Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın 50 faizlik payına dair möhtəkirlik

Nüfuzlu "Keyhan" qəzeti Aktau Konvensiyasına dair ictimai şübhələrdən yazdı

Bazar günü, avqustun 21-də Qazaxıstanın Aktau şəhərində keçirilən sahilyanı ölkələrin zirvə toplantısı siyasi və media dairələrində İranın Xəzər dənizindəki payına dair müzakirələrə təkan verib.

Biriləri Xəzər dənizində İranın payının azalmasını qeyd edib, digərləri imzalanmış Konvensiyanı “İkinci Türkmənçay müqaviləsi” adlandırıb; hətta Xəzəryanı dövlətlərin zirvə toplantısının məqsədinin İranın 50 faizlik səhminin Rusiya və digər ölkələrə satılması olduğunu iddia edənlər də tapılıb!

Bu söz-söhbətlər sözügedən sahədə çalışan mütəxəssislər və tədqiqatçılarla yanaşı, bəzi siyasətçilərin də marağını doğurub və onların hər biri bu məsələyə bir cür rəy verib.

Xəzər dənizinin hüquqi rejimi ilə bağlı Məclisdə həmişə mübahisəli açıqlamalar verən islahatçı deputat Mahmud Sadiqi parlament üzvlərinin danışıqlar prosesində qafil olduğunu vurğulayıb. O, “Twitter”-də yazıb: “Prezident Aktauya yollanıb, Xəzər dənizinin hüquqi rejimi ilə bağlı müqavilənin müddəalarında qeyri-müəyyənlik var. İranın 50 faizlik payının 11% faizə düşdüyü doğrudurmu? Bu, ikinci Türkmənçaydırmı? Millət vəkilləri bu məsələdən tam qafildirlər”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İranın 50%-lik payı: təbliğat və ya reallıq?

“Telegram” şəbəkəsində məsələyə rəy bildirən tarixçi Abdullah Şahbazinin sözlərinə görə, “İranın Xəzər dənizində indi azaldığı deyilən 50 faizlik payına dair iddianın heç bir tarixi və hüquqi bazası yoxdur, bu yalnız və yalnız siyasi təbliğatdır. Əgər İran Pəhləvi xanədanı dövründə “milli” idisə, Rusiya ilə münasibətlər, Nehru dövründə Hindistanın münasibətlərinə oxşar olsaydı, İran üçün Xəzər dənizindəki pay bəzi müstəsna və imtiyazlı mövqelərdə müəyyən edilə bilərdi, əlbəttə, 50 faiz deyil, məsələn, 30-40 faiz. Lakin Rza şah və Məhəmməd Rza şah Pəhləvi hakimiyyətləri zamanında İran Sovet İttifaqına qarşı Qərbin ön cəbhəsində idi və Soyuq müharibədə Sovet İttifaqına qarşı təxribatlarda iştirak edirdi, buna görə də, Xəzər dənizində və Fars körfəzindəki milli mənafelərimiz baltalanmışdı”.

Daha sonra o yazır: “Ən müstəsna tarixi imkanlarla Sovet İttifaqı ilə müqavilə bağlamaq və Xəzər dənizində, Fars körfəzinin cənub hissəsində İrana yaxşı töhfə verə bilmək şansı olmayan Rza şah iqtidarı Qərbin enerji mərkəzlərinin planlarına uyğun olaraq, məsələləri Əl-Səudun (Səudiyyə Ərəbistanının – tərc.) lehinə həll edib”.

50%-lik səhm iddiasının heç bir qanuni əsası yoxdur

Beynəlxalq əlaqələr üzrə tədqiqatçı Seyyid Səccad Təbatəbai “Mehr” jurnalında yazıb: “Bir çoxları məşhur iddiaya əsasən, Xəzər dənizinin bir zamanlar İran və Sovet İttifaqı arasında bölüşdürüldüyünü bildirirlər, yəni Sovet İttifaqının süqutu və sahilyanı ölkələrin sayının 5-ə çatmasından asılı olmayaraq, ölkəmizin Xəzər dənizindəki payı 50%-dir, qalan hissə isə keçmiş Sovet İttifaqı respublikaları arasında bölüşdürülməlidir. Əlbəttə, bu, beynəlxalq hüquqa və qaydalara ziddir”.

İngiltərə kraliçasına məxsus TV-nin yalanı

Bazar günü Britaniyanın kral ailəsinə məxsus televiziya kanalında (BBC – tərc.) Rusiyadakı Müasir İran Araşdırmaları Mərkəzinin rəhbəri Rəcəb Səfərovla müsahibə yayımlanıb. Xəzər dənizinə dair danışıqlarda 1996-cı ildən iştirak etdiyini bildirən Səfərov deyib ki, “rusiyalı ekspertlər elə ilk toplantıda hüquqi rejimin təməlini qoyublar”. “İran 1921 və 1940-cı illərin müqavilələri şərtlərinə əsasən, 50%-lik paya iddia edib, amma sonda payların bütün beş tərəf arasında bərabər bölünməsi təklifini irəli sürüb. Bizə də qəribə və əcaib gəldi ki, niyə İran öz payını güzəştə gedir…”

Rusiyalı ekspert iki gün sonra elə eyni teleşəbəkədə ilk müsahibədə söylədiklərini təkzib edib, məlum iddianın (İranın Xəzərdə 50 faizliik payı) tarixi əsasını inkar edib. Amma “BBC Farsi” iranlı səlahiyyətləri gözdən salmaq üçün Xəzər mövzusunu xəyanət və satqınlıq kimi yozmağa səy göstərib.

Səfərovun qalmaqallı iddiasına XİN-dən cavab

Söz-söhbətin yayımlanmasından üç gün sonra İran diplomatiyasının sözçüsü Bəhram Qasimi “BBC Farsi”də söylənənlər və Qazaxıstanda keçirilən danışıqlarla bağlı iddiaların əsassız olduğunu bildirib. “Səfərov Rusiya nümayəndə heyətinin üzvü kimi İran heyəti ilə danışıqlarında müzakirəçi qismində heç vaxt iştirak etməyib”. O, sözünün davamında Rəcəb Səfərovun iddialarını təkzib edib. “Əlbəttə, iddialar inandırıcılıqdan məhrumdur və heç bir şübhə yoxdur ki, bu əsassız iddiaların dizaynı xüsusi elementlər və mərkəzlərin rəhbərliyi və müəyyən məqsədlərlə həyata keçirilir”.

Hökumətin passivliyi və ictimaiyyətin narahatlığı

Bununla yanaşı, Məsləhət Şurasında xarici siyasət və beynəlxalq əlaqələr üzrə İşçi Qrupun katibi Mustafa Nəcəfi XİN-in Xəzər dənizinin hüquqi rejimi haqında Konvensiya ilə bağlı ictimai rəyi məlumatlandırmada passivliyini tənqid edib. “Xəzər dənizinin hüquqi rejimi barədə sənəd şübhə dalğasına səbəb olub… Niyə XİN Konvensiyaya dair ictimaiyyəti lazımi dərəcədə məlumatlandırmayıb? Axı o, şübhələri dağıtmaq üçün bu sahədə təcrübəsi olan ekspertlərdən istifadə edə bilərdi”.

Konvensiya münasib vaxtda imzalanmayıb

Digər tərəfdən, başqaları Konvensiyanın imzalanacağı vaxtı və zirvə toplantısını tənqid edib. Tehran Hüquq Universitetinin politologiya professoru və islahatçı fəal İlahə Kulai “Twitter”-də yazıb: “Ölkənin daxili və xarici şərtləri Xəzər dənizinin hüquqi rejiminin razılaşdırılması üçün uyğun deyil. Bu göldə (Xəzər dənizi – tərc.) İran xalqının hüquq və öhdəliklərini müəyyənləşdirmək üçün sənəd imzalanmamalıdır. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı Moskvanın Aktau Konvensiyası layihəsində maraqlarının təmin olunduğunu aydın şəkildə göstərir”.

O, həmçinin, İLNA-ya müsahibəsində deyib: “Bu baxımdan vacib məsələlərdən biri də İranın Birləşmiş Ştatların təzyiqinə məruz qalması və onun bölgə ölkələri tərəfindən dəstəklənməsidir. Vəziyyət göstərir ki, indi Xəzərin hüquqi rejimi ilə bağlı müzakirə masasında oturmağın vaxtı deyil…”

“Keyhan” qəzeti (İran)

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar