Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda meyitdən götürülən orqanların siyahısı genişləndirilir  

Azərbaycanda “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişikliklər hazırlanır

Dəyişikliklər haqqında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev özəl olaraq Trend-ə bildirib ki, bütün dünyada orqan köçürülməsinin təxminən 85-90 faizi meyitdən götürülən orqanların hesabına həyata keçirilir:

Azərbaycanda isə meyitdən orqan köçürülməsi olmadığına görə bütün transplantasiyalar canlı insandan götürülən orqanların hesabına həyata keçirilir. Bu da bir tərəfdən donor üçün riskdir, digər tərəfdən geniş şəkildə transplantasiya həyata keçirməyə imkan vermir, yəni canlı insan yalnız cüt orqanlarını, tutaq ki, böyrəyinin birini, bir də bərpa olunan orqanını, yəni qaraciyəri verə bilər, ancaq digər orqanların canlı insandan transplantasiyası mümkün deyil. Ona görə də bu sistemin qurulması çox vacibdir”.

M.Quliyev bildirib ki, artıq 15 ilə yaxındır ki, Azərbaycanda orqan köçürülməsi həyata keçirilsə də, indiyə qədər meyitdən orqan götürülməsi işi qurulmayıb: “Bu işi qurmaq üçün qanunvericilikdə hüquqi bazanın yaradılması lazımdır. Bunu həyata keçirmək üçün yaradılan işçi qrupu qanunvericilikdə meyitdən orqan götürülməsinin qaydaları və şərtlərini, razılıq vermə qaydalarını, klinikalar qarşısında texniki tələbləri və s. məsələləri müəyyənləşdirir. Bu məsələlər öz həllini tapmalıdır. Digər tərəfdən mövcud “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanun 1999-cu ildə qəbul olunub. Ö dövrdə bütün dünyada transplantasiya haqqında təsəvvürlər indiki qədər geniş deyildi, həm də son illərdə elmi-texniki yeniliklər baş verib və biz onları da qanuna əlavə etməliyik. O cümlədən orqan bankının, donorların və donorluğa ehtiyacı olan şəxslərin reyestrinin yaradılması vacib məsələdir. Bundan əlavə mövcud qanunda köçürülməli olan orqanların dar siyahısı, yəni böyrək, qaraciyər, gözün buynuz qişası yer alıb. Ancaq indi ürək, ağciyər kompleksi, sümük əzələ kompleksi, mədəaltı vəzin bir hissəsi, uşaqlıq və s. olmaqla köçürülməli olan orqanların siyahısı da genişləndirilir və bu istiqamətdə iş gedir”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

M.Quliyev vurğulayıb ki, bu işlər yekunlaşdıqdan sonra dəyişikliklər parlamentin Səhiyyə komitəsində müzakirə olunaraq Milli Məclisə tövsiyə ediləcək.

Deputat qeyd edib ki, bu işi təkcə qanunvericiliklə həyata keçirmək mümkün deyil, bununla yanaşı maarifləndirmə də aparılmalıdır:

“İllər lazım olacaq ki, maarifləndirmə işi getsin, tanınmış, nüfuzlu adamlar qabağa düşüb öz orqanlarını sağlığında vəsiyyət etsin və s. Belə nümunələr olmalıdır ki, insanlar orqan bağışlamaqdan çəkinməsinlər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar