Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəbli dəstlərinin satışı ilə bağlı yenilik

Builki tədris mövsümündə məktəbli formalarının qiymətində artım yoxdur, lakin valideynlərin istək və müraciətləri nəzərə alınaraq bəzi dəyişikliklər edilib

Bu barədə virtualaz.org saytına Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov bildirib.

Onun sözlərinə görə, indiyədək məktəbli formaları yalnız dəst halında satılırdı, bu isə valideynlərin narazılığına səbəb olurdu. Məsələn, valideyn şalvar, yaxud pencək almaq istəyirdi, amma formanı dəst almağa məcbur idi. Bu ildən isə yalnız ehtiyacı olan geyimi ala biləcəklər. Eyni zamanda, bu ildən ibtidai sinif şagirdlərinə jiletlər satılmayacaq. Yuxarı sinif şagirdləri üçün jilet geymək məcburi deyil.

E.Əzimov əlavə edib ki, valideynlərin əlavə pul xərcləməməsi üçün məktəbli formalarının modellərində, dizaynında dəyişiklik edilməyib. Hazırda tikiş evinin 10 satış məntəqəsində 4 model olmaqla ibtidai siniflər üzrə 40 manata, yuxarı siniflər üzrə 46 manata məktəbli dəstləri satışdadır.

Həmçinin köynək 8 manata, şalvar 42 ölçüyədək 15 manata, 54 ölçüyə kimi 18 manata, pencək 25 manata, ibtidai sinif şagirdləri üçün yubka 15 manata, böyük siniflər üçün aşırma yubka 18 manata satılır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Etibar Əzimov saxta məktəbli formalarının satılması ilə bağlı problemlə üzləşdiklərini deyərək valideynləri ehtiyatlı olmağa çağırıb:

Bakı Tikiş Evinin həm parça, həm də hazır dəstlərlə bağlı sertifikatı var, geyimlərin təhlükəsizlik və keyfiyyətinə görə cavabdehdir.

Bəzi işbazlar isə fabrikin forma və dizaynından istifadə edərək Çindən məktəbli dəstləri sifariş verirlər, üzərinə də fabrikin əmtəə nişanını yapışdırırlar”.

Keyfiyyətsiz parçadan hazırlananan saxta məktəbli dəstləri bazarda 32-35 manat arası təklif olunur. E.Əzimov söyləyib ki, fabrikdə 800 qadın çalışır, işbazlar həm də bu qadınların əməyinə, dolanışığına mane olurlar. Valideynlər saxta formaların 5-6 manat ucuz olmasına aldanmasınlar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar