Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mançester Siti” “Haddersfild” klubunu böyük hesabla məğlub edib

Avqustun 19-da İngiltərə Premyer Liqasının ikinci turunun növbəti oyunu keçirilib

Sonuncu çempion "Mançester Siti" doğma meydanda "Haddersfild" klubunu qəbul edib.

"Etihad" stadionunda keçirilən qarşılaşmada ilk qol 25-ci dəqiqədə vurulub. "Mançester Siti"nın qapıçısı Edersonun ötürməsindən sonra Kun Aguera dəqiq zərbə ilə hesabı açıb - 1:0. Qoldan yeddi dəqiqə sonra hesab arasındakı fərq iki topa çatıb. Qabriyel Xesus yaxın küncü dəqiq nişan alıb - 2:0. Birinci hissənin əsas vaxtına 10 dəqiqə qalmış Pep Qvardiolanın yetirmələri qonaqları üçüncü dəfə meydanın mərkəzindən başlamağa məcbur edib. "Haddersfild" klubunun qapıçısı Ben Hamerin səhvini K.Aguera bağışlamayıb - 3:0. Oyunun 43-cü dəqiqəsində qonaqlar Con Stankoviçin zərbəsi ilə qollardan birinin əvəzini çıxıb - 3:1. Birinci hissə bu hesabla başa çatıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Fasilədən sonra da daha üstün oyun nümayiş etdirən meydan sahibləri matçın 48-ci dəqiqəsində hesab arasındakı fərqi yenidən üç topa çatdırıb. Oyunun baş hakimi Andrea Marinerin təyin etdiyi 28 metrlik cərimə zərbəsini David Silva dəqiq yerinə yetirib - 4:1. Daha sonra qarşılaşmanın 75-ci dəqiqəsində Benjamen Mendinin künc ötürməsini K.Aguera qola çevirib (5:1).

Oyunda son nöqtəni də "Mançester Siti" klubu qoyub. Komandanın gənc oyunçusu Leroy Sane sol cinahdan iki müdafiəçini keçərək qapıya zərbə endirib, top qonaqların oyunçusu Terenc Kongoloya dəyərək qapıdan keçib - 6:1.

Xatırladaq ki, ilk turda "Haddersfild" "Çelsi" klubuna 0:3 hesabı ilə uduzub. "Mançester Siti" isə "Lester Siti"dən üstün olub (2:1). İngiltərə Premyer Liqasının üçüncü turunda "Mançester Siti" səfərdə "Volverhemton", "Haddersfild" isə "Kardiff Siti" ilə qarşılaşacaq.(azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar