Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Biz Allaha inanırıq” – ABŞ dolları üzərində rusiyalının əl izi

Dünya ictimaiyyəti siyasət müstəvisində daha bir maraqlı hadisənin şahidi oldu. Etiraz əlaməti olaraq ABŞ dolları yandırıldı və bu olay heç də birmənalı qarşılanmadı

Təbii ki, bu hadisənin kökündə dayananlara əsl qiyməti bütün tarixi səliqəsizlikləri sahmana salan zaman verəcək, ABŞ dollarının “günahkar”, yaxud “günahsız” olduğunu üzə çıxaracaq. Baş verənləri nəzərə alaraq hazırda “günahkar” sayılan Amerika dolları haqqında maraqlı faktları təqdim edirik.

1785-cı il iyulun 6-da Birləşmiş Ştatların Kontinental Konqresi Tomas Ceffersonun təklifi ilə dolları ölkənin əsas pul vahidi elan edib. Beləliklə, Amerika Birləşmiş Ştatları birinci dövlət olaraq öz milli valyutasını dollar adlandırıb.

Dolların kağız əskinaslarının görünüşü ilk illər tez-tez dəyişib. 1928-ci ildən başlayaraq isə dolların dizaynında qismən sabitlik yaranmağa başlayıb və həmin il amerikalıların milli valyutasınıa ilk müasir görünüş verən rusiyalı mühacir Sergey Makronovski olub.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Hazırda dövriyyədə 1, 2, 5, 10, 20, 50, 100 dollarlıq əskinaslar mövcuddur.

1934-cü ildə Amerika Birləşmiş Ştatlarında 100000 dollarlıq əskinas buraxılıb. Bu əskinas banklararası əməliyyatların aparılması üçün istifadə olunub. Həmin pulun üzərində ABŞ-ın 28-ci prezidenti Vudro Vilsonun əksi olub.

Nominalından asılı olmayaraq bütün müasir dollarların ölçüsü eynidir: 155,956 x 66,294 mm.

100 dollardan ibarət 1 milyon dollar pulun çəkisi 10 kiloqram, 1 sentlərdən ibarət bu həcmdə pulun çəkisi isə 246 tondur.

Dollar əskinaslarının üzərində ABŞ-ın aşağıdakı tarixi şəxsiyyətlərinin əksi təsvir olunub:

1 dollar - Corc Vaşinqton, ABŞ-ın birinci prezidenti

2 dollar - Tomas Cefferson, ABŞ-ın üçüncü prezidenti

5 dollar - Abraham Lincoln, ABŞ-ın 16-cı prezidenti

10 dollar - Aleksandr Hamilton, ABŞ-ın ilk maliyyə naziri

20 dollar - Endryu Cekson, ABŞ-ın yeddinci prezidenti

50 dollar - Uillis Qrant, ABŞ-ın on səkkizinci prezidenti

100 dollar - Benjamin Franklin, ABŞ-ın banilərindən biri, siyasi nəzərriyəçi, alim.

“In God We Trust”- bu ifadənin tərcüməsi “Biz Allaha inanırıq” deməkdir. Bu ifadə ilk dəfə 1864-cü ildə Amerika qəpiklərinin üzərinə həkk olunub. Sonralar isə Konqressin qərarı ilə bu ifadə həm qəpiklərin, həm də kağız əskinazların üzərində öz əksini tapmağa başlayıb.

ABŞ dollarının hazırlanması üçün istifadə olunan materialın tərkibi 75 faiz pambıqdan və 25 faiz kətandan ibarətdir.(musavat.com)

pia.az


Etiket: ABŞ dolları

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar