Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan ətrafında çəmbər daralır - İrəvan panikada

Rusiya, İran və Türkiyənin ABŞ-la kritik hala gələn münasibətləri ən çox düşmən ölkəni təlaşlandırıb – səbəb; “Aravot nəşri riskli “B planı”ndan yazdı; politoloq: “Sərkisyan Moskvadan xüsusi tapşırıqla qayıdıb...”

Dünyanın supergücləri arasında iqtisadi savaş şiddətlənib. ABŞ prezidenti Donadl Trampın dönəmində başlayan və qlobal sabitliyə təhlükə yaradan bu savaş “Şərq balinası” Çinlə hələ ki, gizlin getsə də, Rusiya, İran və Türkiyə ilə artıq real məzmun daşıyır və az qala, günbəgün daha kritik çalar almaqdadır.

Sonuncu üç dövlətdən ikisi (İran, Türkiyə) Dağlıq Qarabağ məsələsinə görə illərdir blokada şəraitində olan işğalçı Ermənistanın qapıbir qonşuları, üçüncü - Rusiya isə qonşudan da vacib - hərbi-strateji müttəfiqdir. Bu üzdən İrəvanda son vaxtlar yaranmış durumdan dolayı siyasi-ictimai təlaş xeyli artıb.

Məsələ ondadır ki, Rusiyaya qarşı sanksiyalar səbəbindən onsuz da Ermənistanda panik əhval hökm sürürdü. Bu yandan da İrəvanın xarici aləmə mühüm pəncərə saydığı, bəzi ortaq iqtisadi layihələrə ümid elədiyi tək müsəlman dost dövlət - İrana qarşı da sərt sanksiyaların işə düşməsi, payızda bu sanksiyaların qat-qat sərt olacağı perspektivi, üstəgəl, Türkiyənin son olaylara görə sövq-təbii Rusiyaya daha da yaxınlaşmaq istəyi düşmən ölkədə gərginliyi daha da artırıb. Qənaətlər yaranıb ki, baş verənlər Ermənistana yaxşı heç nə vəd eləmir və onun blokada rejimini bir qədər də sərtləşdirəcək. Çünki günün birində ABŞ işğalçı Ermənistandan da İranla bağlı konkret mövqe istəyə bilər.

Vəziyyəti qəlizləşdirən başqa bir ciddi amil isə “məxməri inqilab”dan sonra Ermənistanın yeni rəhbərliyinin hələ də Rusiya ilə Qərb (ABŞ) arasında vurnuxması, yəni arada qalması, Paşinyan hökumətinin “rusun ayağını tapdayan” addımlar atması, o sırada “Rus NATO-su” (KTMT) və onun baş katibi ilə bağlı riskli qərarlarıdır. “Arada qalan” isə adətən daha çox zərbə yeyir...

*****

İşğalçı ölkənin daxilində və ətrafında cərəyan edən, faktiki çəmbərin daralmasına aparan mürəkkəb və həyəcanlı proseslərlə bağlı artıq erməni KİV-ləri və ekspert çevrələri SOS siqnalı verməyə başlayıblar.

“Zərrəcə şişirtmə olmaz, desək ki, Ermənistan ətrafında yanğınla müqayisə edilən bir reallıq yaranıb. Özü də güclü küləyin fonunda olan bir ”yanğın". Rusiya, İran və Türkiyə mahiyyət etibarilə ən ciddi, böhranlı dönəmə daxil olub. Ən azı, Rusiya və Türkiyənin ABŞ-la münasibətlərində indiyədək görünməmiş bir böhranın yarandığını söyləmək olar".

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Aravot” erməni nəşrinin baş məqaləsində deyilir. Məqalədə daha sonra deyilir: “Ermənistan ”üçlüyün" Qərbə düşmən münasibətini təbii ki, bölüşə bilməz. Ancaq əks əlaqələr üçün çoxsaylı məntiqi əsaslar var. Bu əsaslar üzərində də yeni münasibətlər qurulmalıdır. Bizim vaxtımız yoxdur və yeni reallıqların diktə elədiyi addımlar, mahiyyətcə, fövqəladə xarakterli olmalı, tez və sürətli atılmalıdır. Çünki situasiyanı həm də erkən seçkilərə bağlı daxili siyasi problemlər mürəkkəbləşdirir. Aydındır ki, Rusiya inqilabın məğlub olmasını istəyir. Baş nazir Nikol Paşinyan nə qədər açıq bəyan eləsə də ki, Putin imperiyası ilə əlaqələrimiz dərinləşdirmək istəyirik, bütün hallarda “x” günü yetişəcək və biz fakt qarşısında qalıb “heç nə alınmadı” deyəcəyik. Ona görə yox ki, bizim XİN-də peşəkarlıq çatmır, ona görə ki, erməni inqilabı öz özlüyündə Rusiyadakı sistemə təhlükə yaradır".

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Erməni nəşri hesab edir Ermənistan realizm hissini itirmək kimi bir lüksə yol verə bilməz: “Çünki məsələ yalnız hakimiyyətdə yox, dövlətin gələcəyindədir. Bəli, Ermənistan regional ”yanğın"ın əhatəsindədir. Milli təhlükəsizlik maraqlarımız bu səbəbdən Qərblə münasibətlərimizi yeni əsasda, “restart” etməyi tələb edir. Bu da yəqin ki, Qərb tərəfindən nəzərə alınacaq və İranla iqtisadi münasibətlərdə İrəvana hansısa istisna tanınacaq. Bu mənada Paşinyanın qarşıdakı İranABŞ səfəri müstəsna önəm daşıyır. Bizə sabitlik və xarici siyasətdə “B planı” lazımdır".

*****

Ancaq “B planı” yetərincə riskli görünür. Nədən ki, gizli qərbpərəst olan Nikol Paşinyan buna nə qədər can atsa da, “iki stul”da oturmaq siyasəti aparsa da, enində-sonunda Rusiya faktorunu ciddiyə alıb “bir stul”la kifayətlənməli olacaq. Yeri gəlmişkən, Rusiyanın İrəvana qarşı əks-inqilab ssenarisini işə salması haqda iddialar artıb. Sabiq prezident Robert Köçəryanın qısa zaman sonra azad edilməsi həm də bu rakursda qiymətləndirilir.

Politoloq Qabil Hüseynli isə hesab edir ki, Köçəryanın həbsdən azad edilməsində keçmiş prezident, “Qarabağ klanı”nın digər odioz üzvü Serj Sərkisyanın ciddi rolu var (teleqraf.com): “Çünki Sərkisyan bir neçə gün əvvələ kimi Moskvada idi. Halbuki iddia edirdilər ki, o, guya müalicə üçün İtaliyaya gedib. Qənaətimə görə, Sərkisyan Kremldə Köçəryanın həbsdən azad edilməsi üçün müxtəlif şəxslərlə görüşlər keçirmək üçün Moskvada olub. O, Moskvada eyni zamanda Paşinyanın ”Qarabağ klanı" və Rusiyaya qarşı fəaliyyətini dayandırmaq üçün danışıqlar aparıb".

Politoloq bu üzdən istisna eləmir ki, Serj Sərkisyan Moskvadan ürəkli qayıdıb: “Qayıdan kimi də o, işğal altındakı Qarabağ bölgəsinə getdi. Çox keçməmiş məhkəmə Köçəryanın azad edilməsi barədə qərar verdi. Düşünürəm ki, baş verənlər Ermənistana qəyyumluq edən hansısa böyük gücün hazırladığı ssenari üzrə cərəyan edir. Bu ssenari də ”Qarabağ klanı"nın yenidən səfərbər edilməsini, yaxud Paşinyan rejiminin çökdürülməsini nəzərdə tutur".

Ekspert KTMT baş katibi Yuri Xaçaturovun və Köçəryanın azad edilməsini də, 1 mart qırğınında məsuliyyət daşıyan Serj Sərkisyanın cinayət məsuliyyətinə cəlb edilməməsini də eyni ssenarinin tərkib hissəsi sayır. “Artıq Ermənistan daxilində daha gərgin, ciddi siyasi mübarizənin əlamətləri görünməyə başlayıb. Nikol Paşinyan tərəfdarları İrəvanda etirazlar keçirir, Köçəryan və Sərkisyan tərəfdarları da digər bölgələrdə hazırlıq işləri görürlər. Bu, hərbi hazırlıq da ola bilər. Ermənistanda ciddi qarşıdurmalar gözlənilir. Bu qarşıdurmalar revanş xarakteri daşıya, yaxud mövcud siyasi hakimiyyətin dəyişdirilməsinə cəhd də ola bilər. Ermənistan özünün dramatik günlərini yaşayır”, - deyə politoloq əlavə edib.

pia.az


Etiket: Ermənistan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar