Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın bu təşkilata üzvlüyü mümkün deyil” – Sabiq xarici işlər naziri

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Turan-a müsahibəsində ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması ilə bağlı mediada səslənən təkliflərə münasibət bildirib

Sabiq nazirlə qısa müsahibəni təqdim edirik:

- Azərbaycanda bir sıra rəsmi şəxslər ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmasının vaxtının çatması ilə bağlı bəyanatlar verirlər. Necə qarşılayırsınız, bu, nə qədər real ola bilər?

– Hesab edirəm ki, bu, siyasi reallıqdan uzaq təkliflərdir. Mən də onları oxumuşam. Problem nədən ibarətdir? Biz hamımız başa düşürük ki, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinə aid mövqeyi, daha doğrusu bəzi dairələrin mövqeyi gətirib ona çıxarıb ki, bu münaqişə həll olunmur. Rusiya təhlükəsizlik çətiri imkan verir ki, Ermənistan danışıqlarda çox radikal mövqedən çıxış etsin. Faktiki olaraq, danışıqlarda irəliləyişə imkan vermir. Yenə təkrar etmək istəyirəm ki, Ermənistanın radikal mövqedən çıxış etməsinin əsas səbəbi ondan ibarətdir ki, təhlükəsizlik çətiri Rusiya tərəfindən verilir və bu da işğalçının öz qüvvələrinə daha da arxayın olmasına imkan yaradır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Yəni, bu şəraitdə, Ermənistanla bir hərbi təşkilatda olmaq qeyri-mümkündür. İkincisi, əgər Azərbaycanın Rusiya ilə təhlükəsizlik və müdafiə məsələlərində daha sıx əməkdaşlıq etməsindən söhbət gedirsə, Rusiya bu məsələlərdə öz mövqeyini kardinal şəkildə dəyişməlidir. Rusiya həm də bunu açıq bəyan etməlidir.

- Azərbaycan həm Qoşulmama Hərəkatının üzvüdür, həm NATO ilə əməkdaşlıq edir, həm də Türkiyə ilə strateji müttəfiqlik, o cümlədən hərbi müttəfiqlik edir, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq və yaxud münasibətləri yumşaltmaqla bağlı bəyanatlar verir. Bunun əsası nədir?

– Hesab edirəm ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü mümkün deyil. Amma əməkdaşlıq etmək mümkündür. Ələlxüsus Azərbaycanın maraqlarına cavab verən sahələrdə əməkdaşlıq mümkündür. Hərbi əməkdaşlıq mövcuddur. Rusiya ilə hərbi əməkdaşlıq həm ikitərəfli münasibətlərdə, həm də təşkilata üzv dövlətlərlə çoxtərəfli münasibətlərdə özünü büruzə verir. Təşkilatın üzvü olan Belarus və Qazaxıstan Azərbaycanla müdafiə məsələlərində çox aktiv əməkdaşlıq edirlər. Bu baxımdan əməkdaşlığın güclənməsinin tərəfdarıyam. Amma yenə də deyirəm, bəzi məsələlər var ki, onlar həll edilmədən əməkdaşlığın inkişafı mümkün deyil.

- Necə hesab edirsiniz, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olarsa Qarabağ münaqişəsi öz həllini tapa bilərmi? Qarabağ münaqişəsinin həlli Qərbdən, yoxsa Rusiyadan asılıdır?

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük məsələsinə yalnız Dağlıq Qarabağ münaqişəsi həllini tapandan sonra baxıla bilər. İkincisi, Azərbaycanda müxtəlif siyasi qüvvələr mövcuddur, onların müxtəlif siyasi prioritetləri var. Bu baxımdan bu fikirlərin səslənməsi geniş siyasi spektrə malik olan bir siyasi mühiti əks etdirir. Bu bəyanatların faydası ondan ibarətdir ki, bir növ perspektivi göstərir ki, əgər əks tərəf bizə qarşı hansısa pozitiv addımlar atsa biz bu məsələləri nəzərdən keçirə bilərik.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar