Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada vətəndaşların banklara olan borcu fəlakət dərəcəsinə çatır

Rusiyalıların banklara borcu Moskvanın büdcəsinə bərabər olub

Bu ilin ilk yarısında rusiyalıların banklar qarşısında öhdəliyi 2 trilyon rubla çatıb (təxminən 3 milyard dollar). Bu isə paytaxt Moskva şəhərinin ümumi büdcəsinə bərabərdir.

Musavat.com xəbər verir ki, bununla bağlı TASS agentliyi Federal Məhkəmə İcraçıları Xidmətinə (FMİX) istinadən məlumat yayıb. Xəbərdə icraçıların önündə keçən ildən bu yana borcla bağlı yığılıb qalmış 5,6 milyon icra işinin olduğu qeyd edilib.

Federal Xidmətin hesablamalarına görə, bu keçən ilin eyni vaxtı ilə müqayisədə 1 milyon iş çoxdur. Rusiya mətbuatı ölkə vətəndaşlarının borcunun hətta Federal Kosmik Proqramın 10 illik büdcəsini əhatə etdiyini yazır.

Ümumiyyətlə, rusların təkcə 2018-ci ildə banklar qarşısında pul öhdəliyi məhkəmə icraçılarının bütün Rusiyanın fiziki və hüquqi şəxslərindən almalı olduğu ümumi məbləğin dörddə birindən çoxdur. (Burada alimentlər, ayrı-ayrı fikziki və ya hüquqi şəxsləri bir-birinə olan borcları da nəzərdə alınır).

Ümumilikdə rus “pristav”larının icrasında 57,7 milyon iş var. Bu işlərin ümumi həcmi isə 7.7 trilyon rub təşkil edir. Rusların bir-birinə fiziki şəxs kimi borcu 932 milyard rubldur (onlardan 132 milyard rubl aliment ödəmələrinə aiddir). Vətəndaşların digər hüquqi şəxslərə borcunun 3,2 trilyon, büdcə təşkilatlarına və qeyri-büdcə fondları qarşısında pul öhdəliyinin isə 417 milyard rubl olduğu bildirilir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Federal Xidmətin mətbuat katibliyi Rusiyada cəmi yarım il ərzində borca görə ölkədən çıxmağın qadağan olunması haqqında məhkəmə tərəfindən tam 2,7 milyon qətnamə verdiyi qeyd olunur. İyulun 1-nə verilən məlumata görə, kimi 2,5 milyon insan pul öhdəliyinə görə Rusiya sərhədlərindən kənara çıxa bilməyib.

"Kommersant" qəzeti vətəndaşların ödəmə qabliyyətinin tükənməsi ucbatından bankların risk zonasına daxil olduğunu yazıb.

pi.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar