Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistanın xarici siyasəti Kim Kardaşyanın ümidinə qalıb”

Ermənistanda baş nazir Nikol Paşinyan hakimiyyətinin ilk 100 günü arxada qaldı

Ötən 100 gün ərzində Ermənistanda baş verənlərlə bağlı AzNews.az saytına danışan Siyasi İnnovasiyalar və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib ki, aprel və may aylarında baş verən mitinqlər 17 avqustdakı mitinqdən daha böyük təsirə malikdir.

"Əhalinin artıq baş nazir Paşinyandan gözləntiləri azaldığı üçün ona diqqətidə azalıb. Çünki onlar müxalifətçi Paşinyanı daha çox dəstəkləyirdi. Bu günlər ərzində daxildə heç bir iqtisadi-siyasi uğur əldə olunmadı. Heç bir yerdən investisiya ala bilmədilər. Buna görə də bütün dünyada maliyyə ilə məşğul olan ermənilərlə əlaqə saxlayıb Ermənistan üçün yardım "diləndilər".

Karen Karapetyan özü baş nazir işlədiyi dövrdə erməni maliyyəçilərini bir araya yığdı və çox güclü planlar həyata keçirdi. Lakin sonra problemlər çıxdı. Həmin üsuldan Paşinyan hökuməti də istifadə elədi. Londonda və Kanadada Ermənistana investisiya qoyulması üçün görüşlər təşkil etdilər. Bu 100 gün ərzində Ermənistana bir qara qəpik belə ayrılmadı. Ölkədəki iş adamları belə pulunu götürüb ölkəni tərk edirdi. Xarici siyasətdə belə etdiyi dəyişikliklərin hamısı problem yaratmaq yönündə idi. Yaddaşım məni aldatmırsa, bu vaxta qədər ErmənistanRusiya münasibətləri bu qədər gərginləşməmişdi. ABŞİranla da münasibətləri qənaətbəxş deyil və hətta İran Ermənistana "yalvarır" ki, sanksiyalara görə Tehrana səfər etsinlər. Lakin ABŞ-ın qorxusundan İrana yaxın gedə bilmirlər. Ümumiləşdirsək, istər daxili, istər xarici, istərsə də iqtisadi investisiya siyasətində hər şey neqativə doğru gedir”.

M.Əhmədoğlu parlament seçkiləri və R. Koçaryanın həbsi haqqında danışarkən qeyd edib ki, Paşinyan üçün erməni xalqının necə yaşamasının heç bir fərqi yoxdur və istədiyi nə yolla olur-olsun hakimiyyətdə qalmaqdır:

"Ölkədə hal-hazırda 1937-ci il abu-havası hökm sürür. Bir qrup qəzet və saytlar maliyyə sıxıntısı üzündən bağlanır. Bütün bunlar parlament seçkilərinə hazırlığın əlamətidir. Yəni ancaq Paşinyanı tərifləyən orqanlar qala bilər. Elə R. Koçaryanın həbsinə də bu kontekstdən yanaşmaq lazımdır. O cümlədən, erməni ictimai rəyinə təsir göstərən nə qədər güclü adam varsa, hamısını həbs etdirir ki, parlament seçkilərində maneəçilik törətməsinlər. Yaxınlarda Serj Sarkisyana da cinayət işi açacaq. Sarkisyaın dövründə baş nazirin müavini olmuş Armen Gevorgiyana da cinayət işi açdı. Bu yolla Serj Sarkisyana da cinayət işi açacaq və arada həbsdə saxlayıb arada azadlığa buraxacaq ki, həmin seçkilərə əngəl olmasın. Bəlkə ondan sonra ölkə daxilində baş verən proseslər öz qaydasına düşdü."

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

M.Əhmədoğlu Ermənistanın xarici siyasətinin Kardaşyandan aslı olması və "Tramp əgər Kardaşyanı çox istəyirsə, "erməni soyqırımı”nı tanımalıdır" kimi fikirlərə də münasibət bildirib:

"Ermənistanın bütün xarici siyasəti elə bu cür erməni qadınlarından aslı olaraq qalıb və qalacaq. Ancaq Kardaşyan yaxşı bilir ki, gündəminə biraz siyasət qatsa, bu, sosial şəbəkələrdəki izləyicilərinin sayına təsir edəcək. Hətta o, "erməni soyqırımı" münasibətilə çağırıldığı tədbirə belə qatılanda qırmızı geyinmişdi, Qarabağ haqqında nəsə deyilməsi istəniləndə susmuş və pulunu alıb getmişdi. Ermənistanın xarici siyasətində sadəcə "bəxti gətirmək" məsələsi var. Belə ki, Türkiyə ilə ABŞ-ın münasibətlləri gərgin olduğu üçün ABŞ-ın daxilindəki ermənipərəst qüvvələr çalışırlar ki, Tramp həmin "soyqırımla" bağlı nəsə bir söz desin. Trump da ermənilərə görə yox, sırf R.T. Ərdoğana zərbə vurmaq üçün bunu edə bilər."

M.Əhmədoğlu həmçinin ABŞ-Ermənistan münasibətində 3 istiqamət daha aktual olduğunu bildirib:

" I. ABŞ-ın Ermənistandakı səfiri R.Millz Ermənistana ABŞ-ın yeni investisiyalarından hətta danışmağın yersiz olduğunu bildirdi. Səfir Millz Paşinyanın baş nazirliyinin ilk ayında ABŞ-dan Ermənistana investisiya cəlb etməklə məşğul idi. R.Millz bəyan etmişdi ki, indi Ermənistana ABŞ-dan investisiyaların gələcəyinə daha çox ümid edir. Prezident A.Sərkisyanın da qatıldığı böyük nümayəndə heyəti ilə o, ABŞ-a səfər etdi. Səfərdən dəqayıtdıqdan sonra o yeni investisiyalar barədə optimist danışdı. Amma iyul ayının ikinci yarısında səfir R.Millz ABŞ-dan Ermənistana yeni investisiyalar gəlməsi mövzusunda çox pessimistdir. Bunun 3 səbəbi ola bilər:

a) N.Paşinyan aşkar Rusiyapərəst siyasət aparmaqla Ermənistanın xarici siyasətindəki balansı pozub. Rusiya isə Ermənistana qarşı inamsızlığını daha yeni elementlərlə nümayiş etdirir.N.Paşinyanın rəhbərlik etdiyi Ermənistanla RF arasında mübahisə yaradan məsələlərində kəsəri artıb. RF hərbi bazasının statusuna yenidən baxılması məsələsi gündəlikdədir.N.Paşinyanın səriştəsizliyi Ermənistan üçün təhlükə mənbəyinə çevrilir.

b) Ölkədaxili proseslər ABŞ-ı narahat edə bilər. N.Paşinyanın korrupsiyaya qarşı mübarizəsi siyasi rəngə boyanıb. Eləcə də korrupsiya yoxlamalarına məruz qalmış sahələrdə proseslər neqativ istiqamətdə irəliləyir. Tutaq ki, ticarət şəbəkələrindəki yoxlamalardan sonra qiymətlər ucuzlaşmaq əvəzinə, bahalaşır.

c) N.Paşinyan kəskin dərəcədə qısqanclıq, bəlkə də qorxaqlıq nümayiş etdirir. Keçmiş hakim “Respublika” biryana N.Paşinyan indi hakimiyyət ortağı olan “Çiçəklənən Ermənistan” və“Daşnaksutyun” partiyaları ilə də yola gedə bilmir. Qagik Çarukyanla siyasi mübarizə hər an partlayışa çevrilə bilər. N.Paşinyanın keçmiş blok yoldaşları ilə də problemi var. Rəsmi Vaşinqtonun fikrincə, Ermənistanın daxilindəki bütün bu siyasi qeyri-müəyyənlikləri parlament seçkiləri həll edə bilər. II. N.Paşinyanın D.Trampla görüşü onun komandası üçün ən vacib məsələdir. N.Paşinyanın sentyabrda BMT BA-da iştirakı zamanı ABŞ prezidenti D.Trampla görüşmək niyyətindədir. Baş nazirin1-ci müavini A.Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ-da səfərdə oldu. Öndə olan məsələ D.Trampla N.Paşinyanın görüşünün hazırlanması idi. Amerikalı kolumnist A.Qalstyan A.Mirzoyanın ABŞ-dakı davranışının əks-effektli olduğunu bildirdi. Ermənistanın ABŞ-dakı səfiriQ.Ovannisyan N.Paşinyanın D.Trampla görüşünü ABŞ Dövlət Departamentindəki tərəfdarları ilə müzakirə etdiyini bildirdi. ABŞ-ın Ermənistandakı səfiri R.Millz dəD.Trampla N.Paşinyanın görüşünün təşkilinin mümkünlüyü məsələsinə baxıldığını bildirdi. Amma hələlik görüşlə bağlı heç bir qərar qəbul edilmədiyini də bildirdi. 48 ABŞ konqresmeni D.Trampa məktub göndərərək Ermənistanın baş naziri N.Paşinyanla görüşməyə çağırış etdilər.

III. ABŞ konqresmenləri N.Paşinyan baş nazir olduqdan sonra Ermənistanla əlaqəli müraciətlərinin sayını artırıblar. Dövlət Departamentinə, Ağ Evə və “Minilliyin Çağırışı” Proqramına Ermənistana investisiya qoymaq çağırışı ilə müraciətlər göndərilir. Motivasiya Ermənistanın demokratik olmasıdır. Bəlkə də bu hakimiyyət dəyişikliyinin yaratdığı effektdir. Amma konqresmenlər N.Paşinyanı demokrat adlandırmaqla ondan əvvəlki Ermənistanın antidemokratik olduğunu etiraf edirlər. ABŞ-dakı ermənilərlə əlaqəli konqresmenlər və strukturların fəaliyyətində Ermənistana investisiya məsələsi ön plana çıxarılıb.

“Erməni soyqırımı” və Dağlıq Qarabağ məsələsinə diqqət minimaldadır. ABŞ Dövlət Katibinin Ermənistanprezidenti ilə görüşməsi və baş nazir N.Paşinyanla görüşməməsi səfir R.Millz üçün aktual olaraq qalmışdı. N.Paşinyanın komandası bu məsələdən əl çəkmək istəmir. Ermənistanın ABŞ-dakı səfiri Qriqor Ovannisyan şəxsi xarici investisiyalar korporasiyasının icraçı direktoru Devid Boxiqyanla görüşüb, Ermənistana ABŞ investorlarının göndərilməsi məsələsini müzakirə etdi. Adı çəkilən korporasiya ABŞ hökumətinin nəzdində olan agentlikdir. Devid Boxiqyan böyük nümayəndə heyəti ilə Ermənistana gəldi."

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar