Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gədəbəy böyük fəlakət astanasında – Nazirlik böyük ekoloji cinayətin üstünü açdı - Fotolar

Gədəbəy böyük bir ekoloji fəlakətlə üz-üzədir. Rayonun mərkəzinə yaxın ərazidə qanunsuz fəaliyyət göstərən daş karxanası yaxınlıqdakı sakinləri hər gün fəlakətlə üz-üzə qoyur

Məsələ o qədər ciddidir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rayona xüsusi qrup ezam edilib. Araşdırmalar üzə çıxarıb ki, daş karxanası illərdir ki, heç bir sənəd olmadan fəaliyyətdədir. Bu günə qədər dövlətə vurulan ziyan da astronomikdir – 446 min manat!

Ən əsası isə dağın üst hissəsində yerləşən karxananın fəaliyyəti dağın ətəyində yaşayan sakinlərin hər an dağ uçqunu təhlükəsi ilə üz-üzə qoyur.

Nazirlik əməkdaşları cinayətin üstünü açandan sonra topladığı faktlara hüquqi qiymət verilməsi və dövlətə vurulan ziyanın ödətdirilməsi üçün Gədəbəy Rayon Prokurorluğuna yollayıblar. Lakin rayon prokuroru həmin faktlara qiymət vermyə tələsməyib, sonradan isə ümumiyyətlə hüquqi qiymət verməkdən yayınmaq üçün aidiyyatı olmaya-olmaya Rayon Polis İdarəsinə göndərib. Polisdə də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən göndərilən cinayət qovluğuna ögey münasibət var. Araşdırma aparılmır. Ortada olan faktlara hüquqi qiymət verilməsi üçün heç bir tədbir görülmür. Buna polisin səlahiyyəti də yoxdur. Yada salaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsmayıllı ryonunda da oxşar cinayətin üstünü açmışdı. Məsələni araşdırmaq üçün ismayıllı Rayon Prokurorluğuna göndərmişdi. Lakin rayon prokuroru köməkçisi vasitəsi ilə qanunsuz karxana işlədən sahibkardan külli miqdarda rüşvət almaqla cinayət hüquqi qiymət verməkdən yayınmışdı. Sonradan məsələ böyüdü, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə qədər gedib çatdı. İsmayıllı rayon prokurou və onun köməkçisi həbs olundular, İsmayıllıdakı qanunsuz karxana ilə bağlı obyektiv araşdırmalar başlandı.

Gədəbəydə də eyni ssenari təkrar olunmasa, böyük bir cinayət ört-basdır oluna bilər.

Rayon sakini Ramiz Novruzov deyir ki, qanusnuz karxananı Sahib Hüseynov işlədir. Rayonda Sahib Hüseynov sabiq icra başçısı Ramiz Yediyarovun adamı kimi tanınır. İllərlə daş karxanasının qanunsuz fəaliyyəti də elə bu səbəbdən dayandırılmayıb. Hazırda icra başçısı vəzifəsindən çıxarılıb. Amma rayondakı vəzifə sahibləri ilə əlaqələri qalmaqdadır.

“Dağı viran qoyublar. Dağıda-dağıda gedirlər. Gədəbəydə Sahib Hüseynovun bu qanunsuz əməlini bilməyən yoxdur. Əlimizdə dediklərimi təsdiq edən aktlar var. Ekologiya Nazirliyindən gəldilər, Gədəbəy bələdiyyəsinin üzvləri ilə gedib yerli baxış keçirdilər. Akt tərtib olundu. Dövlətə faktiki olaraq 1 milyon manatdan artıq ziyan dəyib. Aktda 457 min manat yazıblar. Mən akta qol çəkdim, ziyan daha çoxdur əslində. Prokurorluğa göndərdilər, onlar da götürüb polisə yolladılar ki, guya polis araşdırmalıdır. Bələdiyyə məsələ prokurorluğa gedib çıxandan sonra götürüb bir doğru olmayan məlumatlarla dolu məktub yazıb ki, giya ora dağ-mədən işləri üçün ayrılan torpaqdır, işlər də guya orada aparılır. Bəli, orada dağ-mədən işlərinin görülməsi üçün yer ayrılıb. Sahib Hüseynov isə həmin ayrılan yerin yaxınlığında 5 hektar dağlıq ərazini qanunsuz karxana edib. Bunu bələdiyyədə də bilirlər. Lakin nəyinsə qarşılığında belə bir məktub yazdılar. Bu adamlar prezidentin müvafiq fərmanlarına istinad edib öz qanunsuzluqlarına don geydirmək istəyirlər. Mən cənab prezidentə müraciət edirəm, bu adamlar qanunsuz fəaliyyətlə məşğuldurlar. Bir daha ekologiya nazirinə müraciət edirəm. Onların göndərikləri komissiyadan sonra burada qazıntı işləri daha da genişlənib. Əgər əvvəllər gün ərzində 10 maşın daş aparırdılarsa, bu gün 100 maşın aparırılar. Gədəbəydə baş verən bu qanunsuzluqlardan yerli camaat narazıdır. Karxana dağı uçuracaq, camaat qalacaq altında. O boyda karxana iyə deyil ki, bunu yerli orqanlar görməsinlər. Bu adam Yediyarov Ramizin adamıdır. Ramiz Yediyarovun şərikidir. Bunu hamı bilir. Ramiz Yediyarov gedib, amma onun şəriki camaatın başına oyun açmaqda davam edir, ekologiyaya divan tutur. Sanki bu yerlərin sahibi dövlət deyil”.

Sabiq vergilər naziri Fazil Məmmədov, onun yeznəsi Xaləddin İsgəndərovun da adı Sahib Hüseynovun himayəçiləri sırasında olub. Bu gün də adıçəkilən məmurların ucqar Gədəbəydə təsir imkanlarının qalması Sahib Hüseynovun qanunsuz fəaliyyətinin araşdırılmaması ilə nəticələnir.(istiqlal.az)

pia.az


Etiket: Gədəbəy

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar