Rusiya, Türkiyə və İran prezidentləri sentyabr ayında Suriya münaqişəsinin həlli üçün bir araya gələcəklər
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin görüşünün Tehranda keçirilməsi planlaşdırılır.
“Üç ölkə liderinin Suriya münaqişəsinin həlli ilə bağlı zirvə görüşünün sentyabr ayında keçirilməsi ilə bağlı diplomatik iş həyata keçirilir. Diplomatik kanallar vasitəsilə görüşün dəqiq tarixi müəyyən ediləndə ictimaiyyətə açıqlama veriləcək”, - deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın da analoji aaçıqlama ilə çıxış etmişdi.
Onu da xatırladaq ki, bu dövlət başçılarının əvvəlki üçtərəfli görüşü bu il aprelin əvvəllərində Ankarada keçirilib.(virtualaz.org)
pia.az