Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Koroğlu”dakı tıxac xaosu yenidən qayıdır: Səbəbkarı kimdir? - Fotolar

Bir neçə ay öncə yeni yol qovşağının istifadəyə verilməsi ilə “Koroğlu” metrostansiyasının qarşısındakı illərdir yaşanan xaos aradan qaldırılsa da, son günlər yenidən əvvəlki vəziyyət geri dönməkdədir. Yenidən həmin ərazidə tıxac müşahidə edilir və sürücülər bu durumdan əziyyət çəkir

Xatırladaq ki, “Koroğlu” metrostansiyasının qarşısındakı tıxacı aradan qaldırmaq üçün dövlət başçısının da iştirakı ilə bu ilin may ayının 7-də alternativ yol qovşağının açılışı oldu. Bunun ardından 20-ə yaxın marşrut xəttinin istiqaməti dəyişdirildi. Nəticədə sözügedən ərazidə nəqliyyatın və hərəkətin sıxlığı azaldı və nəqliyyatın axını normal vəziyyətə düşdü. İndi yolkənarlarında taxsilərin peyda olması yenidən əvvəlki xaosun başlanmasına səbəb olub.

Musavat.com-un müxbiri “Koroğlu” metrostansiyası ətrafındakı vəziyyəti izləmək üçün həmin əraziyə baş çəkib, sürücülərlə həmsöhbət olub.

Ərazidə olduğumuz zaman müşahidə etdik ki,“Koroğlu” metrostansiyasının qarşısında bu dəfə marşrut avtobusları deyil, taksi xidməti göstərən yüzlərlə avtomobil dayanır. Bu vəziyyət həmin istiqamətdə nəqliyyatın hərəkətini müəyyən qədər məhdudlaşdırır və tıxacın yaranmasına səbəb olur.

Taksi fəaliyyəti ilə məşğul olan və burada müştəri gözləyən sürücülər əsasən Bakıətrafı kənd və qəsəbələrə işləyirlər. Yaxınlıqda olan körpüdən başlayaraq, metrostansiyaya qədər taksilər düzülüb. Bu yolda sıxlıq yaratsa da, sürücülərin özləri nizam-intizam yaratmağa çalışırlar. Nəqliyyatın hərəkətinə mane olan avtomobillərə özləri narazılıqlarını bildirirlər. Hətta bir neçə dəfə mübahisə yaşandığını da şahidi olduq. Onlar nəqliyyatın hərəkət etdiyi yolda dayanan digər taksi sürücülərinə öz iradlarını bildirdilər.Lakin nə qədər intizamlı düzülsələr də, bu durum yolun daralmasına və axın edən nəqliyyatın hərəkətinin zəifləməsinə səbəb olur ki, nəticədə tıxac qaçılmaz olur.

Onu da müşahidə etdik ki, sərnişinlər də əvvəlki vərdişlərinə qaydıblar. Metrodan çıxanlar taksilərin qarşısına axın edirlər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Sərnişinlər bizimlə söhbət zamanı etiraf etdilər ki, taksi xidmətinin orada fəaliyyət göstərməsi onların da işinə yarayır: “Marşrutların metrostansiyanın qarşısından yığışdırılması tıxacı aradan qaldırsa da bizim işimizi çətinə saldı. Marşrut avtobuslarının dayanacağına qədər bir xeyli piyada yol gedirik. İsti yay günlərində isə bu dözülməzdir. Yeni yaradılan dayanacaqlara qədər ən azı 10 dəqiqə yol qət edirik. Lakin indi rahat şəkildə metrodan çıxıb taksi ilə evimizə gedirik. Xahiş edirik ki, taksi sürücülərinə burada dayanmaq üçün şərait yaradılsın”.

Taksi sürücüləri də bildirdilər ki, metrostansiyanın qarşısında insanlar sıx olduğu üçün onlar üçün əlverişlidir: “Burada 100-dən çox taksi sürücüsü var. Hamı evinə çörəkpulu aparır. Fabrik, zavod da yoxdur ki, orada işləyək. Hərənin altında bir köhnə maşını var.

Taksi sürməklə ailəmizi dolandırırıq. Əvvəllər marşrut avtobuslarının sürücüləri tıxacın yaranmasında bizi günahlandırırdılar. Lakin indi gördüyünüz kimi avtobuslar yığışdırıldıqdan sonra vəziyyət düzəlib. Təsəvvür edin ki, bu qədər taksi olsa da, tıxac yoxdu.

Doğrudur, bizə də burada fəaliyyət göstəməyə icazə yoxdur. Ancaq başqa yerdə dayanmağa da yer yoxdur. Ailəmizin dolanışığını taksi ilə təmin edirik. İnsanların ən çox toplaşdığı yer “Koroğlu” metrostansiyasının qarşısıdır. Biz öz aramızda maksimum çalışırıq ki, tıxac yaranmasın, diqqət çəkməyək. Deyilənə görə bura nəzarət işləri başqa bir quruma veriləcək. Bir sözlə burada müvvəqqəti işləyirik. Yol polisləri də sağ olsun ki, bizi başa düşürlər, şərait yaradırlar”.

Sürücülər onu da qeyd etdi ki, yeni yaradılan avtobus dayanacaqlarının yaxınlığında taksilər üçün yer ayrılsa da orada maksimum 30 taksi dayana bilər. Qalan yerlər isə parklama yerləridir. Sürücülər parklama yerinin də bir hissəsinin taksilərə ayrılmasını istəyirlər. Çünki bu ətrafda fəaliyyət göstərən taksilərin sayı həddindən artıq çoxdur.

Tıxacın yaranmasının səbəbi isə “Koroğlu” metrostansiyasının qarşısında ödənişli dayanacağın olmasıdır. Həmin ərazidə parklama nişanın qoyulub, sürücülərdən bunun üçün 1 manat tələb olunur. Daayanacağın yol kənarında olması tıxacın yaranmasına səbəb olur. Qeyd edək ki, parkomatlar və ödənişli dayanacaqlar Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. Yaxın zamanlarda isə Bakı Nəqliyyat Agentliyinə əhvil veriləcəyi bildirilir.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev musavat.com-a bildirid ki, həmin ərazidə işləyən sürücülərə inzibati tədbirlər görüləcək: “Koroğlu” metrostansiyasının qarşısındakı vəziyyət barəsində məlumatımız var. Yaxın vaxtlarda dayanma durma qaydasını pozanlara qarşı ciddi tədbirlərin görülməsinə başlanılacaq. Bu istiqamətdə ilk olaraq maarifləndirməyə üstünlük verdik və bununla bağlı bir sıra layihələr də keçirdik. Doğrudur, bu layihələr davamlı olaraq aparılacaq. Amma maarifləndirmə ilə yanaşı inzibati tədbirlər də görüləcək”.

pia.az

Fotolar




Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar