Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan polis qoşunlarını Azərbaycanla sərhədə yola salır

Ermənistan daxili qoşunlarının ilk bölmələri döyüş növbətçiliyi üçün avqustun 23-də Azərbaycanla sərhədə göndəriləcək

Bu haqda Ermənistan Polisinin rəhbəri Valeri Osipyan daxili qoşun hissələrinin Azərbaycanla sərhəddə döyüş növbətçiliyinə göndərilməsinə hazırlıqla bağlı keçirdiyi müşavirədə deyib.

“Polis qoşunlarıöz intizamı ilə fərqlənir. Sizin çoxillik təcrübəniz var, döyüş yolu keçmiş komandirlər də var. Mən tamamilə əminəm ki, sizlər qarşıya qoyulmuş döyüş vəzifəsini yerinə yetirəcəksiniz”-Osipyan daxili qoşun komandirlərinə bildirib.

Valeri Osipyan xatırladıb ki, Ermənistanın polis qoşunları Qarabağda 2016-cı ilin aprelində gedən döyüşlərdə də iştirak edib. Polis rəisi qeyd edib ki, “ilk fürsətdə” onun özü də döyüş mövqelərinə baş çəkəcək.

Ermənistan daxili qoşunlarının ilk bölmələri Azərbaycanın Qazax rayonu ilə həmsərhəd Tavuş vilayətində döyüş növbətçiliyinə başlayacaq.

Xatırladaq ki, Ermənistan daxili qoşunlarının Azərbaycanla sərhəddə döyüş növbətçiliyinə cəlb olunmasını müdafiə naziri David Tonoyan təklif etmişdi. Azərbaycan tərəfinə məlumdur ki, Ermənistan ordusunun sərhəd boyu postlarında canlı qüvvə çatışmadığı üçün yaxınlıqdakı kəndlərin mülki sakinləri müəyyən muzd qarşlılığında postlarda növbətçiliyə çıxır. Bu zaman hərbi intizamın olmamasından irəli gələn insidentlər baş verir. Yaxud içib sərxoş olan muzdlular Azərbaycan mövqelərinə və kəndlərinə xaotik atəş açırlar.

Ehtimal edilir ki, daxili qoşun bölmələrinin Azərbaycanla sərhədə yerləşdirilməsindən sonra Ermənistan Müdafiə Nazirliyi Qarabağa əlavə canlı qüvvə göndərmək imkanı əldə edəcək. Çünki Qarabağda da təmas xətti boyu erməni ordusunun canlı qüvvə çatışmamazlığı mövcuddur. Postların bir çoxunda iki-üç hərbçi dayanır, yaxud bəzi müşahidə məntəqələri boş qalır.

Valeri Osipyanın sözlərindən o da məlum olur ki, 2016-cı ilin aprelində Azərbaycan ordusunun cəmi iki-üç briqadasının keçirdiyi əks-həmlə əməliyyatı qarşısında nəinki Dağlıq Qarabağdakı işağlçı qüvvələr, eləcə də Ermənistandan əlavə qüvvələr və hətta daxili qoşun bölmələri də səfərbər olunub. (virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar