Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu sənəd Qarabağ məsələsinin həllinə ciddi təsir göstərəcək”

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət və imzaladığı sənədlərin bir ali məqsədi var

Onlar Azərbaycanın maraqlarının müdafiəsi, dövlətimizin ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ probleminin həllinə yönəlib. Xəzərin hüquqi statusuna dair imzalanan Konvensiya Dağlıq Qarabağ probleminin həllinə çox ciddi təsir göstərəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Səməd Seyidov avqustun 12-də Aktau şəhərində Xəzərin hüququ statusuna dair imzalanmış konvensiya haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan beş dövlətlə dil tapıb, Xəzər dənizinin statusunu müəyyən edən konvensiyanın altına imza çəkdiyi halda, bizim torpaqlarımızı işğal edən Ermənistan iki və ya üç dövlətlə çoxtərəfli əlaqələr qura bilmir: “Ermənistanın çoxtərəfli müqavilələri yoxdur. Azərbaycan üç, dörd, beştərəfli müqavilələrə imza atır. Bu baxımdan konvensiyanın Qarabağ probleminə - həm iqtisadi, həm təhlükəsizlik nöqteyi-nəzərindən, həm də Ermənistanın dünya tərəfindən düzgün yola gətirilməsi istiqamətində ciddi təsiri olacaq”.

Dünyanın çox mürəkkəb proseslər yaşadığını vurğulayan Səməd Seyidov qeyd edib ki, davalar, münaqişələr, dil tapmamaq halı genişlənib: “Vaxtilə çox sıx əlaqədə olan Avropa Birliyi dövlətləri qaçqın problemində konsensusa gələ bilmir, bir-birinə zidd qərarlar qəbul edirlər. Bir araya gəlib vahid fikir söyləməklə konvensiyaya imza atmaq həmin dövlətlərin maraqlarının əks olunması deməkdir”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Millət vəkili hesab edir ki, dünyadakı mürəkkəb proseslər fonunda bunu nadir hadisə kimi qiymətləndirmək olar: “Bu, iki və ya üçtərəfli deyil, beştərəfli konvensiyadır. Konvensiyaya ona görə imza atılıb ki, Rusiya, Qazaxıstan, Türkmənistan, İranAzərbaycanın milli maraqları təmin olunsun. Bəlkə də paradoksal səslənəcək, amma milli maraqları ən çox təmin edən məhz Azərbaycan tərəfidir. Ona görə ki, bu gündən sonra Azərbaycan vasitəsilə Xəzərin inkişafı təmin olunacaq. Bəlkə bir az qəribə səslənir, amma Azərbaycanın təcrübəsində bu olub. Cənab Prezident tərəfindən görülmüş işlər Xəzərin inkişafının əsasını, bünövrəsini, kökünü təşkil edib. Misal üçün, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Xəzərin enerji və karbohidrogen ehtiyatlarının dünyaya çatdırılmasını Azərbaycan təmin edir. Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri reallaşıb. Böyük biznes təşkilatları və dövlətlər heç vaxt qeyri-sabit yerə getmirlər. Onlar sabit, hüquqi bazanın mövcud olduğu bir yer seçib ora sərmayə qoyurlar. Bu nöqteyi-nəzərdən TAP, TANAP kimi uğurlu layihələrimiz ən yüksək səviyyədə gerçəkləşir. Məhz Azərbaycan vasitəsilə Xəzəryanı dövlətlərin milli maraqları təmin olunacaq. Heydər Əliyevin bünövrəsini qoyduğu və bu gün İlham Əliyevin həyata keçirdiyi siyasət budur”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar