Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İş elanlarındakı tələlərə necə düşməməli – xanımlar üçün 6 qızıl qayda  

Qiymətli məsləhətlər, qan donduran dələduzluq hekayələri bu yazıda

Ötən sayımızda qadınlar üçün iş elanı verib, onları tələyə salan, intim təklif edən Bakı sakini Fariz Babayev (əsl adı Faiz Bastrakov - red.) barədə yazmışdıq. Bu şəxs guya işə götürən şəxs adından elan verərək, qızlara sərfəli iş və yaxşı maaş təklif edir. Nəzərə alanda ki, ölkənin əmək bazarında müəyyən problemlər və çətinliklər var, aydındır ki, belə vakansiyaya sahiblənmək istəyənlər çox olacaq.

Ancaq məlum olub ki, elandakı bütün bu yönəltmələr adi bir tələ yemi imiş: sən demə, F.Basrtakov, sadəcə, qızları və qadınları iş haqda “söhbət” adı ilə aldadıb tora salır və onları nikahsız birgə yaşayışa sövq etməyə çalışırmış - bəzilərini facebookda, bəzilərini - telefonda, bəzilərini isə - realda.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Dələduz elanlarındakı açar sözlər - “gecə prime time katibə”, “ofisdə rahat geyinən qadınlar”

“Yeni Müsavat” bu hadisədən yola çıxaraq, iş elanları ilə qadınları aldadan firmalar barədə gəzişmə edib. İş tapmaq arzusu ilə qəzetlərdə yer alan “İşçi axtarılır” elanlarına müraciət edənlərin bir qismi xoşagəlməz münasibətlə qarşılaşırlar. Mütəxəssislər qəzetlərdə, internetdə yer alan bu sayaq elanlarla bağlı xəbərdarlıq edir və onlarla bağlı araşdırma aparılmasını təklif edir.

“İşçi axtarılır” elanlarında özəlliklə qadınlara yönəlik ifadələr diqqət çəkir. İş elanı verilərkən xüsusən “gənc”, “gözəl”, “gözəl bədən quruluşlu”, “subay” qadınlar axtarılır və onlara “yüksək məvacib” təklif edilir. Türkiyədə bu cür elanlar üçün təklif edilən məvaciblər 4500 manata qədər çıxır. Hazırladıqları saxta elanları çox cüzi miqdar ödəyərək, qəzetlərin elanlar səhifəsində və ya internet səhifələrində yerləşdirən bu şəxslər həmin yolla bir çox gənc qızla əlaqə qurur. “Home ofis” çalışdığını iddia edən şəxslər gənc qızlarla vədələşərək, yalançı elanlarla bağlı görüşürlər. İş görüşməsi adı ilə bu sayaq yerlərə gedən qızlar isə orada açıq-aşkar sataşmalara məruz qalırlar.

Mütəxəssislər, ümumiyyətlə, qəzetlərin bu sayaq elanları verərkən daha diqqətli olmalarının vacibliyini bildirirlər. Bəs hansı elanın saxtakarlara, dələduzlara aid olduğunu necə bilmək olar? “Yeni Müsavat” bununla bağlı bəzi incə detalları nəzərə çatdırır.

Bir çox hallarda internet və qəzetlərə işçi elanı verən əxlaqsızlar “mənə özəl diqqət göstərəcək, rahat tərzdə geyinəcək qadın işçilər axtarıram” cümləsindən istifadə edir. Onlar bununla da qadınlara qarşı tələ qurmaq niyyətini ortaya qoyurlar. İşə ehtiyacı olan qadınların etibarını qazanaraq onları öz tələlərinə salmaq istəyən bu şəxslər elə elanda da öz niyyətlərini ortaya qoyurlar. “Gecə part-time katibə, ofisdə rahat geyinəcək xanım əməkdaş, mənə özəl diqqət göstərəcək assistent” kimi şərtlər irəli sürən bu şəxslər şərtlərini qəbul edəcək insanlara yüksək məvacib və sığorta təklif edirlər.

Şirkətin adı yoxdur

Əlaqə vasitələrini elanda açıq şəkildə yazan bu şəxslər yüksək məvacib, sığorta, yol pulu kimi vədlərlə qadınları görüşə razı salmağa çalışırlar. Qadınlar elektron məktub vasitəsilə bu elan sahibləri ilə əlaqə qurduqları zaman “Şirkətinizin adı nədir” sualına israrla üz-üzə görüşmə istəyi ilə qarşılıq verirlər. Mütəxəssislər qadınlara bu cür elanlardan uzaq dayanmaları ilə bağlı xəbərdarlıqlar ediblər. Onlara diqqət!

* İş görüşməsinə gedəcəyiniz şirkəti öncədən araşdırın.

* İnternetdən tapılan iş elanlarında öncə şirkətin adını və yerini öyrənin.

* Görüşə gedərkən ən azı, bir tanışınıza xəbər edin.

* İmkanınız varsa, iş görüşməsinə gedərkən yanınızda biri də olsun.

* Şirkəti müvafiq qurumlardan araşdırın.

* İş sahəsini açıqlamayan, “fərqli sahələrdə fəaliyyət” adı ilə özünü təqdim edən şirkətlərə şübhə ilə yanaşın.

Türkiyənin “Təqvim” qəzeti bu sayaq elan verən şirkətlərdən birinin rəhbəri ilə aşağıdakı yazışmanı aparıb:

- Mənim təcili olaraq işə ehtiyacım var və şərtləriniz mənə uyğundur. İş yeri hardadır?

- Elandakı məsələni yetərincə anlada bildimmi, bilmirəm, amma telefonunu versən, görüşərik. Ya da bir az özündən danış.

- Sizə CV-mi göndərərəm. Ancaq ünvanınız necədir?

- Ofisdə mənə yardım edəcək, zaman problemi olmayan, müstəqil, baxımlı, xoş, maddi və mənəvi hər cür paylaşım edəcəyim biri olsun istəyirəm. Mən mühəndisəm, inşaat məsləhətçisi işləri ilə məşğulam. 41 yaşındayam, 1.82 boyunda, 80 kiloyam. Ofis Çankayada. Elan, sadəcə, iş məqsədli deyil. Özəl həyatın paylaşımı və zamanla yaranacaq qadın-kişi münasibəti. Onun üçün də CV-dən daha çox sənin necə biri olduğun, şəklin mənim üçün önəmlidir. Amma istəsən, CV-ni də göndərə bilərsən. Cavabını səbirsizliklə gözləyirəm".

“Patrona özəl diqqət”

Keçək digər elanlara. Düzdür, bu sayaq elanlar daha çox Türkiyədə yayılıb. Amma yazının girişində yazdığımız nümunədə gördüyünüz kimi, Türkiyədəki nümunələr çox sürətli şəkildə Azərbaycana ayaq açır.

“İstanbulun Anadolu hissəsindəki inşaat firmasına bədən quruluşu gözəl, ofis içində açıq geyinəcək, patronun özəli ilə də maraqlanacaq evli-subay xanım əməkdaşlar işə götürülür. MSN ünvanınızı əlavə edin, görüşək”. “Məsləhətçi xidməti verdiyim ofisdə həm işlərimlə maraqlanacaq, həm də mənə özəl diqqət göstərəcək, gözəl bədən quruluşlu, 18-35 yaş aralığında maddi və mənəvi məsələlərdə qarşılıqlı bir-birimizə dəstək verəcəyimiz part time çalışma dostu istəyirəm”.

“Rahat geyinən iş yoldaşı axtarıram”

“Xanım iş yoldaşı axtarıram. Təkbaşıma çalışdığım iş yerimdə telefonlara cavab verəcək, toplantılarımızda şəhər xaricinə çıxa biləcək şəxslərin telefonlarını gözləyirəm. Namizədlər iş görüşməsinə rahat geyimdə gələ bilərlər”.

“İstanbul Avropa hissəsində ev ofisimdə olmaq üzrə, 22-30 yaş arası, özünə və bədəninə güvənən, baxımlı, xarici görünüşünə və geyiminə önəm verən, ”mən sıradan bir qadın deyiləm" deyən rahat tövrlü, mənimlə özəlimi də paylaşa biləcək qadın yardımçı, assistent, özəl katibəyə ehtiyacım var. Qeyd etdiyim özəlliklərə sahibsinizsə, mənimlə əlaqə yaradın. Maaş namizədin özəlliklərinə görə fərqli dəyərləndiriləcək".

Qadınları tələyə düşürməyə çalışan saxtakar “iş elanları” müəllifləri daha çox facebook üzərindən aktivlik edirlər. “Öz evinizdən çalışaraq 1 həftədə 800 TL qazanın” şüarı ilə qurbanlarına müraciət edirlər. Onlar bunun üçün facebook səhifələrindən istifadə edir, facebookda minlərlə təqibçisi olan bir fan səhifəsi ilə anlaşıb, orada reklamını edirlər. Bu yolla da daha çox istifadəçiyə çatmağa çalışırlar.

Sözügedən elan saytlarını araşdıranda üzə çox şaşırdıcı rəqəmlər çıxır. Onlar iddia edirlər ki, guya 1 ay ərzində 4 milyondan artıq insanla əlaqə yarada bilirlər. Amma bu saytın alexa.com vasitəsilə durumu araşdırılanda 13,177,860-cı sırada olduğuna şahid oluruq. Yəni bu sayaq saytların nəinki 4 milyon, bir ayda 1000 nəfərə çatımlı olması da mümkün deyil.

Hər zaman cinsi istismar olmur

Amma qadınları işə dəvət edən elanlarda heç də hər zaman seksual xarakterli istismar olmur. Qadınların daha asan aldadıla biləcəyini düşünən dələduzlar onlara yönəlik fərqli elanlar yayırlar. İki il bundan əvvəl iş elanı saytlarında yerləşdirən məlumatda “Xan Dad Halal Nemət” adlı kolbasa zavoduna işçı axtarıldığı bildirilirdi: “Xan Dad Halal Nemət” kolbasa zavoduna işçi qadın fəhlələr tələb olunur, istehsal olunan kolbasa və sosislərin çeşitlənməsi və asqılara yığılması, sosislərin çəkiylə qablaşdırılması, qablaşdırılmış sosis və kolbasaların etiketlərinin vurulması işləri. Hər həftənin 5-ci günləri 20 manat dəyərində kolbasa və sosis evlərinə aparmağa icazə veriləcək. Bayramlarda 50 AZN əmək haqlarına əlavələr olunacaq, İş qrafiki: həftənin 6 günü, saat 09.00-18.00 Bazar günü İstirahət günü. 650 AZN əmək haqqı. Yaş: 19-55 yaş arası, cinsi: qadın, təhsil: ali və ya orta, satış və distribusiya sahəsində iş təcrübəsi arzu olunandır. Peşəkar keyfiyyətlər: tez öyrənmə qabiliyyəti. Müraciət edən namizədlər göstərilən vatsap nömrəsinə göndərdikləri CV xarakterli məlumatlar arasından qiymətləndirmə aparılaraq seçiləcəklər. Yuxarıda qeyd olunan tələblərə cavab verən şəxslər göstərilən vatsap nömrəsinə özləri haqda CV xarakterli məlumatlarını göndərə bilərlər".

Bu dəfə elan daha professional hazırlanıb və hədəf kütlə olaraq, sadəcə, qadınlar nəzərdə tutulub. İlk baxışdan normal iş elanı kimi görünsə də, vatsapda qarşıya qoyulan tələblər elanın ənənəvi dələduzluq vasitəsinin olduğunu göstərir. Belə ki, sadəcə, vatsap ilə əlaqə saxlayan dələduzlar sığorta ödəməsi olaraq 49 manat tələb edir. Bildirilir ki, iş üçün müraciət edən şəxs ödəmə etdikdən sonra qeyd olunan vatsap nömrəsi: 050 508 10 39 ilə əlaqə saxlaya bilər. İnsanlar bu nömrə ilə əlaqə saxlamağa çalışsa da, buna nail olmur. Nəticədə pullarını itirir və işsiz qalırlar.

Sonda... Günümüzün ağır sosial şərtləri daxilində ailəsinə, evinə maddi dəstək olmaq istəyən qadınları bu sayaq tələlər də gözləyir. Məlumatsızlıq, təcrübəsizlik qadınları arzuolunmaz vəziyyətə sala bilər. Ona görə də yuxarıda yazdığımız detalları diqqətlə oxuyun, bu tələlərə düşməyin.

pia.az


Etiket: İş elanları

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar