Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Rusiya ilə Azərbaycanın siyasi-hərbi müttəfiqliyi mümkün deyil”

“Azərbaycanın Rus NATO-su”na üzv olması müstəqilliyimizə təhlükədir”

Bu sözləri son günlər Azərbaycanln KTMT-yə üzv olması ilə bağlı başlanan müzakirələrə münasibət bildirirkən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə söyləyib.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynlinin “Azərbaycan yeni geosiyasi şərtlər daxilində Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü də ola bilər”, fikri müzakirələrə səbəb olub. Qeyd edək ki, deputat haqqın.az saytına verdiyi müsahibədə bildirib ki, KTMT-ni sırf hərbi blok kimi nəzərdən keçirməyə dəyməz. Bu daha çox hərbi təhlükələrdən savayı, təhlükəsizlik problemləri, beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, kibercinayətkarlığa qarşı fəaliyyətlə məşğul olan regional beynəlxalq təşkilatdır. Əli Hüseynlinin fikrincə Ermənistan istisna olmaqla, KTMT-nin digər ölkələri ilə də bizim dostluq münasibətlərimiz mövcuddur və təhlükəsizlik sahəsində əməkdaşlıq edilir. Bu mənada da həmin təşkilatda üzvlük Azərbaycana KTMT-dəki prosesləri yalnız müşahidə etmək deyil, həm də onlara təsir etmək imkanı yaradacaq.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Mövzu ilə bağlı PİA.az-a danışan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədrinin bu fikirləri ilə razı deyil. Politoloq hesab edir ki, Azərbaycanın KTMT-yə olması müstəqilliyimiz üçün təhlükədir.

Məhəmməd Əsədullazadə: “Moskva ölkəmizi özünün arxa bağçası zənn edir, çalışır ki, Azərbaycan müstəqil qərar verən ölkə olmasın”.

Məhəmməd Əsədullazadənin fikrincə hazırda Rusiyanı idarə edənlər imperiya düşüncəsinə malikdir və məqsədləri Cənubi Qafqazı öz nəzarətinə alaraq, buradakı öləkələri öz təsir dairəsinə almaqdır. Həmçinin politoloq hesab edir ki, son zamanlar Rusiya Azərbaycanda çox aktivfəaliyyət göstərir və bu fəaliyyət əsasən müstəqilliyimizin zəiflədilməsinə yönəlib. Danılmz faktır ki, ökəmizdə Rusiyanın “5-ci kolonu” güclüdür. Rusiya həm informasiya məkanında, həm də digər sturukturlarda və hətta dşvlət strukturlarında geniş şəbəkəyə malikdir. Rusiyanın Azərbaycandakı “5-ci kolon”u çalışır ki, ölkəmiz Rusiyanın xarici siyasətinin orbitinə daxil olaraq, forpost kimi fəaliyyət göstərsin:

Rusiya ilə Azərbaycanın siyasi-hərbi müttəfiqliyi mümkün deyil. Rusiyanın Azərbaycanla müttəfiq və müstəqil tərəfdaş dövlət kimi davranması üçün ilk növbədə Kremldə demokratlar və imperalist düşüncədən kənar liberal görüçlü şəxslər hakimiyyətə gəlməlidir. Hazırda Rusiyanı idarə edənlər imperiya düşüncəsinə malikdir və məqsədləri Cənubi Qafqazı öz nəzarətinə alaraq, buradakı öləkələri öz təsir dairəsinə almaqdır.

Ölkəmizin Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və digər qrumlarına üzvülüyü müstəqilliyimizin itirilməısi deməkdir və bəzilərinin iddia etdiyi kimi bu addım Qarabağın işğaldan azad edilməsinə gətirib çıxarmayacaq. Qeyd edim ki, Moskva ölkəmizi özünün arxa bağçası zənn edir, çalışır ki, Azərbaycan müstəqil qərar verən ölkə olmasın. Ümumiyyətlə son zamanlar Rusiya Azərbaycanda çox aktivfəaliyyət göstərir və bu fəaliyyət əsasən müstəqilliyimizin zəiflədilməsinə yönəlib. Danılmz faktır ki, ökəmizdə Rusiyanın “5-ci kolonu” güclüdür. Rusiya həm informasiya məkanında, həm də digər sturukturlarda və hətta dşvlət strukturlarında geniş şəbəkəyə malikdir. Rusiyanın Azərbaycandakı “5-ci kolon”u çalışır ki, ölkəmiz Rusiyanın xarici siyasətinin orbitinə daxil olaraq, forpost kimi fəaliyyət göstərsin. Rusiyanın bu maraqlarını müdafiə və təbliğ edən Moskvanın Azərbaycandakı “5-ci kolon”u bunula dövlətçiliyimizə öz çirkin zərbələrini vururlar.

Məhəmməd Əsədullazadə: “Rusiya müttəfiq və tərəfdaş kimi qonşu ölkələrlə davaranmaq təcrübəsinə malik deyil”

Bir məsələni vurğulamaq lazımdır ki, Azərbayacan 90-cı illərdə KTMT üzvü olanda, niyə Rusiya Qarabağla bağlı Ermənistana təzyiq etmədi? Hətta, Kreml 1999-cu ildə Ermənistan parlamentində dşvlət rəhbərlərini gülləbaran edərək terror vasitəsi ilə Azərbaycanla Ermənistanın sülh sazişi imzalamasına əngəl oldu. Daha sonra isə güzəştlərə razı olan preziden Ter-Petrosyanı istefaya məcbur edərək Qarabağda minlərlə insanın qanının axıdılmaslna və milyonlarla insanın qaçqın olmasına səbəb olan Köçəryanı hakimiyyətə gərirdi. Bu yolla Ermənistanla Azərbaycanın razılaşmasına imkan vermədi. Həmin dövrdəı Putin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) başçısı idi. Ona görə də Putin o zaman Ermənistan parlamentində baş verən terror hadisəsi ilə əlaqəli bir şəxsdir və hazırkı Rusiya prezidentinin Azərbaycan-Ermənistan sülhünün baş tutmaması üçün müstəsna rola sahib olub. İndi isə Putin Azərbaycanı üzünün forpostu etmək istəyir.

Mən hesab edirəm ki, Azərbaycanın əsas siyasi xətti avrointeqrasiya olmalıdır xarici siyasətdə balans prinsipi qorunmalıdır. Hazırda regionumuzda cərəyan edən geosiyasi hadisələr, ABŞ-RusiyaABŞ-Türkiyə qarşıdurması, bunun fonunda Anakara və Moskva yaxınlaşması, həmçinin Xəzər dənizinin hüquqi statusu üzrə yekun Konvensiyanın beş sahilyanı ölkə tərəfindən təsqdiqlənməsi əsas vermir ki, Azərbaycan bu günə qədər yürütdüyü xarici siyasətdən imtina etməyə əsas vermir. Bu yolverilməzdir.

Rusiya müttəfiq və tərəfdaş kimi qonşu ölkələrlə davaranmaq təcrübəsinə malik deyil. Rusiya öz qonşularına qarşı hərbi təzyiq və güc nümayiş etdirməklə qorxu rüzgarı əsdirir. Bəli, Rusiyanın kəşfiyyat və kiber maşını güclü işləyir. Bunun ölkəmizdə təsirləri görünür. Lakin bu demək deyil ki, biz müstəqilliyimizi Rusiyanın iradəsinə təslim etməliyik. Xalqımız yaxın və keçmiş tarixdən dərs almalı, Rusiyanın bu təzyiqlərinə qarşı durmağı bacarmalı və KTMT-yə “yox” deməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar