Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın çıxışından sonra “Samsung” telefonları bahalaşdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün əvvəl Amerikadan idxal etdikləri elektronika məhsullarının baykot edilməsi ilə bağlı çağırışından sonra Türkiyədə “Samsung” firmasına məxsus, demək olar ki, bütün telefon modellərində qiymət artımı müşahidə olunur

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ərdoğan çıxışında “Biz xarici valyuta ilə aldığımız hər bir məhsulun daha yaxşısını istehsal edəcəyik və satacağıq. Amerikanın elektron məhsullarını baykot edəcəyik. Onların “iPhone”u varsa, digər tərəfdə də “Samsung” var. Öz ölkəmizdə “Venus” var, “Vestel” var. Qoy nə edəcəyimizi anlasınlar”, - deyə bildirmişdi.

Mətbuatın yazdığına görə, bu açıqlamadan sonra qonşu ölkədə “Samsung” telefonlarının “Galaxy Note 8”, “Galaxy S9” ve “Galaxy S9+” modellərinin qiymətləri təxminən 10-15 faiz bahalaşıb. “Galaxy Note 8” 5499 TL-dən 6149 TL-yə, “Galaxy S9” 4899 TL-dən 5349 TL-yə, “Galaxy S9+” 5699 TL-dən 6199 TL-yə çatıb.

Qiymət artımı həmçinin digər modellərdə də müşahidə olunur. “Samsung Galaxy S8” 4399 TL-yə, “Galaxy S8+” 4899 TL-yə, “Galaxy A8” 3399 TL-yə, “Galaxy J8” 2699 TL-yə, “Galaxy J7 Pro” isə 2499 TL-yə satılır.(virtualaz.org)

pia.az


Etiket: Samsung

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar