Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Vəliyev: Sabunçuda hər şey ondan sorulur... - İttiham

Azərbaycanda qanunla qadağan olunmasına baxmayaraq məmurların biznes və kommersiya obyektlərinə sahib olduqları heç kimə sirr deyil

Bu sırada icra başçılarının da adlarını vurğulamaq olar. Hazırda Bakı rayonlarının icra başçılarından hansınınsa restorana, şirkətə, böyük ticarət mərkəzlərinə malik olmadıqlarını təsəvvür etmək mümkün deyil. Düzdür, sənəd üzərində onlara məxsus heç bir əmlak yoxdur. Ancaq bu, məlum, həm də çox köhnə variantdər. Azərbaycan o qədər də böyük ölkə olmadığından hər kəsin hər şeydən xəbəri var. Bu yazımızda DİA.AZ olaraq 2012-ci ilin aprel ayında Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Adil Vəliyevdən bəhs edəcəyik.

Məlumat üçün bildirək ki, Adil Vəliyev 1960-cı il aprelin 20-də Qubadlı rayonunun Əfəndilər kəndində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə çilingər kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.

1990-1992-ci illərdə Nərimanov rayon İcra Hakimiyyətində şöbə müdiri və rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. 1992-1996-cı illərdə Bakı şəhər İcra Hakimiyyətində şöbə müdiri olub. 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qaz İstehsalat Birliyində rəis müavini vəzifəsində işləyib. 2003-2012-ci illər ərzində özünün təsis etdiyi “Eurostyle” LTD şirkətində çalışıb. Hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.

Adil Vəliyevin biznes dünyası

Adil Vəliyev Sabunçu rayonuna icra başçısı vəzifəsinə gətirilməzdən öncə sonralar onun birinci müavini olan və vəzifədən alınan Şakir Alıyevlə birlikdə şərikli biznes fəaliyyəti ilə məşğul olub. O, “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” avtomobil markalarının ölkəmizdə rəsmi dileri olub və bu, indi də davam edir. İcra başçısının Azərbaycanda böyük tikililəri, mağazaları, şadlıq evlərinin olduğu bildirilir. Adil Vəliyev icra başçısı təyin olunandan bir müddət sonra Bakıxanov qəsəbəsində, dəmir yolu stansiyasının yaxınlığında «AQAT» şadlıq sarayını tikdirdi. Bu şadlıq evi dəmir yolunun təhkim zolağında yerləşir. Bundan başqa, rayon ərazisində bir neçə göydələn inşa etdirdi. Həmin binalar üçün lazım olan plastik qapı-pəncərə Adil Vəliyevin Sabunçu qəsəbəsində yerləşən böyük sexində hazırlanır. Həmin sex Adil müəllim başçı təyin olunandan sonra fəaliyyətə başlayıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Uzun müddət aktiv biznes fəaliyyəti ilə məşğul olmuş icra başçısı vəzifəyə təyin olunandan sonra da bu işlərindən əl çəkməyib və kapitalını xeyri artırıb. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalardan əldə etdiyimiz məlumatlarda deyilir ki, rayon ərazisindəki torpaq satışından son üç il ərzində külli miqdarda gəlir əldə edilib: “Adil Vəliyev icra başçısı keçəndən sonra rayonun bütün qəsəbələrində ticarət obyektlərinin və fərdi yaşayış sahələrinin sayı artdı. Araşdırma aparılsa, həmin tikililərin əksəriyyətinin sənədinin qanunsuz olduğu üzə çıxar. İcra başçısına yaxın adamlar iddia edirlər ki, o “Sarı gəlin” şadlıq sarayını və digər obyektlərinin bir neçəsini satıb. Məmur belə fəndlərdən istifadə etməklə diqqəti özündən yayındırmağa çalışır. Hazırda “Sarı gəlin” şadlıq sarayı icra başçısına yaxın şəxslərdən biri tərəfindən idarə olunur. Bir ara, belə məlumat yayılmışdı ki, guya icra başçısı Sabunçu rayonunun qəsəbələrini öz pulu hesabına abadlaşdırır. Sonradan bunun da yalan olduğu üzə çıxdı. İcra başçısı hazırda rayon ərazisində bir neçə iri tikinti layihəsi həyata keçirir. “Bakıxanov Rezidens”in ona məxsus olduğu deyilir”.

İcra başçısı köməkçisinin müəmmalı açıqlaması

İcra başçısının biznes fəaliyyəti ilə bağlı onun köməkçisi Müslüm Mahmudov mediaya rəsmi açıqlama verib və deyilənlərin reallığı əks etdirdiyini bildirib: “Doğrudur, Adil Vəliyevin icra başçısı təyin olunmazdan əvvəl həqiqətən də “Sarı gəlin” şadlıq sarayı olub. 3 il əvvəl icra başçısı təyin olunan zaman Adil müəllim şadlıq sarayını satıb. Amma Şakir Alıyevlə ortaq olmayıb. Şakir Alıyev “Sarı gəlin” şadlıq sarayının direktoru vəzifəsini icra edib. Hazırda isə rəsmi olaraq Adil Vəliyevə məxsus şadlıq sarayı yoxdur. Bəli, Adil müəllim “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” avtomobil markalarının ölkəmizdəki rəsmi importyorudur. Sadəcə vəzifədə olduğundan bu işlərlə oğlu Ənvər Vəliyev məşğul olur. İcra başçısı şəxsən bizneslə məşğul deyil”. İcra başçısının köməkçisi guya bu açıqlaması ilə başçını müdafiə edib. Əslində, o özü dolayısı ilə rayon rəhbərinin biznes layihələrində indi də yaxından iştirak etdiyini təsdiq etmiş olub. Özəl mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, Ənvər Vəliyevin biznes obyektlərinə rəhbərliyi sadəcə olaraq formal xarakter daşıyır: “İcra başçısı sərəncamındakı bütün ticarət obyektlərinə, avtomobil satışı mərkəzlərinə şəxsən özü nəzarət edir. Hətta maliyyə məsələlərini də birbaşa özü həyata keçirir.

Biznesin başında duran qalmaqallı oğul

Yeri gəlmişkən, elə buradaca, bildirək ki, köməkçinin açıqlamada adını çəkdiyi Adil Vəliyevin oğlu Ənvər Vəliyevlə bağlı da maraqlı məlumatlar var.

Bununla bağlı mediada irəli sürülən iddianı olduğu kimi diqqətinizə çatdırırıq:

“Mənbə iddia edir ki, hazırda atasının biznes imperiyasını idarə edən Ənvər Vəliyev vaxtının böyük hissəsini Bakıdakı bahalı əyləncə məkanlarında keçirir: «Deyilənlərə görə, icra başçısının oğlu qlamur həyat tərzi keçirir. Belə ki, paytaxtın ən bahalı əyləncə mərkəzlərinin daimi müştərisi olan Ənvər Vəliyevin xarici ölkələrə də tez-tez səyahətə getdiyi bildirilir. Məsələnin ən maraqlı tərəfi ondadır ki, Adil Vəliyevin oğlu bir müddət əvvəl güclü «razborka»da iştirak edib və həmin söhbətdə odlu silahdan atəş açılıb. Bildirilir ki, bu məsələdə oğlunun adının hallandığını görən və Ənvər Vəliyevin həbs təhlükəsilə üzləşə biləcəyini yəqin edən Adil Vəliyev əlaqələrini işə salaraq çətin də olsa oğlunu təhlükədən xilas etməyi bacarıb. Deyilənlərə görə, Sabunçu rayon icra başçısı bu işə görə hüquq-mühafizə orqanlarında çalışan nüfuzlu şəxslərdən birinə minnətçi düşüb. Həmin şəxs isə öz növbəsində, edilən xahişi cavabsız qoymayıb. Əks halda, Adil Vəliyevin oğlu bu gün əməlinə görə qanun qarşısında cavab verməli idi…”

Sabunçu rayon icra hakimiyyətində “şəhərsalma və tikinti” qaydaları

İcra hakimiyyətlərinin özbaşınalığı o həddə çatıb ki, vətəndaşlardan öz evlərində yer belləməyə, yatıb-durmağa da icazə(oxu:rüşvət) tələb olunur. Belə çıxır, ölkədə icra hakimiyyətinin başında dayanan Prezidentin fərmanlarından,imzaladığı qanunlardan,verdiyi tapşırıqlardan onun tabeçiliyində olan məmurlar soraqsızdır.Odur ki,icra hakimiyyətinin ” icazədar”larına ölkə prezidentinin 1 saylı sözünü xatırladırıq : “Bizim başlıca vəzifəmiz xalqa xidmət etməkdir və xalqın 1 saylı xidmətçi özüməm”.

Sabunçu rayonunda icra reketləri tikintiyə icazə alınmasını tələb edirlər.

Ölkə prezidentinin imzaladığı “Şəhərsalma və tikinti məcəlləsi”nin 79 (Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri) və 80 (Məlumatlandırma icraatı) maddələrində isə yazılıb ki,hündürlüyü 12 metrdən yuxarı olmayan tikililərə icazə tələb olunmur.Sabunçu RİH isə vətəndaşdan öz bağında ayaqyolu tikməyə də rüşvət tələb edir ki,icazə yoxdur.Belə icazə-rüşvət qaydaları bütün icra hakimiyyətlərində hökm sürür.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar