Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban kəsmək kimlərə vacibdir, kimlərə yox?

Artıq Qurban bayramına sayılı günlər qalıb

Digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da bayram günlərində qurbanlar kəsiləcək.


Bu günlərdə ən çox verilən suallardan biri budur ki, qurban kəsmək kimin üçün vacib, kimlər üçün isə vacib hesab olunmur?

İlahiyyatçı Emil Rahiloğlu mövzuya bu cür şərh bildirdi: “Həcc ziyarətində qurban kəsmək vacibdir. Lakin Həcc ziyarətində olmayan şəxslərin də qurban kəsməsi savabdır, müstəhəbdir. Lakin bu onlara vacib deyil. Doğrudur, bizlərdə “qonşudan qalma geri” prinsipi və yaxud imkan olmayan şəxslər də istəyir ki, o da qurbanlıq heyvan alınmasında iştirak etsin, onun da bu məsələdə payı olsun. Yəni, bir növ Qurban bayramının şərəfinə qurban kəsirlər. Lakin bunların heç bir vacib deyil. Eyni zamanda imkanın olmadan, özünü çətinliyə salıb qurbanlıq almaq da doğru deyil. Əksinə, imkanlı şəxslər qurbanı kəsib həmin o imkansız şəxslərə verməlidir. Yəni qurbanın Allah dərgahında daha fəzilətli şəkildə qəbul olunması fəqir insanların o qurban ətinin payından istifadə etməsidir”.


Dindarlar dəfələrlə qeyd edir ki, borc pulla qurban kəsmək doğru deyil. Əgər qurban kəsməyə imkan olmazsa, bir neçə adam bir yerə cəmləşib bir iribuynuzlu heyvanı alıb, onu qurban kəsə bilər. Bu zaman bölgü aparanda heyvanı birlikdə alan şəxslər bir-birinə halallıq verməlidir. Şərikli kəsilən qurbanın hər şərikə çatan payı da üç hissəyə bölünməlidir. Onun bir hissəsi qurban sahibinə, digər hissəsi kasıb, imkansız ailələrə, üçüncü hissəsi isə pay kimi qoyum-əqrəbaya verilir.

Bəs qurban yalnız Qurban bayramında kəsilməlidir?

İlahiyyatçılar bildirir ki, qurbanı əsasən Qurban bayramı günü kəsmək daha uyğundur. Bayramdan sonrakı iki gün ərzində də qurban kəsmək olar, bunun bir eybi yoxdur.

Qurbanlıq necə kəsilməli?

Qurbanlıq heyvan üzü qibləyə yerə uzadılır. Boğazındakı 4 iri damar (qida borusu, nəfəs borusu və daha iki damar) iti kəsən dəmir (polad) bıçaqla birdəfəyə kəsilir. Damarların bəzisini kəsib gözləmək, sonra o birilərini kəsmək olmaz (dəvənin kəsilməsi bundan bir qədər fərqlidir). Qurbanlıq heyvanı müsəlman olan şəxs kəsməlidir. Heyvan üzü və ayaqları qibləyə sarı olmaqla (sol tərəfi üstə) yatırılır. Qurbanı kəsən zaman Allahın adı çəkilməlidir. Yəni qurban kəsən adam heyvanın boğaz damarlarını üzəndə "bismillah" və ya buna bənzər Allah adı olan zikrlərdən birini deməlidir. Qəsdən Allahın adı çəkilmədən kəsilmiş heyvan murdar sayılır və əti yeyilməz. Heyvanın boğazından kifayət qədər qan gəlməlidir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qurban kəsən adamın özünün də üzü qibləyə durması, heyvanı kəsməzdən əvvəl qabağına su qoyaraq içməsinə imkan verməsi də müstəhəb şərtdir. Həmçinin heyvana əziyyət olmasın deyə, bıçağı itiləmək və boğazını tez üzmək məsləhətdir. Buna görə də, heyvan kəsə bilməyən və təcrübəsi olmayan adamın bu işi təcrübəli bir şəxsə həvalə etməsi daha yaxşıdır.

Əksinə, heyvanı başqa heyvanların gözü qarşısında kəsmək, boyundan başlayaraq boğaza doğru kəsmək, canı bədənindən çıxmayınca başını üzmək doğru sayılmır.

Heyvanın hansı hissələrini yemək olmaz?

Qurban niyyəti ilə yaxud başqa niyyətlə kəsilməsindən asılı olmayaraq, heyvanın bədəninin bəzi üzvlərini yemək İslam şəriətində haram sayılır. Bunlar qan, peyin, erkək heyvanın cinsiyyət üzvü, dişi heyvanın cinsiyyət üzvü, balalıq, düşul adlı vəzi, xayalar, beyindəki noxud formalı hissə, onurğa beyni, onurğanın iki tərəfindəki piy, öd kisəsi, dalaq, sidik kisəsi, gözün hədəqəsidir.


Xatirladaq ki, bu il Qurban bayramı avqustun 22- və 23-nə təsadüf edib.

pia.az

 


Etiket: Qurban bayramı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar