Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Trans-Xəzər məsələsi Rusiyadan asılı vəziyyətə düşdü” - Natiq Cəfərli

“Faktiki olaraq bizim öz sərhədlərimiz daxilində hərbi addımların atılmasına məhdudiyyətlər qoyuldu”

“Mən Türkmənistanı və Qazaxsatanın nəyə görə güzəştə getməsini deyə bilmərəm. Amma Azərbaycanın bu məsələdə güzəştə getməsinin səbəblərindən biri sahil sularının genişləndirilməsi məsələsi idi. Buna da nail oldu. Həm də ən azından “Kəpəz” yatağı artıq mübahisəli yataq deyil, Azərbaycana aid bir yataq kimi qeyd olunacaq”

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanması Azərbaycan üçün də ciddi əhəmiyyət daşıdığından, bu gün də müzakirə olunmaqdadır. Bəzi ekspertlər Xəzərin hüquqi statusunun müəyyən edilməsinin regionun inkişafı üçün xüsusi əhəmiyyət daşıdığını qeyd etsələr də, bəziləri də Kovensiyanı imzalayan 5 ölkədən -Rusiya, İran, Azərbaycan, Qazaxstan və Türkmənistandan başqa, digər ölkələrin hərbi donanmalarının Xəzərdə yerləşdirilməsinə qadağa qoyulmasını nəzərdə tutan bəndin Konvesiyaya daxil edilməsini Rusiyanın XəzərNATO-nu, əsasən də Amerikanı sıxışdırması kimi şərh edirlər. Əslində, bu, belədir. Çünki Xəzəryanı ölkələrdən dünyada supergüc olan ölkə Rusiyadır. O baxımdan da Rusiya ciddi-cəhdlə çalışır ki, Xəzərdə hegemonluğunu daima qoruyub saxlaya bilsin və Amerikaya heç zaman imkan verməsin ki, Xəzərdə dəniz donanmasını yerləşdirsin. Məhz buna görə də xarici ölkələrin dəniz donanmalarının Xəzərdə yerləşdirilməsinə qadağa qoydu. Rusiyanın uzaq perspektivə hesablanmış bu addımı isə NATO-ya, o cümlədən Qərbə meylli AzərbaycanQazaxstan üçün heç də yaxşı nəsə vəd etmir.

Xəzərə nə dəniz, nə də göl statusu verilməməsi də Rusiyaİranın birgə oynadığı “oyunun” nəticəsidir. Əslində, bunu Rusiyanın “əlinə oynayan” bir “kart” hesab etmək olar. Çünki Konvensiyaya görə, Xəzəryanı ölkələr öz aralarında razılaşmadan Xəzərin dibi ilə boru xətləri çəkilə bilməz. Hər hansı boru xəttinin çəkilməsi üçün Kovensiyanı imzalayan digər ölkələr razılaşmalıdır.

Bu da sonda Xəzərdə aparılan əməliyyatlarla bağlı həmin ölkələrdən asılılıq deməkdir. Yəni Konvensiyanı imzalayan ölkələrin razılığı olmadan Azərbaycan Xəzərdə öz ərazisində belə hər hansı bir addım ata bilməz.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qeyd edək ki, Konvensiyaya görə, hər bir dövlət Xəzər sahilindən 15 mil məsafəyə malik olacaq. Bundan başqa, sahil dövlətləri 10 mil məsafədə balıq tutma hüququna malikdirlər. Qalan ərazilər ümumi istifadədə olacaq. Bu, Xəzərin üst hissələrinə aiddir. Xəzərin dibi isə hələ ki, bölüşdürülməyib.

Xəzəryanı ölkələrin hamısının veto hüquqları var”

Xəzəryanı ölkələr tərəfindən Xəzərin bölüşdürülməsini şərh edən iqtisadçı Natiq Cəfərli “Hürriyyət”ə dedi ki, Xəzər dəniz statusunda qalsaydı, bağlanmış müqavilələr beynəlxalq Dəniz Konvensiyasına uyğun olmalıydı və bu zaman dənizin dibi ilə kommunikasiya xətlərinin çəkilməsi həmin konvensiyaya uyğun həyata keçirilməliydi: “Əslində, Azərbaycana sərfəli olan bu idi. Çünki bizim üçün ən maraqlı məsələrlədən birincisi Trans-Xəzər boru kəmərlərinin çəkilməsidir. Yəni Türkmənistandan və Qazaxstandan boru kəmərlərinin Azərbaycan üzərindən Avropaya çıxarılması məsələsidir. Bu, həm bizim üçün, həm də Qərb ölkələri üçün çox əhəmiyyətli məsələ idi. Dəniz statusu verilərkən, beynəlxalq Dəniz Konvensiyasının qaydalarına uyğun olaraq Xəzərin dibi ilə hər hansı bir əməliyyatın aparılması mümkün olacaqdı. Bunun üçün də iki qonşu ölkənin danışıqları kifayət edəcəkdi. Yəni Azərbaycanla Türkmənistan danışsaydı və bu kəməri çəkmək istəsəydi, buna digər ölkələr müdaxilə edə bilməyəcəkdi. Ona görə, məhz Xəzərin dəniz statusundan çıxarılmasında Rusiyaİran israrlı idi. Bu da baş verdi. İndi artıq Xəzərin dəniz statusu olmadığına və su hövzəsi kimi qeyd olunduğuna görə, bütün sərhədyanı ölkələrin razılığı ilə Xəzərin dibi ilə hər hansı kommunikasiya xətlərinin çəkilməsi mümkündür. Bu isə o deməkdir ki, sabah Azərbaycan Türkmənistanla danışıb, boru kəmərini çəkmək istəsə, Rusiya, İranQazaxstan bunun lehinə səs verməlidir. Yəni bütün ölkələrin veto hüquqları var. Ona görə də mən düşünürəm ki, Trans-Xəzər məsələsi Rusiyadan ciddi şəkildə asılı vəziyyətə düşdü. Xəzərin status məsələsində dəniz olmamasının əsas səbəbi budur”.

“Bizim öz sərhədlərimiz daxilində hərbi addımların atılmasına məhdudiyyətlər qoyuldu”

Xəzər sahili ölkələrin başqa dövlətlərin hərbi gəmilərinin dənizə çıxışına imkan verməməsi maddəsinin Konvensiyaya daxil edilməsi Amerika, ümumilkdə Qərbin maraqlarına nə dərəcədə zərbədir” sualına N. Cəfərli belə cavab verdi: “Əslində, bu maddə ilə bağlı Rusiyaİranın mövqeləri üst-üstə düşür. Hər iki dövlət israrla bu maddənin olmasını istəyirdi. Çünki hər iki dövlətin birbaşa Xəzərə çıxışı var və özlərinin Xəzərdə hərbi donanmaları mövcuddur. Xarici ölkələrin bura buraxılmaması, digər üç Xəzəryanı dövlətin -Azərbaycan, Türkmənistan və Qazaxstanın ayrıca müqavilə imzalamağa imkanlarının olmaması üçün bu maddəni daxil etdilər. Gələcəkdə Azərbaycanın NATO üzvlyü məsələsi gündəmə gəlsə, artıq bu sənədlə xarici hərbi bazaların Xəzər dənizinin ərazisində yerləşdirilməsinə qadağa qoyuldu. Təbii ki, bu, Qərbin, o cümlədən ABŞ-ın maraqlarına zidd bir addımdır və Xəzər dənizində Rusiyanın və İranın hegemonluğunun möhkəmləndirilməsinə xidmət edir. Digər 3 ölkənin də suveren hüquqlarını məhdudlaşdırır. Bu ölkələrin suveren hüququdur ki, öz ərzailərində xarici ölkələrin donanmasının yerləşdirilməsinə icazə versin. Dəniz sahəsi də bu ölkələrin öz ərazisi sayılır. İndi imzalanan Konvensiyada Azərbaycana 15 mil sərhəd suları aid edildi. Bu da təqribən 24 km edir. Yəni 24 km Azərbaycanın sərhəddidir. Quru olsun, dəniz olsun fərq etməz. Faktiki olaraq bizim öz sərhədlərimiz daxilində hərbi addımların atılmasına məhdudiyyətlər qoyuldu. Bu da Rusiyaİranın ən çox istədiyi məsələlərdən biri idi”.

“Amerikanın 3 dənizi Müdafiə Səddi Konsepsiyası var”

NATO kontekstində götürsək, Türkiyəni bu məsələyə aid etmək olar. Amma burada məqsəd Türkiyə deyildi, məqsəd Amerikadır. Çünki Amerikanın 3 dənizi Müdafiə Səddi Konsepsiyası var. Amerika Baltik dənizi, Qara dəniz və Xəzər dənizi barəsində Müdafiə Səddi Konsepsiyasını qəbul edib. Bu Konsepsiyanın ən vacib ayaqlarından biri Xəzər dənizi idi. Burada Azərbaycan üzərindən ABŞ-ın nəzarət funksiyalarını həyata keçirməsi strategiyası var idi. Pentaqon 10-15 ilə hesablanmış belə bir strateji sənəd qəbul edib. Əslində, bu bəndin Konvensiyaya daxil edilməsi bunun qarşısını almaq üçün atılmış addımdır. Sabah nə Azərbaycan, nə Qazaxstan, nə də Türkmənistan bu yolda hər hansı bir addım ata bilməyəcək”, - deyə iqtisadçı vurğuladı.

Rusiyanı hegemonluğuna qarşı hər hansı bir addım atmaq o qədər də asan deyildi”

“3 ölkə niyə suverenliyni məhdudlaşdıran bu bəndin Konvesiyaya daxil edilməsinə güzəştə getdi” sualını N.Cəfərli belə cavablandırdı: “Əslində, bu məsələnin 20 ildən çox uzanmasının əsas səbəblərindən biri də qarşılıqlı güzəşt məsələsi idi. Mən Türkmənistanı və Qazaxsatanın nəyə görə güzəştə getməsini deyə bilmərəm. Amma Azərbaycanın bu məsələdə güzəştə getməsinin səbəblərindən biri sahil sularının genişləndirilməsi məsələsi idi. Buna da nail oldu. Həm də ən azından “Kəpəz” yatağı artıq mübahisəli yataq deyil, Azərbaycana aid bir yataq kimi qeyd olunacaq. Bu da çox vacib məsələlərdən biridir. Mənə elə gəlir ki, Azərbaycan məhz bu güzəştin müqabilində bu addımı atdı. Açığı, həm də Rusiyanı hegemonluğuna qarşı hər hansı bir addım atmaq o qədər də asan deyildi”.

““Kəpəz” yatağını Azərbyacan Türkmənistanla birgə də işləyə bilər. Çünki çüzi bir hissəsi Türkmənistan sularına düşür. Amma Azərbaycan öz suları çəriçivəsində artıq o yatağın işlənməsi ilə bağlı müqavilə bağlayıb, addımlar ata bilər”, - deyə iqtisadçı əlavə etdi.

İran Xəzərin dibinin bölüşdürülməsində də güzəştə gedəcək”

Cəfərlinin fikrincə, İran Xəzərin üstünün bölünməsinə güzəştə getdiyi kimi, dibinin bölüşdürülməsində də güzəştə gedəcək: “Çünki xarci donanmaların, əsasən də Qərb güclərinin Xəzərdə yerlşdirilməməsi İran üçün də qırmızı cizgi idi. Bu da qəbul olundu. Mənə elə gəlir ki, İran bunun qarşılığında Xəzərin dibinin bölüşdürülməsində də müəyyən güzəştə gedəcək”.

“Bu Konvensiyanın həyata keçirilməsi dolaysı ilə Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər”

“Bəzi ekspetlər düşünür ki, Xəzərin bölüşdürülməsi ilə bağlı Kovensiyanın imzalanması Xəzəryanı ölkələrin Qarabağa məsələsində Azərbaycana dəstək verməsi ilə nəticələnə bilər” fikrinə isə Cəfərli belə münasibət bildirdi: “Qarabağ məsələsini bununla uzalaşdırmağın doğru olmadığını düşünürəm. Çünki Qarabağ daha dərin və böyük problemdir. Amma bu məsələdə Qazaxstan cox vacib rol oynayır, dəstək olmağa çalışır. Çünki o həm Gömrük, həm Avrasiya İttifaqının, həm də KTMT-nin üzvüdür. Bu anlamda Qazaxstanın həmişə müəyyən dəstəyi olub. Amma bu Konvensiyanın Qarabağ məsələsi ilə birbaşa əlaqəsinin olduğunu düşünmürəm. Lakin ən azından bu Konvensiyanın həyata keçirilməsi, Azərbaycan tərəfindən də müəyyən güzəştlərin olunması gələcəkdə dolaysı ilə bu münaqişənin həllində müsbət rol oynaya bilər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar