Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ümid edirik ki, Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq..."  

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Aktauda keçirilmiş Xəzəryanı dövlətlərin V Zirvə toplantısının nəticələrinə dair Trend-ə müsahibə verib

PİA.AZ həmin müsahibəni təqdim edir:

Qazaxıstanın Aktau şəhərində Xəzər dənizi üzrə V Zirvə toplantısının nəticələri barədə nə deyərdiniz? – 12 avqust 2018-ci ildə Aktauda keçirilmiş V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın imzalanması beş Xəzəryanı dövlət üçün tarixi hadisə və mühüm nailiyyətdir. Bu bir daha onu nümayiş etdirir ki, Xəzəryanı dövlətlər Xəzər hövzəsi və onun ətrafındakı regionlarda dayanaqlı sülh və əməkdaşlıq mühitinin təsbit olunmasında qəti əzmə malikdirlər. Konvensiya Xəzər dənizində dövlətlərarası münasibətlərin və davranışın hüquqi çərçivəsini müəyyən edir.

Sənədin əsasını beynəlxaq hüququn ümumqəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi təməl prinsiplər təşkil edir. Hüquqi rejimin və anlayışların müəyyən edilməsi ilə bərabər Konvensiya bütün Xəzəryanı dövlətlərin fəaliyyətində aydın, şəffaf və proqnozlaşdırılan sivil davranışı özündə ehtiva edir. Xəzəryanı dövlətlər arasında qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan bu cür münasibətlər Xəzər dənizi dövlətləri, həmçinin tərəfdaşlar üçün vacibdir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Xəzəryanı dövlətlər, həmçinin bu Konvensiyanın hazırlanması prosesində unikal regional mənsubiyyət, məsuliyyət və sahiblik kimi yüksək siyasi mədəniyyət nümayiş etdirdilər. Xəzəryanı dövlətlər hər hansı kənar müdaxiləyə imkan vermədən birgə konstruktiv səylərlə Xəzər dənizinin hüquqi statusuna dair Kkonvensiya daxil olmaqla mühüm nailiyyətlərə imza atdılar.

– Konvensiyanın razılaşdırılması prosesi üzv dövlətlər tərəfindən davamlı səylər tələb edib. Bu barədə fikirlərinizi öyrənmək istərdik.

– Etiraf etməliyik ki, Konvensiya razılaşdırılmasının son mərhələsi heç də asan olmayan müzakirələrdən keçib. 2017-ci ilin dekabrında Moskvada keçirilmiş Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iki günlük iclası çox intensiv xarakter daşıdı və nəhayət ki, Kkonvensiyanın razılaşdırılması istiqamətində əsas irəliləyiş əldə olundu.

Bir sıra müddəalar üzrə çox ağır müzakirələr keçmişdi. Amma xoş niyyətlə və qarşılıqlı etimad şəraitində aparıldığı halda, danışıqlar müsbət nəticə verir. Bütün bu müzakirələrin yekunu olaraq, Xəzəryanı dövlətlərin Aktauda keçirilmiş Zirvə toplantısında Konvensiya imzalanmaq üçün prezidentlərə təqdim olundu və biz bu nailiyyətə imza atdıq.

– Bundan sonrakı addımlar nədən ibarət olacaq?

– Ölkədaxili prosedurlara uyğun olaraq Konvensiya üzv dövlətlərin ratifikasiyasına təqdim olunacaq. Biz ümid edirik ki, Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq. Ratifikasiya prosesinin başa çatması və Konvensiyadan irəli gələn müddəaların praktiki icrası regionun dayanaqlı inkişafı üçün daha da geniş imkanlar açacaq. Konvensiyada və Aktau Zirvə toplantısında dövlət başçıları tərəfindən qəbul edilmiş kommünikedə yeni vəzifələr və tapşırıqlar müəyyən olunub. Bütün Xəzər regionunun və xalqlarımızın gələcək mənafeyi naminə xoş niyyətə, dostluğa və əməkdaşlığa əsaslanan intensiv işimiz bundan sonra da davam etdiriləcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar