Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hazırda Rusiyaya qarşı sanksiyaların sərtləşəcəyi mütləqdir”

“Avqust ayının sonunda ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək”

Bu barədə “Sherg.az”a Tramp administrasiyasının yaxın bir neçə həftə ərzində Rusiyanın “Şimal axını-2” qaz kəməri layihəsində iştirak edən şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edəcəyi barədə iddiaları şərh edərkən millət vəkili, politoloq Rasim Musabəyov bildirib.

O qeyd edib ki, Moskvaya qarşı ən şiddətli sanksiya payız aylarında tətbiq ediləcək: “Amerika-Rusiya qarşıdurmasının hansısa müharibəyə gətirib çıxaracağını düşünmürəm. Lakin hiss olunur ki, ABŞ Rusiyanın iddialarından narahat olur. Bu baxımdan Rusiyanı iqtisadi cəhətdən zəiflətmək istəyir. Rəsmi Vaşinqton Moskvanı cəzalandırmaqla “Siz özünüzü belə apardığınız müddətcə, böyük iqtisadi itkilərlə üz-üzə qalacaqsınız” mesajını verməyə çalışır. ABŞ-dakı vəziyyətin hansı istiqamətdə dəyişəcəyini əvvəlcədən demək çətindir. Lakin hazırda Rusiyaya qarşı sanksiyaların sərtləşəcəyi mütləqdir”.

Amerika-Rusiya qarşıdurmasının regiondakı iqtisadi, siyasi vəziyyətə təsirlərinə gəlincə, R. Musabəyov hesab edir ki, ilk növbədə Moskvadan asılı olan Ermənistan daha da zəifləyəcək:

Ermənistan öz havadarının zəifləməsindən yaxşı heç nə əldə etməyəcək. Çünki iqtisadi və siyasi cəhətdən bu dövlətdən daha çox asılıdır. Azərbaycan, Gürcüstan və digər region ölkələrinin iqtisadiyyatı da Rusiyanın zəifləməsindən müəyyən qədər təsirlənəcək. Şimal qonşumuzun imkanları daraldıqca, iqtisadi əlaqələri, idxal-ixrac potensialı da zəifləyəcək. Rus əhali turizmə əvvəlki qədər meyl etməyəcək. Nəticədə, region ölkələri üçün bir sıra sahələrdə mənfi təsirlər özünü göstərəcək”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın administrasiyası yaxın bir neçə həftə ərzində Rusiyanın “Şimal axını-2” qaz kəməri layihəsində iştirak edən şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edəcək. “The Wall Street Journal”ın administrasiyadakı mənbələrə istinadən məlumatına görə, hazırda sanksiyalar paketi üzərində iş yekunlaşır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar