Rusiya prezidenti Vladimir Putin Avstriyanın xarici işlər naziri Karin Knaysl və Volfqanq Maylingerin toyuna dəvət alıb və buna müsbət cavab verib
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı Putinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib. O deyib ki, Putin Berlin səfəri zamanı yolüstü avstriyalı nazirin toy mərasiminə də qatılacaq.
Karin Knaysl Putini toyuna iyunun əvvəlində Vyanada səfərdə olarkən dəvət edib.
Toy mərasimi avqustun 18-də keçiriləcək. Təhlükəsizliyi Avstriyanın “Kobra” xüsusi bölməsinin zabitləri təmin edəcəklər.
pia.az