı temperatur fərqi xeyli azalıb və bu da atmosferin yuxarı qatında küləklərin hərəkətinin xarakterini kəskin şəkildə dəyişib.

Hans Şnellenhuberin fikrincə, gələcəkdə bu cür halların sayı qlobal istiləşmə fonunda daha da artacaq və bu, getdikcə daha böyük əraziləri əhatə edəcək. Qərb iqlimşünasları hesab edirlər ki, bu, ölüm hallarının kəskin artmasına səbəb olacaq. Belə ki, hər bir "əlavə" istilik dərəcəsinin yayda ölüm faktlarını 5%-dək artıracağı güman olunur.(Report)

pia.az


Etiket: Anomal hava

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar