Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müslüm Maqomayevin 76 illiyi qeyd olunacaq

17 avqust 2018-ci il tarixində saat 17.00-da Birinci Fəxri Xiyabanda SSRİ Xalq artisti, görkəmli müğənni, bəstəkar, “Şöhrət” və “İstiqlal” ordenli Müslüm Maqomayevin anadan olmasının 76 illiyinə həsr olunmuş mərasim keçiriləcəkdir

Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. Onun səsinin sehri, zəngin yaradıcılığı unudulmaz sənət abidəsinə çevrilmişdir. Sənətə vurğunluğu, dərin musiqi duyumu, yüksək səhnə mədəniyyəti onu Azərbaycan ifaçılıq sənətinin bir növ rəmzi kimi tanıtmışdır. Azərbaycan xalqına bağlı olan Müslüm Maqomayev dünyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırmışdır.

Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olmuşdur. Onun babası Müslüm Maqomayev Azərbaycan bəstəkarlıq və dirijorluq məktəbinin qüdrətli sənətkarlarından biridir. O, 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın sinfində bitirmişdir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Gözəl və gur tembrli səsə, parlaq aktyorluq istedadına, səhnə görünüşünə malik vokalçı gənc yaşlarından diqqəti cəlb etmiş və təhsilini 1964-1965-ci ildə İtaliyanın Milan şəhərində məşhur “La Scala” teatrında davam etdirmişdir.

1963-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayan Müslüm Maqomayevin C.Rossininin “Sevilya bərbəri” operasında yaratdığı Fiqaro obrazı ona böyük şöhrət gətirmişdir.

Müğənninin ifasında “Koroğlu” (Ü.Hacıbəyli), “Şah İsmayıl” (M.Maqomayev), “Toska” (C.Puççini), “Aleko” (S.Raxmaninov) operalarından ariyalar, Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarca estrada mahnıları xüsusi yer tuturdu. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev sözün əsl mənasında ümumxalq məhəbbəti qazanmışdı.

Azərbaycan estrada ifaçılığı sənətini xaricdə yüksək səviyyədə dəfələrlə təmsil etmiş müğənni 1969-cu ildə Sopot Beynəlxalq Mahnı Müsabiqəsində, Kannda keçirilən “Qızıl val” müsabiqəsində birinci mükafata və laureat adına layiq görülmüşdür. Müslüm Maqomayev unikal sənətkarlardandır ki, ona Parisin məşhur “Olimpiya” zalında solo konsertlə çıxış etmək nəsib olmuşdur.

Müslüm Maqomayev 1974-cü ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri ilə birgə ABŞ, Kanada, Fransa, Almaniya, Finlandiya, İsveçrə, İspaniya, İtaliya, Portuqaliya, Argentina, Braziliya, Polşa, İran və bir çox başqa ölkələrdə böyük uğurla çıxış etmişdir. O, həm Azərbaycan, həm keçmiş SSRİ-nin respublikalarında keçirilən dövlət əhəmiyyətli tədbirlərin, Mədəniyyət Günlərinin, qurultay və plenum çərçivəsində keçirilən konsertlərin daimi iştirakçısı olmuşdur.

Müslüm Maqomayev haqqında “Oxuyur Müslüm Maqomayev” filmi çəkilmiş, müğənni özü “Nizami” bədii filmində baş rolda çıxış edərək dahi Azərbaycan şairinin özünəməxsus, yaddaqalan obrazını yaratmışdır. O, bir sıra populyar mahnıların müəllifi kimi də tanınmışdır. Onun müəlifi və ifaçısı olduğu “Mavi əbədiyyət”, “Təntənəli mahnı”, “Mənim Azərbaycanım” nəğmələri Azərbaycan estrada mahnısı irsinin parlaq nümunələri kimi daim səslənir.

M.Maqomayev 1973-cü ildə SSRİ Xalq artisti fəxri adına layiq görülmüş, 1997-ci ildə “Şöhrət”, 2002-ci ildə “İstiqlal” ordeni ilə təltif olunmuşdur. O, Prezident təqaüdçüsü idi.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar