Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan prezidentinin Rusiyaya dövlət səfəri olacaq

"Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya dövlət səfəri olacaq"

Bunu Rusiyanın Bakıda səlahiyyətlərinin icrasına yeni başlayan səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında deyib.

Diplomat bildirib ki, səfərin tarixi hazırda dəqiqləşdirilir. Bundan əvvəl Azərbaycan prezidentinin Rusiyaya sentyabrın 1-də səfər edəcəyi haqda məlumatlar açıqlanmışdı.

Qeyd edək ki, dövlət səfəri protokola görə iki ölkə arasında ən yüksək səviyyəli səfərdir. Belə səfərlər zamanı prezidentləri geniş tərkibli nümayəndə heyətləri müşaiyət edir, dövlətlər arasında bütün sahələrdə münasibətlər müzakirə olunur və sənədlər paketi imzalanır.

Səfir Boçarnikov bildirib ki, Rusiya heç kimi seçim qarşısında qoymağa çalışmır. “Hesab edirəm ki, RusiyaAzərbaycan suveren, dayanıqlı və sabit dövlətlərdir və onlar beynəlxalq arenada özləri üçün dostlar dairəsini müəyyən etmək iqtidarındadırlar"-diplomat deyib.

ABŞ ilə Rusiya arasındakı qarşıdurma fonunda Bakının Moskva və Vaşinqton ilə münasibətləri haqqında sualı cavablandırarkən diplomat bildirib ki, Rusiya öz tərəfindən Azərbaycanla qarşılıqlı fəaliyyət və əməkdaşlığın daha sıx olması üçün mümkün olan hər şeyi edəcək: "Birqütblü dünyanın vaxtı keçib, o daha işləmir. Dünyada müxtəlif təsir mərkəzləri, münasibətlərini milli maraqları əsasında quran çox sayda güclü ölkə var. Azərbaycanın siyasətini qiymətləndirməyim düzgün deyil, çünki bu, suveren dövlətdir. Rusiya haqqında deyə bilərəm ki, kiminsə Rusiyanı idarə etmək, onu özünə tabe etdirməklə bağlı cəhdləri heç vaxt olmayıb, olmayacaq da". (virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar