Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ Xəzərdə hərbi baza açmaq istəyirdi, qarşısını aldıq...” - İran prezidenti

Həsən Ruhaninin çıxışından İranın yarırəsmi “Fars” agentliyi sitat gətirir

İran prezidenti Həsən Ruhani bu gün Tehranda hökumətin iclasında ötən bazar Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması barədə danışıb. İran prezidenti bu sənədin imzalanması sayəsində ABŞ-ın və NATO-nun Xəzər dənizində hərbi baza açmaq planlarının qarşısının alındığını deyib:

Xəzərin statusu barədə Konvensiyanın imzalanması ABŞNATO-nun qəsd planının qarşısını aldı”-İran prezidenti bildirib. Həsən Ruhani deyib ki, imzalanan Konvensiya ABŞNATO-nun mühüm regionun həyatına qarışmaq imkanlarını əlindən alıb.

“Qəsd planı bundan ibarət idi ki, Xəzər sahilinə Amerikanın və NATO-nun əsgərləri endirilsin, burada ABŞ-ın hərbi gəmiləri, onların vertolyotları və hərbi bazaları olsun”-Ruhani hökumət üzvləri qarşısında bildirib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İran prezidenti məmnunluqla deyib ki, imzalanmış konvensiya kənar dövlətlərin gəmilərinin və hərbi bazalarının regionda mövcudluğunu istisna edir. Əldə edilmiş razılaşmaya əsasən Xəzərdə bütün gəmilər ancaq Konvensiyanı imzalayan ölkələrin bayraqları altında üzə bilər. Onun sözlərinə görə, Konvensiyanın regional təhlükəsizlik üçün çox böyük əhəmiyyəti var.

Həsən Ruhani qeyd edib ki, Konvensiya Xəzərə dair bütün mübahisəli məsələlərin hamısını həll etməsə də danışıqlar davam etdiriləcək. “Biz bütün məsələləri danışıqlar və ancaq danışıqlar yolu ilə həll etməliyik”-o deyib. (Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar