Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

PKK-çı qadınların təcavüz etirafları qan dondurdu

Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları nəticəsində ağır zərbələr alan PKK terror təşkilatının 1 il ərzində təslim olan 297 qadın üzvünün ifadələri sənədləşdirilib

Sənəddəki ifadələr qadın terrorçuların yaşadıqları faciələri ortaya qoyub.

Terrorçu lider Duran Qalxanın düşərgələrində xidmət edən qadınlar başçılarını “Manyak Abbas” adlandırıb.

Silav Qarzan:

“Kandildə təcavüzə qarşı çıxdığı, ya da təcavüzə məruz qaldığı üçün edam edilənlər ilə yaşadıqlarına tab gətirə bilməyib intihar edən qadınların sümüklərini düzsələr, kəndlərindən Kandilə qədər uzanar. Təşkilatın qadın qolu YJA STAR-ın başında duran qadınlar həmcinslərinin kişi idarəçilər tərəfindən cinsi kölə kimi istifadə edilməsinə göz yumur”.

Zozan Fırat:

“Təşkilatdan qaçışlar artanda Kandil bölgəsindəki düşərgələrdə xüsusi edam komandaları quruldu. Aprel və mayda, 40-a yaxın yoldaşımız bu komandalar tərəfindən edam edildi. 27 nəfərin edamını telefona çəkiblər. Bunu düşərgələrdə bizə də göndərdilər”.

Roybin Delila:

“Bir qadın üçün Kandil demək təcavüz deməkdir. Kandildə qadın istəyənin dilədiyi kimi istifadə etdiyi əşyadır. Həm mənim, həm qohumlarımın bədəni bunu yaşadı. İdarəçilərin cinsi manyaklığı qadınla sərhədlənmir. Suriyadan qaçırılıb gətirilən azyaşlılara belə təcavüz edirlər. Yaşamaq üçün deyil, yaşananları anlatmaq üçün təslim olmuşam…”.(Publika.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar