Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sarkisyanın partiyası Rusiya ilə Ermənistan arasında yaranmış çatdan danışdı  

“Xarici siyasətdə, Ermənistan-Rusiya münasibətlərində hər şey yaxşı deyil, halbuki tam tərsi bəyan edilir, Ermənistanın maraqlarının ziddinə olan problemlər yaranıb. Paşinyan hökuməti “pinq-ponq” siyasəti yürüdür, 102-ci Rusiya hərbi bazası ilə, KTMT baş katibi Yuri Xaçaturova qarşı ittihamlarla, Sergey Lavrovun bəyanatı ilə bağlı problemlər yaranıb”

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu bu gün Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın başçılıq etdiyi Respublikaçılar Partiyasının mətbuat katibi, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.

O vurğulayıb ki, Ermənistan üçün bir nömrəli məsələ korrupsiya ilə mübarizə, inqilab və əks-inqilab məsələləri deyil, ölkənin təhlükəsizliyi, Avrasiya İqtisadi Şurası və KTMT çərşivəsində əməkdaşlığın dərinləşdirilməsidir.

“Paşinyan bunu bacaracaqsa, qoy etsin, yerdə qalanlar isə ikinci dərəcəli məsələlərdir”, - Şarmazanov söyləyib.

Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın hökuməti siyasi nihilizm yolu ilə gedir.

“Paşinyanın iki yolu vardı – hökumət başçısı olmaq, yaxud da inqilabi komitəyə rəhbərlik etmək, düşünürəm ki, o ikinci yolla gedir. Hökumətlər pis şeyləri geridə qoyur, yaxşıları götürərək irəli gedir, inqilabi komitə isə, bolşeviklər kimi, hər şeyi silir – yaxşını da, pisi də. Bu gün aydırdır ki, Paşinyan hökuməti siyasi nihilizm yolu ilə irəliləyir”, - Şarmazanov bildirib.

Onun sözlərinə görə, hakimiyyət hüquq-mühafizə orqanlarının işinə qarışır, ələlxüsus təqsirsizlik prezumpsiyasını inkar edir, şəxsi və siyasi motivlər əsasında həbslər aparılır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?


“O, yaxşı baş nazir deyil. Ermənistanı inqilabçılara və əks-inqilabçılara bölmək nə deməkdir? Biz hara gedirik, diktaturaya? O, sıçrayışlı inkişafdan danışır, neçə iş yeri açılıb, diaspordan nə qədər investisiya daxil olub?” – vitse-spiker sözlərinə əlavə edib.O həmçinin bəyan edib ki, may ayında Paşinyanın namizədiyinin əleyhinə səs verməkdə yanılmayıb.

Şarmazanov onu da bildirib ki, Paşinyandan Ermənistanda LGBT təbliğatına, sektaların fəaliyyətinə və erməni kilsəsinə hücumlara münasibətinə dair cavab ala bilməyib.

pia.az


Etiket: Rusiya Paşinyan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar