Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mari Xuana aşiq oldu: Gürcüstanın arxasınca kim gedəcək?  

30 ilə yaxındır ki, bütün keçmiş sovet respublikaları sosializmdən imtina edərək, işıqlı kapitalizm sabahına qədəm qoydular

Lakin hərədə bir cür alındı. Yoxsulluq, bərabərsizlik, korrupsiya, aşağı əmək məhsuldarlığı, maliyyə piramidaları - bu respublikalardan hər birinin kiçik yaxud böyük dərəcədə ümumi problemləri var. Lakin neftin olduğu ölkələr - Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda vəziyyət az-çox daha uğurlu oldu.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Alpari" analitik departamentinin direktoru, Rusiyanın ən nüfuzlu maliyyə təhlilçilərinin TOP-10-luğuna daxil olan Aleksandr Razuvayev bildirib.

Onun sözlərinə görə, qlobal iqtisadiyyatda hər kəs özü qazanmalıdır. Keçmiş sovet respublikalarının əksəriyyətində sovet sənayesinin qalıq nəhəngləri və ucuz, tez-tez isə heç bir hüququ olmayan işçi qüvvəsindən başqa heç nə yoxdur. Lakin görünür Gürcüstan qlobal iqtisadiyyatda yerini tapıb və ola bilsin digər MDB ölkələri, o cümlədən Baltikyanı ölkələr onun nümunəsindən istifadə edəcəklər.

Gürcüstanın Konstitusiya məhkəməsi iyulun 30-da "Yeni siyasi mərkəz - Qirçi" partiyasının liderləri Zurab Caparidze və Vaxtanq Meqrelişvilinin Gürcüstan parlamentinə qarşı iddiasını qəbul etdi və marixuanadan istifadəyə görə mövcud yeganə cəzanı - 204 dollar və daha artıq məbləğdə cəriməni ləğv etdi. Beləliklə, Gürcüstanda marixuananın istehlakı qanuniləşdirildi.

Gürcüstan ümumi beynəlxalq trendə uyğunlaşır

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Razuvayevin fikrincə, hazırda ABŞ-da leqal marixuana bazarının həcmi 6 mlrd. dollara yaxındır.

"Əgər onun qanuniləşdirilməsinə dair tendensiya qalarsa, 2026-cı ildə bu göstərici ildə 50 mlrd. dollara çata bilər. Hazırda ABŞ əhalisinin 21%-i marixuanaya qanunla icazəyə verilmiş ştatlarda yaşayır. Eyni zamanda dünyada marixuananın narkotik yaxud alkoqol və ya tütündən istifadə kimi zərərli vərdiş olub-olmaması barədə müzakirələr gedir", - deyə, ekspert vurğulayıb.

Məsələyə vahid baxış yoxdur

Həmsöhbətimiz xatırladıb ki, rəsmi olaraq, marixuana hələ də ən təhlükəli narkotiklərin siyahısındadır.

"2016-cı ilin yazında bu məsələyə BMT-nin xüsusi iclası həsr olunmuşdu. Meksika, Kolumbiya və Peru marixuananı qeyd olunan siyahıdan çıxartmaq təklifi ilə BMT-yə müraciət etdilər. Lakin müzakirələrdən sonra BMT-də qərara gəlindi ki, belə etmək olmaz", - deyə, o, vurğulayıb.

Ekspert qeyd edib ki, belə klassik konspirologiya nəzəriyyəsi var ki, marixuana bir çox xəstəliklərin dərmanıdır. Buna görə də, hökümətlər tərəfindən qadağan edilib, yoxsa əczaçılıq şirkətləri müflis olar.

"Bəzi iqtisadçılar, o cümlədən mənim Moskva maliyyə şirkətlərindən olan həmkarlarım düşünürlər ki, marixuana böyük şəhərlərin sakinləri və ya maliyyə mütəxəssisləri üçün stressi götürməyin ən yaxşı üsuludur. Məlum olduğu kimi, marixuanadan istifadə qayğısızlıq yaradır. Bununla yanaşı, qanuniləşdirmənin əleyhdarları belə fikir irəli sürürlər ki, Cənub-Şərqi Asiya ölkələri orada narkotiklərin geniş tətbiqinə görə çox geri qalıblar. Necə ki, Latın Amerikasında - kokaindən istifadəyə görə.

Ona görə, onların fikrincə, marixuana əksinə, şəxsi işgüzar uğursuzluğun sinonimidir. Bu mövzuda sonsuzadək müzakirə aparmaq olar. Lakin pullar yola gətirməyi bacarır və Gürcüstan artıq öz seçimini edib", - deyə, Razuvayev bildirib.

Onun sözlərinə görə, əlbəttə ki, bu gün bir çoxları ənənəvi marşruta - Hollandiyaya üstünlük verəcək.

"Marixuana çəkmək yaxud sadəcə əylənmək istəyənlər xüsusi olaraq Amsterdama gəlirlər ki, onların ölkələrində qadağan olunanın dadına baxsınlar. Lakin Gürcüstanın öz üstünlüyü var - hər şey çox ucuzdur. Bildiyimiz kimi, bir çox ölkələrdə yüngül narkotiklər və intim-xidmətlər ÜDM-ə daxil edilir.

Lakin Gürcüstan üçün rəqəmlər çətin ki, tam mənzərə yarada bilsin. Axı turizm sənayesindən gələn gəlirlər kimi digər vəsaitlər də var. İyulda Gürcüstana milyondan çox əcnəbi turist səfər edib, ötən ilin analoji dövri ilə müqayisədə artım +10,5% təşkil edib. Beynəlxalq səfərlərin əksəriyyəti Rusiya, Azərbaycan, Türkiyə və Ermənistandan olub. Və qanuniləşdirmə gələcəkdə bu rəqəmi daha çox edəcək", - deyə, ekspert hesab edir.

Digər MDB ölkələri Gürcüstanın nümunəsinə əməl edəcəklərmi?

Saytın həmsöhbətinin rəyinə görə, burada cavab yəqin ki, hə olacaq.

"Ötən il Qırğızıstanın Milli Bankının rəhbəri Tolkunbek Abdıqlov turizmin inkişafı məqsədilə marixuananı leqallaşdırmağı təklif etdi. Bu məsələ Ukraynada da müzakirə olunur. Avropa İttifaqının dotasiyalarından məhrum olduqda, Baltikyanı ölkələr də bu yola üz tuta bilərlər. Əvvəl-axır Riqa və ya Vilnüs Amsterdamdan dəqiq pis deyil. Milli spesifikaya uyğunlaşdırmalarla, eyni şey oyun biznesində rusiyalıların hesabına qazanan Belarusda da baş verə bilər. Minskdə hər addımbaşı kazinodur.

Rusiyada marixuananın leqallaşdırılması çətin ki mümkündür, Rusiya iqtisadiyyatı çox böyükdür və büdcə bu təşəbbüsdən gəlirləri sadəcə hiss etməyəcək. Və vaxt da keçib - futbol üzrə Dünya Çempionatı keçmişdə qaldı. Rusiya ilk növbədə sovet irsindən - neft, qaz, metallar, atom sənayesi, silah ixracı və əlbəttə ki, devalvasiya fonunda güclü inkişaf etmiş aqrosənaye kompleksindən qazanır. RusiyaAzərbaycana marixuana lazım deyil. Xüsusilə də nəzərə alsaq ki, rusiyalılar Gürcüstanın yaxında olduğunu gözəl bilirlər", - deyə, A.Razuvayev dəqiqləşdirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar