Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özəl klinikanın baş həkimindən xəstəyə şok sözlər – “Gördün pilləkən var, gəlmə”

Bakı sakini özəl klinikanın baş həkiminin davranışlarından narazıdır. O, tibb mütəxəssisini müvafiq qurumlara şikayət edəcəyəni söyləyir

Nigar Qəmərli adlı paytaxt sakini minval.info-ya Bakıda fəaliyyət göstərən “İstanbul Clinic” xəstəxanasında başına gələn hadisə barədə danışıb.

“Ayağımı zədələmişəm, həkim mənə fizioterapiya yazdı. Bu vəziyyətdə güclə gəzdiyim üçün evimin yanındakı klinikaya getdim. “İstanbul Clinic”-ə daxil olmaq üçün uzun pilləkənləri çıxmaq lazımdır və başqa hər hansı bir girişi yoxdur. Bu məsələni oranın baş həkimi Ümman Abbasovaya dedim. Ondan soruşdum ki, “mənim kimi və daha ağır xəstələr buraya necə gəlsin”, o isə “gördün pilləkən var, gəlmə, çıx get” cavabını verdi” – şikayətçi bildirib.

Nigar xanım onun bu cür reaksiyasına şok olduğunu qeyd edib və həkimə “siz xəstəyə necə belə deyə bilərsiniz?” deyib. O isə yenidən “hə də, pilləkən var, gelmə” sözlərini söyləyib.

N.Qəmərlinin iddiasına görə, həkimə bildirib ki, onu bu münasibətinə görə, şikayət edəcək. Amma tibb mütəxəssisi “hara istəyirsən, şikayət et” deyib. O, bütün baş verənlərə görə susmayacağını və müvafiq addımlar atacağını qeyd edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar