Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Branson böhranı”: ABŞ senatoru Lindsi Qrehem Türkiyə səfiri ilə görüşüb  

Türkiyə ilə ABŞ arasında “keşiş Branson” böhranının aşılması üçün iki ölkə arasında hakimiyyətin müxtəlif kanalları ilə bağlı təmaslar sürdürülür

ABŞ Senatının Cənubi Karolinadan olan üzvü, Respublikaçılar partiyasının ağır toplarından biri hesab edilən Lindsi Qrehem Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıçla görüşüb. Görüşdə ölkələr arasındakı münasibətlərdə, son ayların əsas mövzusuna çevrilən “keşiş Branson” işindən tutmuş, strateji maraqların toxunduğu bir çox məsələlər müzakirə olunub.

Həm senator L.Qrehem, həm də səfir Serdar Kılıç görüşlə bağlı sosial media hesablarında açıqlamalar yayıblar.

Senator Qrehem “Tvitter”dəki paylaşımında “Bu gün Türkiyə səfiri ilə keşiş Branson və digər mövzular haqqında səmimi və məhsuldar toplantı gerçəkləşdirdik”,-deyə yazıb.

Qrehemin ardınca səfir Kılıç da "Tvitter"də görüşlə bağlı təəssüratlarını bölüşüb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Türkiyəli diplomat “İkili münasibətlər dair senator Qrehem ilə faydalı görüşümüz oldu. Ortaq gündəm üzərində fundamental mövzularla bağlı görüşlərimizi dilə gətirdik. Konstruktiv bir dialoq üçün diplomatik kanalların açıq tutulması məsələsində konsensus əldə etdik”,-cümləsini yazıb.

Musavat.com xəbər verir ki, hələ avqustun 12-də “Fox News” kanalına verdiyi müsahibədə Lindsi Qrehem keşiş Branson buraxılmadan iki ölkə arasında normallaşmanın mümkün olmadığını deyib.

“Branson buraxılmadan münasibətlərin düzəlməsi mümkün deyil. Ona qarşı irəli sürülən ittihamlar yalandır. Həm keşiş Branson, həm də ABŞ səfirliyndə çalışan digər işçilərin 2016-cı ilin 15 iyulunda həyata keçirilmək istənilən hərbi çevrilişə heç bir aidiyyatları olmayıb”,-senator bildirib.

Buna rəğmən senator Qrehem əslində Türkiyə əleyhdarı olan siyasətçi sayılmır. O dəfələrlə qondarma “erməni soyqırımı” ilə verilən təkliflərin əleyhinə səs verib.

2017-ci ilin oktyabrın 14-də CNN kanalına verdiyi müsahibədə “qondarma soyqırım”la bağlı edilən çağırışlara o belə cavab vermişdi:

“I dünya müharibəsində nə baş verib, məni maraqlandırmır. Məni daha çox ektremislətrə qarşı aparılan III dünya müharibəsi narahat edir. İraq bu savaşın mərkəz nöqtəsidir. Türkiyə isə bu yerlərdə bizim üçün gözəl müttəfiqdir”.(musavat.com)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar