Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Casus-missioner Bronsonun evangelist təriqəti barədə bilmədiklərimiz    

“Sionist xristianlar” adlanan bu kəsim yəhudilərin hegemonluğuna dəstək verir, qurtuluşu axirətdə gerçəkləşdirəcəklərinə inanır...

Bu günlərdə Türkiyə ilə ABŞ arasındakı “soyuq savaş”a, iqtisadi böhrana səbəb olan rahib Endryu Kreiq Bronsonun personası hələ də ciddi müzakirə mövzusudur.

Xatırladaq ki, İzmirdə yerləşən protestant Diriliş kilsəsinin keşişi Bronson 2016-cı il dekabrın 9-da həbs olunub. Türkiyə ədliyyəsi onu FETÖ üzvü olmaqda ittiham edir.

Türkiyə mediasının yazdığına görə, Bronsonun FETÖ üzvü olması ilə bağlı gizli və açıq şahidlər İzmirdə ifadə veriblər. Təhlükəsizlik səbəbindən amerikalı keşişin məhkəmə və istintaq prosesi gizli aparılır. Rəsmi ittihama əsasən, Bronson “dövlətə məxsus, gizli saxlanması lazım olan məlumatları siyasi və hərbi casusuluq məqsədilə əldə etmə, Türkiyə Böyük Millət Məclisini ləğv etməyə təşəbbüs, konstitusion sistemi dəyişməyə təşəbbüs” cinayətində ittiham olunur. Bundan başqa, Bronson “Gəzi Parkı” hadisələri zamanı aksiyaları dəstəkləmək və təşkilatçılıqda suçlanır. İttiham olunduğu cinayətlərə görə o, 35 ilə qədər həbs cəzası ala bilər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Rahib isə ittihamları rədd edib. Sadəcə, dini fəaliyyətlər həyata keçirdiyini, xristian kilsəsinə mənsub olduğunu, heç bir islamçı hərəkatı dəstəkləmədiyini və heç bir FETÖ üzvünü tanımadığını bildirib.

Qeyd edək ki, Bronson 2011-ci ildə kilsədə çıxış edərkən hücuma məruz qalaraq yaralanıb. O, 1968-cı ildə ABŞ-da anadan olub. Orada dini təhsil alıb, 23 ildən artıqdır Türkiyədə yaşayır. İzmirdə kilsədə dini fəaliyyətlə məşğul olur. Ancaq rahibin PKK üzvləri ilə görüşməsi, “Gəzi Olayları”na qarışması və nəhayət, FETÖ ilə bağlantısının olduğu iddia edilir. İzmir Diriliş Kilsəsinin keşişi olan Bronson kürd əsilli vətəndaşlar üçün gizli ayinlər təşkil edərək, onları xristianlığa dəvət edir. Yəni Bronsonun əsas işi missionerlikdir.

Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens evangelist təriqətinin qatı üzvlərindəndir. Amerikalı müəlliflər Maykl Dantonio və Peter Eisnerin birgə qələmə aldıqları “Kölgə prezidenti: Mayk Pens haqqındakı gerçək” adlı kitabda evangelistlərin hədəfi haqda ciddi iddialar mövcuddur. Müəlliflər yazırlar ki, evangelistlərin hədəfi təkcə Trampın siyasətinə istiqamət vermək yox, həm də gələcəkdə Mayk Pensi prezident postunda əyləşdirməkdir.

Bəs nədir bu evangelizm? Kimə evangelist demək olar?

Evangelist sözünün hərfi mənası “müqəddəs kitaba yönəlmək”dir. Yunan dilindən sözün tərcüməsi “yaxşı xəbər” və yaxud “müjdə” mənasına gələn “evangelion”dur. Amma bu gün üçün evangelizm Amerikadakı xristian cəmiyyətinin ən mühafizəkar və radikal qanadını ifadə edir.

Evangelizm ilk dəfə Protestant İslahatı zamanı Luther və onun bağlı olanlar üçün istifadə edilib. Amma bu gün üçün evangelizm, Amerikadakı xristian cəmiyyətinin mühafizəkar qanadını ifadə edir. Yəhudilərə və sionizmə olan ilginc bağlılığı isə evangelistlri xristian dini içində olduqca fərqli bir yerə oturdur. Evangeliklər hesab edirlər ki, yəhudilər “Tanrının seçilmiş xalqı”dır, müqəddəs torpaqlar isə yəhudilərin malıdır. Bundan başqa, yəhudilərin Məsihin gəlişi ilə birlikdə bir dünya hegemonluğuna çatacaqları kimi kəhanətləri də tamamən qəbul edərlər. Bu mövzuda üzərlərinə düşən ən böyük missiyanın isə yəhudilərin hegemonluğuna dəstək olmaq olduğunu düşünürlər. Bu baxımdan da bir növ xristianlıq və yəhudiliyin qarışığından meydana gələn və protestantlığın bir alt məzhəbi olan evangelistlərə “sionist xristianlar” da deyilməkdədir.

Evangelizmin kökləri 17-ci yüzillikdəki İngiltərə burjuaziyasına qədər uzanır. Bunlar katolik kilsəsini tanımadıqları kimi, İngiltərədəki yarıkatolik anqlikan kilsəsinin hakimiyyətini də qəbul etmirdilər. Dünya üzərindəki heç bir kralı tanımayan bu protestantlara görə, gerçək kral olan Məsih İsa qiyamətdən öncə geri qayıdacaq və Tanrının dünya üzərindəki krallığının başına keçəcək. Bunun üçün ona inanmayanlarla müharibə aparacaq və hamısını yox edəcək.

Evangelizm adını ilk istifadə edən şəxs də islahat hərəkatının lideri Martin Lutherdir. İngiltərədə təzyiq görən bu kəsim zamanında “yeni dünya Amerika”ya köç edib. Onlar özlərini İsa Məsihin geri qayıdacağı atmosferi hazırlamaq üzrə Tanrı tərəfindən seçilmiş bir qrup olaraq görməyə başladılar. Amerika da onların vəd edilmiş torpaqları idi.

Evangelistlər dünya miqyasında güclü televiziyalardan, qəzet və yayımlardan, internet saytlarından, video oyunlarından, film sektorundan yararlanaraq missionerlik etməkdədir. Bunun nəticəsində Amerikadakı evangelist təbliğatının sayında ciddi bir artım yaşanır. Evangelistlər 1987-ci ildə protestant nüfuzunun yüzdə 41-lik bir hissəsini təşkil etdiyi halda, 2004-cü ildə bu rəqəm 54 faizə çatıb. Əhalisinin sayı 300 milyon olan Amerikada evangelistlərin sayı 100 milyon nəfəri aşıb. 1950-ci ildə bütün dünyadakı sayları 4 milyon nəfər olduğu halda, 2004-cü ildə bu rəqəm 500 milyonu aşıb.

Evangelik inanca görə, Tanrının evanjelik protestant xristianlar üçün olan cənnətlə bağlı və yəhudilər üçün də dünyəvi olmaq üzrə iki planı var. Digər dinlərə mənsub insanlar isə Tanrı üçün önəm daşımırlar. Allahın yəhudilərlə bağlı planına görə, yəhudilər vəd edilmiş torpaqlara dönüb, böyük İsraili quracaq və dünyaya hökmranlıq edəcəklər. Evangelistlər isə bu plana dəstək olacaq və özləri üçün qurtuluşu axirətdə gerçəkləşdirəcəklər.

Protestanlıq inancına görə, İncil Tövratı təsdiqləmək üçün göndərilibsə, xristianların ümdə vəzifəsi Əhdi-ətiqə yönəlmək olmalıdır. Əhdi-ətiqdə isə Məsihin yenidən yer üzünə qayıdışından sonra bu kitaba inananlara dünya hegemonluğu və cənnət vəd edilir. Protestanlığın radikal qanadı olan evangelistlər bu müjdəni əsas götürüb yəhudilərlə birgə hərəkət etməyi müqəddəs borc hesab edirlər. Onların düşüncəsinə görə, Əhdi-ətiqdəki bu müjdə yəhudilərə dünyəvi, xristianlara isə axirət (üxrəvi) səadəti vəd edir. Yəni yəhudilərin dünya hegemonluğu yolunda çalışan xristianlar cənnətlə müjdələniblər. Bu xarakterilə evangalistləri “sionist xristian” adlandıranlar da var.(“Yeni Müsavat”)

pia.az

 


Etiket: Bronson

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar