Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus mafiyası 1 nömrəli "qanuni oğru"sunu seçdi

Moskvada qanuni oğrular son illərin ən böyük "sxodka"sını keçiriblər

10-dan çox nüfuzlu mafiya başçısı 1 nömrəli qanuni oğrunu seçmək üçün bir yerə toplaşıb. Rusiyanın bu vaxta qədər bir nömrəli oğrusu Şakro Molodoy uzun müddətlik həbs cəzası aldıqdan sonra bu yer boş qalmışdı. "Rosbalt" nəşriyyatının xəbərinə əsasən, "sxodka"nın qərarına əsasən, kriminal aləmdə Şişkan kimi tanınan Oleq Şişkanov bir nömrəli oğru seçilib.

Məlum olub ki, görüş Mixail Lujnetskinin təşəbbüsü ilə keçirilib. "Sxodka" onun nəzarəti altında olan elit restoranların birində baş tutub. Görüşdə bu mafiya başçıları iştirak edib:

Vasya Voskres (Vasiliy Xristoforov", Miron (Dmitriy Çanturiya), Şişkan (Oleq Şişkanov", Mişa Lujnetskiy (Mixail Voevodin), Petrik (Aleksey Petrov), Aksen (Sergey Aksenov), Badri Kutaisskiy (Badri Koquşavili), Kaxa (Kaxaber Parpaliya), Quca Kuatisskiy (Elquca Turkadze) və Meliya (Merab Qoqiya) iştirak edib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Əvvəlcə kriminal dünyada baş verən son hadisələr müzakirə edilib: Lotu Qulinin Türkiyədəki aktivliyi, Tariel Oianinin Rusiyaya girişinə qadağa qoyulması, Şakronun uzun müddətlik həbs edilməsi və s.

Bütün görüş iştirakçıları ümumi fikrə gəliblər ki, Şakronun 9 il 10 ay müddətinə həbs edilməsi ölkə kriminal dünyasına yeni rəhbər seçilməsi tələbini ortaya çıxarıb. Mafiozlar bu posta Oleq Şişkanovu layiq görüblər. Artıq Rusiya mafiyasının lideri Şişkandır. Bu yaxın günlərdə isə "sxodka"nın qərarı kriminal aləmin bütün nümayəndələrinə çatdırılacaq. (olke.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar