Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Valdhaymın qoyub getdiyi dünyanın dəyişmiş halı...

Kurt Valdhaym kimin yadındadır? Əlbəttə, indiki cavanlar bilməz. Adam 1972-81-ci illər arasında BMT-nin baş katibi olub. Özü də çox çalışqan, enerjili baş katib olub, xələfləri kimi yeyib-içib səyriməyib, münaqişə ocaqlarının söndürülməsi, dünya ölkələrini problemlərinin həlli üçün çox işləyib

Yaşasaydı, bu il 100 yaşı tamam olacaqdı cənab Valdhaymın (1918-2007, Avctriya).

Курт Вальдхайм

Yaşasaydı, cənab keçmiş baş katib dünyanın necə dəyişdiyini görüb, mat qalardı.

Bu gün o, dirilib gəlsə, qoyub getdiyi dünyanı tanımaz.

Düzdür, o, SSRİ-nin dağıldığını, 15 qardaş, müttəfiq respublikanın yerində təxminən 7 bir-birilə düşmən ölkənin yarandığını gördü, amma 90 yaşında vəfat etdiyindən sonra baş verən hadisələr, yaranan durum yenə də onu çox sarsıdardı.

Kurt Yozef min ilin qardaşlarının - Ukrayna ilə Rusiyanın düşmən olacağını proqnozlaşdıra bilərdimi? Əsla. Bunu heç Kissincer və Bjeniski də bilməzdi. Amma onlar düşmən oldular.

Daha bir il yaşasaydı, cənab Valdhaym Gürcüstanla Rusiyanın qısamüddətli müharibəsini də görəcəkdi.

ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi, iqtisadiyyatını dağıtmaq istəməsi xəbəri ağsaqqal diplomatı lap mat qoyardı.

O başqa cür görmüşdü. Görmüşdü ki, ABŞ-ın Yaxın Şərq, ön Asiya regionunda ən güvəndiyi dövlət məhz Türkiyədir. Məhz bu dövlət qərbə, şərqə, cənuba, şimala, aşağıya, yuxarıya genişlənmək istəyən SSRİ-nin cənub istiqamətinin önündəki alınmaz sipərdir. Bu üzdən çox qiymətlidir.

Amma Kurt Valdhaym yaşasaydı, görərdi ki, artıq ruslarla türklər məcburən müttəfiq olublar, hər ikisi “rədd olsun Amerika” deyir.

Valdhaymın dövründə ABŞ Türkiyəni regionda İsrailə “dayday” təyin etmişdi, indi “dayı-bacıoğlu” arasında da düşmənçilik var.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

45 il öncə cənab Valdhaym Misirə, Suriyaya, İsrailə ard-arda səfərlər edir, regionda sülh yaratmağa çalışırdı. Namxuda, qoyub getdiyi kimidir. Sülh hələ də yoxdur. Üstəlik, bölgədə qan bataqlığı əmələ gəlib.

Dünyada terrorizmi BMT səviyyəsində müzakirəyə çıxaran ilk diplomat Valdhaym olub. 1972-ci ildə keçirilən Münhen olimpiadasında fələstinli terrorçuların 11 israilli idmançını qətlə yetirməsindən sonra BMT-nin baş katibi bu məsələni müzakirəyə çıxarıb.

Son 20 ildə az qala hər il beynəlxalq terrorizm mövzusu müzakirə olunur, amma terrorizm daha da genişlənməkdədir. Fələstinlilər və israillilər yenə də bir-birini qırırlar. Bircə onlar dəyişməyiblər, yollarına sadiqdirlər.

Yoxsa əfqanlar… 40 il qabaq ABŞ-dan silah-pul alıb, ruslara qarşı döyüşürdülər, indi də ruslardan pul-para, silah, texnika alır, amerikalılara qarşı döyüşürlər. “Modjaxed”likdən böyüyüb “terrorist” olublar.

40 il əvvəl ABŞ-la İran da qardaş kimiydilər, ABŞ prezidenti Karter Tehrana səfərə gəlmişdi, deyirdi, bu regionda ən yaxşı ölkə İrandır, dəstəklənməlidir. Bu gün ABŞ prezidenti Tramp deyir ki, bu regionda ən pis ölkə İrandır, kötəklənməlidir.

35-40 il əvvəl sosialist düşərgəsi deyilən bir müttəfiqlik büsatı vardı – Polşa, Çexoslavakiya, Macarıstan, Bolqarıstan, Rıminiya, Kuba, Vyetnam, ADR (Almaniyanın şərq tərəfindəki dövlət), Nikaraqua, Kamboca və s. Bu gün onların hamısı yolunu dəyişib. Bircə Kuba dirəşir, kubalılar da Fidelin balaca qardaşının ölümünü gözləyirlər, dəyişəcəklər.

Nikaraqua isə istiqamətini dəyişsə də, liderini dəyişməyib. Orada hələ də prezident Daniel Orteqadır. O vaxt gənc idi, 35 yaşı vardı, indi yaşı 73-ə dirənib, hələ də çalışır (hərçənd arada müxalifətdə də olub, necə deyərlər, atdan düşüb, atlanıb).

Afrika hələ də acdır. Cənab Valdhaym çox çalışıb, Əddis-Əbəbədən tutmuş Rabata, Santyaqoya qədər bir çox şəhərlərdə konfranslar keçirib, aclıq çəkən ölkələrə yardım göstərilməsini təmin edib. Amma nə olsun, 40 il əvvəl aclıq çəkən uşaqlar indi böyüyüblər, 50-55 yaşlı ata-analardır, hərəsinin 7-8 uşağı var, indi də uşaqları aclıq çəkir, hələ ayaqları da yalındır.

O vaxt Valdhaym onlara deməliydi: “Baxın, övladlar, böyüyəcəksiniz, evlənəcəksiniz, uşaqlarınızı yedirdib-geydirə bilməyəcəksinizsə, əkib-doğub çölə tökməyin, mən bu gün varam, sabah yoxam, mənim ərzaq konfranslarıma güvənib inkubator sexi açmayın, məndən sonra eləsi gələr, qayğınıza qalmaz, yiyəsiz qalarsınız”.

İndi bir yox, beş Valdhaym ola, dünyanı başına almış acları, qaçqın-köçkün, yoxsul adamları yedirib-içirə bilməz. O vaxt dünyada 5 milyard adam vardı, indi 7 milyardı aşıb. Adicə hindistanlılara “dur” deyən yoxdur, ildə, yalan olmasın, 20 milyon artırlar.

Beləcə, dünya həm çox dəyişib, həm də dəyişməyib. Daha dəqiqi, o vaxtkı dünyada olan yaxşı şeylər pisləşib, pis şeylər ya eləcə qalıb, ya da daha pis olub.

Allah Kurt Valdhayma rəhmət eləsin…

P.S. Bu yazı səhifəyə yığılanda xəbər çıxdı ki, BMT-nin sabiq baş katibi Kofi Annan da ölüb. İş artırmaq kimi çıxmasın, Allah ona da rəhmət eləsin.(musavat.com)

Samir Sarı

pia.az

 

 


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar