Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya rəsmiləri: “Türkiyəyə kömək etmək lazımdır”

Almaniyanın İqtisadiyyat Nazirliyi bazar ertəsi açıqladığı aylıq hesabatında türk lirəsindəki dəyər itkisinin Almaniya iqtisadiyyatına risk təşkil etdiyini açıqlayıb

Almaniya iqtisadiyyatı üçün ən böyük risklər kimi ABŞ-ın liderliyi ilə başlayan ticarət müharibələri və İngiltərənin Avropa İttifaqından bir razılığa gəlmədən çıxması göstərilib. Hesabatda “Türkiyədəki iqtisadi dəyişikliklər yeni və xarici iqtisadi risk təşkil edir” ifadəsi işlədilib. Almaniya Türkiyənin ikinci ən böyük xarici investorudur. İlin əvvəlindən bu yana ABŞ dollarına nisbətdə 40 faiz dəyər itirən türk lirəsindəki enmə ABŞ ilə münasibətlərin gərginləşməsindən sonra sürətlənib.

Hesabatda bu risklərə baxmayaraq Almaniya iqtisadiyyatının yaxşı vəziyyətdə olduğu vurğulanıb. Bloomberg-in xəbərinə görə, iqtidar tərəfdaşı olan Almaniya Sosial Demokrat Partiyasının lideri Andrea Nahles müsahibəsində, ehtiyac olarsa Almaniyanın Türkiyəyə kömək etməli olduğunu deyib.

Funke Mediengruppe qəzetində dərc olunan reportajında Andrea Nahles, “Prezident Ərdoğan ilə siyasi anlaşılmazlıqlara baxmayaraq belə vəziyyətin yaranması halında Almaniya Türkiyəyə kömək etməlidir” deyib.

Xanım Nahler Türkiyədə iqtisadi sabitliyin olmasının və məzənnə çalxalanmasının durulmasının hərkəsin xeyrinə olduğunu vurğulayıb. (BBC)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar