Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tibbi optika haqqında” qanun layihəsi parlament müzakirələrə çıxarılır

Milli Məclisin (MM) qarşıdan gələn 2018-cil payız sessiyasının qanunvercilik işləri planına daxil ediləcək qanun layihələri arasında parlamentin Səhiyyə komitəsi tərəfindən hazırlanan və sonuncu yaz sessiyasında komitənin ilkin müzakirələrindən keçirilən "Tibbi optika haqqında" yeni qanun layihəsi də hazır var

Ötən dövr ərzində qanun layihəsi üzərində İşçi Qrupu tərəfindən işlər davam etdirilib, ilkin ictimai müzakirələr, dinləmələr zamanı səsləndirilən təkliflər nəzərdən keçirilib və bəzilərinin sənədə daxil edilməsi qərara alınııb.

"Bu məsələ neçə illər idi ki, müzakirə olunurdu.

Hətta, bu yöndə ilkin məsləhətləşmələr zamanı belə bir fikir də səsləndirilmişdi ki, bəlkə optika ilə bağlı məsələ "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əlavə kimi daxil edilsin.

Amma müzakirələrin, məsləhətləşmələrin sonunda belə qərara gəlindi ki, bu məsələ ilə bağlı ayrıca qanuna ehtiyac var, o məsələləri başqa qanunla tənzimləmək olmur və ya da effektli olmaz.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Ona görə də "Tibbi optika haqqında" qanunun hazırlanmasına başlanıldı"-deyə, sonra bildirilib.

Eyni zamanda, bildirilib ki, bununla bağlı dünyanın bir sıra ölkələrində, o cümlədən, qardaş Türkiyədə də müvafiq qanun var.

"Ona görə belə hesab edildi ki, Azərbaycanda da belə bir qanun olmalıdır"-deyə, MM-dən sonra qeyd edilib.

Onu da xatırladaq ki, "Tibbi optika haqqında" qanun layihəsinin layihəsinin ilkin variantında- 8-ci maddədə qeyd olunur ki, optika mağazaları (və ya müəssisələri) hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyə uyğun olaraq yaradılır.

Əhaliyə optikaçılıq xidmətləri yalnız optika mağazaları vasitəsilə göstərilir.Optika mağazasının açılması müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında həyata keçirilir.

Optika mağazasının açılmasına rəyin əsas məqsədi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən tələblərə uyğunluğunu müəyyən etməkdir.

Optika mağazasında tibbi optika məhsulları ilə yanaşı, qoruyucu və gün eynəklərinin, eynək sağanaqlarının və digər əlaqəli məmulatların və onların ehtiyat hissələrinin və aksessuarlarının satışı, hazırlanması, quraşdırılması, montajı, sazlanması, uyğunlaşdırılması, təmiri, servis-texniki xidməti həyata keçirilə bilər.

Optika mağazasında bilavasitə əhaliyə optikaçılıq xidmətləri optikaçılıq və ya optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən, optometriya xidmətləri isə yalnız optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən göstərilir. Optika mağazasının müdiri optikaçı və ya optometrist olmaya bilərlər.

Optika məhsullarının satışı pasiyentin şifarişi və ya təqdim olunan həkim resepti əsasında həyata keçirilir.

Pasiyentin sifarişi əsasında satılan tibb optika məhsulunun ölçüsünün pasiyentin görmə dərəcəsinə uyğun olmamasına görə optika mağazası məsuliyyət daşımır.

Optika mağazasında optometrist fəaliyyət göstərmirsə, orada müayinə üçün istifadə olunan tibbi optika avadanlığı saxlanıla bilməz.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar