Bu il ali təhsil müəssisələrinə qəbul imtahanında 596 bal toplayan abituriyent universitetə qəbul ola bilməyib
Bu barədə təhsil eksperti Kamran Əsədov qeyd edib.
“Çox təəccüblü bir məsələ ilə qarşılaşdım. Mənə bir abituriyent müraciət edib. Deməli, bu şəxs 596 bal toplayıb. Elektron ərizəsində də görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb. 15 illik təcrübəmdə belə şey görməmişəm. Deyəsən, DİM sürüşdürüb”, - ekspert bildirib.(axar.az)
pia.az