Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Avropada dindarlar Putini dindar, mühafizəkarlar mühafizəkar, sollar isə solçu hesab edirlər”

Rusiya prezidenti Vladimir Putin Avropanın parçalanması üçün top-siyasətçilərdən istifadə edir

Bu haqda məşhur alman jurnalisti Boris Raytşuster Ukraynanın “Seqodnya” (“Bu gün” ) nəşrinə müsahibəsində danışıb. “Putin Avropanı bir-birindən ayırmaq üçün oynayır. Onun Avropada “Troya atları” çoxdur. Putin bu oyunun ustasıdır. Buna görə də təhlükə var ki, Avropada zəif yerləri verəcəklər. Hətta Almaniya cəmiyyətində lobbiçilər var ki, “Şimal axın-2” qaz kəməri layihəsini illərdir müdafiə edirlər. Təəssüf ki, Avropada Putinin təsiri böyükdür”, – jurnalist deyib. Jurnalist Kreml liderinə yaxın olan siyasətçilər arasında Macarıstanın baş naziri Viktor Orban və İtaliyanın yeni daxili işlər naziri Matteo Salvininin adını çəkib.

O qeyd edib ki, ekstremal sollar Putini dəstəkləyirlər və onun hələ də kommunist olduğunu düşünürlər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

“Həmçinin ekstremal mühafizəkarlar onu dəstəkləyirlər. Mən, məsələn, Brüsseldə mühafizəkar dairələr qarşısında çıxış edəndə orada keşişlər deyirdilər: siz niyə Putini söyürsünüz, o xristianlığın ümididir, o qərb dəyərlərini xilas edir, o əxlaqsızlığa qarşıdır. Bu, valehedicidir. Dindarlar onu dindar, mühafizəkarlar mühafizəkar, sollar isə solçu hesab edirlər. Bu çox təhlükəli və kədərlidir. Mən anlayıram ki, çoxları Qərbin siyasətindən narazıdır, çox tənqid etmək və dəyişdirmək lazımdır. Amma Putində çıxış yolu olduğunu düşünmək cəfəngiyatdır”, – Raytşuster qeyd edib.(publika)


pia.az


Etiket: Putin Avropa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar