Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsanları heyvanlardan, heyvanları insanlardan necə qoruyaq?

“Heyvansevərəm. Evimdə də it saxladığım vaxtlar da olub. Amma özümə, doğmalarıma, insanlara təhlükə yaranmayana qədər. Sizcə, heç bir sağlamlıq yoxlanışından keçməyən, hər an qapmağa hazır olan aqressiv, quduz itlərin sürü halında həyətdə gəzməyi doğrudur? Dünən bir uşağın arxasınca necə qaçıb hürdülərsə, canını güc bəla qurtardı. Blokun düz qarşısında dayanıblar, neçə adam evinə keçmək üçün itlərin getməsini xeyli gözlədi. Haqlı olaraq qorxurlar itlərdən”

Bu sözləri jurnalist həmkarımız Gülnarə İlham öz feysbuk hesabında yazıb.

G.İlham bildirir ki, bir müddət əvvəl adam çox olan yerdə onun üstünə də it cumub: “Nə qaça bildim, nə də qovalaya. Sakitcə itə baxdım, o da dayandı. Adamlar da mənzərəni seyr edir, yaxın duran yoxdur. Əlimdəki çantanı qabağına atıb, başını qatmağa çalışdım. Xoşbəxtlikdən dönər köşkünün yaxınlığında idim. Tez yaxınlaşıb vəziyyəti izah edib dönər əti istədim. Tələm tələsik torbaya qoyub verdi. Bayaqkı “tamaşaçı”lar hələ də məni izləyirdilər ki, görsünlər bu xanım itlə necə dil tapacaq. Yaxınlaşıb yeməyi qarşısına qoydum və çantamı götürdüm. Bu dəfə ötüşdü, bəs, başqa vaxt? Küçə itlərinin əlindən uşaqlar həyətdə rahat oynaya bilmirlər. Axşamlar düşüb gəzmək vərdişimi tərgitdim məcburən. Xeyli yaşlı adam da gəzirdi həyətdə, indi qorxudan heç kəs düşüb hava ala bilmir. Bu qədər etinasızlıq nə dərəcədə düzdür? Balalarımıza bir xətər yetirsə, bunun hesabını kim verəcək?”

Bir vaxtlar paytaxt küçələrindəki sahibsiz itlərlə məşğul Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi vardı. İdarənin 3 xüsusi təyinatlı maşın və 9 ovçusu vardı. İtlər xüsusi ləvazimatlar vasitəsilə götürülür, xüsusi sahibsiz heyvanlara qarşı mübarizə sahəsində olan əraziyə gətirilir, baytar həkimlər tərəfindən müayinə edilirdi. Əgər itlərdə insanlar üçün təhlükəli xəstəlik, quduzlaşma aşkar edilərsə, onlar məhv edildikdən sonra yandırılır. İdarə tərəfindən ay ərzində təxminən 700-800 sahibsiz it götürülərək yoxlanılır.

Bəzən isə elə sakinlərin gözü önündəcə güllələnirdilər. Bu da təbii olaraq, insanların etirazına səbəb olurdu. Bir neçə ay olar ki, idarə ləğv edilib. Artıq sahibsiz küçə itlərini nə toplayan var, nə onlarla mübarizə aparan. Buna görə də Bakıda küçə itləri insanlarda qorxu yaradacaq qədər çoxalıb.

Yaxın günlərdə Gürcüstandan qayıtmış Könül İbrahimova gürcülərin metodunu tərifləyir: “Şəxsən itdən qorxanam. İt olan yerə yaxın getmərəm. Amma Gürcüstanda hər şey fərqli idi. İtlər düz yanımdan keçirdi, itlərin yanından keçirdim, amma qorxmurdum. Baxmayaraq, oradakı itlər Bakıda gördüklərimdən daha böyük idilər. Əksəriyyəti böyük idi və hamısının qulağında birka vardı. Bu da məni sakitləşdirirdi. İt görəndə birinci qulağına baxırdım, birkası varsa, qorxmurdum. Tək mən yox, ətrafdakılardan heç kim qorxmurdu. Oradakı itləri sakit edən həm də tox olmalıdır. Hansı restoran və kafeyə baxırsan, qapısında itlər “növbə” çəkir, pay gözləyirlər. İnsanlar itlərə bir tikə yemək verir və başlarına sığal çəkirdilər. Düzdür, sığal çəkməyə ürək etmədim, amma mən də bir tikə yemək atdım”.

Əslində bizdə bir ara söhbət dolandı ki, paytaxt küçələrindəki itlər birkalanacaq. Hətta bəzi itlərin qulağında birka da vurumuşdu. Sonradan nəsə proses dayandı. Birkalanacağı xəbərini də ləğv edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi yaydığından məsələnin hansı yerdə qaldığı haqda məlumat da əldə etmək mümkün deyil.

Avqust ayının 13-də Novxanı qəsəbəsi ərazisində sahibsiz küçə itlərinin kütləvi şəkildə güllələnməsi ilə bağlı xəbər yayıldı. Güllələndikdən sonra itlərin cəsədi dövlət nişanı olmayan yük maşınlarına yığılaraq ərazidən aparılıb.

Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyi və Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin üzvü Fərid Mansurov güllələnən itlərin arasında peyvəndləri vurulmuş və qısırlaşdırılmış 12 itin də olduğu bildirib: “Bu itlər “İdea” İctimai Birliyi tərəfindən peyvəndləri vurulmuş və qısırlaşdırılmışdı.

Yəni onlar sakinlər üçün heç bir təhlükə yaratmadıqları kimi, xəstəlik daşıyıcısı da deyildilər. Küçə itləri ilə yanaşı sahibləri olan heyvanlar da öldürülüb”.

F. Mənsurovun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, heç bir reaksiya verilməyib: "Biz faktla bağlı polisə müraciət etsək də heç bir reaksiya verilmədi. Daha sonra biz Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin 30-a yaxın üzvü ilə Abşeron Rayon polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdik. Lakin yalnız mənim ərizəm qəbul olundu”.

BakuPost.az-a danışan qəsəbə sakinləri isə bildiriblər ki, sahibsiz itlər sakinlər arasında qorxuya səbəb olurmuş: “Günün günorta çağı adamlara hücum çəkirlər. Xüsusən azyaşlı uşaqları olan valideynlər təşviş içərisindədirlər. Bu yaxınlarda həmin itlər hücum çəkərək bir uşağı dişləmişdilər. Buna görə də itlərin yığışdırılması lazımlı addım idi”.

Maraqlıdır, sahibsiz küçə itlərini öldürmədən insanları heyvanlardan, heyvanları insanlardan necə müdafiə etmək olar?

ALYANS Canlı Aləmin Mühafizəsi Birliyinin nümayəndəsi Raul Məmmədov müsavat.com-a bildirir ki, sahibsiz heyvanları öldürmək olmaz. Buna nə qanun icazə verir, nə də çıxış yolu deyil. Sahibsiz itləri qısırlaşdırmaq, peyvənd vurulduqdan sonra birkalayıb (nömrə) təbiətə buraxmaq lazımdır. IDEA Heyvanlara Qayğı Mərkəzi bu işi tam pulsuz həyata keçirir. Həyətinizdə sahibsiz küçə itləri varsa, IDEA-nın qaynar xətti vasitəsi ilə əlaqə saxlaya bilərsiniz. Sadəcə bir şeyi nəzərə alın ki, IDEA Heyvanlara Qayğı Mərkəzi Azərbaycanda tək qurumdur ki, pulsuz fəaliyyət göstərir. Buna görə onların vaxtı olmur. Öncədən zəng edib qeydiyyata düşmək lazımdır”.(musavat.com)

pia.az


Etiket: İnsan Heyvan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar