Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Amerika nəşrində yazdı

“Türkiyəyə qarşı birtərəfli fəaliyyət ABŞ-ın maraqlarını və təhlükəsizliyini sarsıdacaq”

The New York Times (ABŞ), 13.08.2018

Türkiyə və ABŞ son altmış ildə NATO-da strateji tərəfdaş və müttəfiqdir. Hər iki ölkə soyuq savaş dönəmində və sonralar ümumi çağırışlara qarşı çiyin-çiyinə durub.

Türkiyə uzun illər boyu gərək olarkən Amerikanın köməyinə tələsib. Bizim hərbçilər – kişilər və qadınlar – qanlarını Koreyada birgə axıdıblar. 1962-ci ildə Kennedi administrasiyası “Yupiter” raketlərini İtaliya və Türkiyədən yığışdıraraq sovetləri Kubadan raketləri çıxartmağa məcbur etməyi bacarıb. 11 sentyabr teraktlarından sonra Vaşinqton öz dost və müttəfiqlərinin şərə cavab zərbəsi vuracağına ümid edəndə biz öz qoşunlarımızı Əfqanıstana göndərdik ki, orada NATO missiyasının icrasına yardım edək.

Lakin Birləşmiş Ştatlar türk xalqının təşvişlərinə dəfələrlə və ardıcıl şəkildə sayğısızlıq və anlamazlıq göstərib. Bizim tərəfdaşlığımız son illərdə fikir ayrılıqlarının möhkəmlik sınağından keçib. Təəssüf ki, bizim bu təhlükəli tendensiyanın geri döndərilməısi üzrə səylərimiz hədər çıxıb. Birləşmiş Ştatlar Türkiyənin suverenliyinə sayğı göstərməyə başlamasa və ölkəmizin üzləşdiyi təhlükələri anladığını sübut etməsə, tərəfdaşlığımız təhlükə altına düşə bilər.

Türkiyə 2016-cı il 15 iyulda Pensilvaniyada kəndistan kompleksindən öz təşkilatına rəhbərlik edən, mənim hökumətim tərəfindən rəsmən Fətullahın Terrorçu təşkilatı adlandırılan Fətullah Gülən başda olmaqla kölgə qrupunun həmləsinə məruz qalıb. Gülənçilər mənim hökumətimə qarşı qanlı çevriliş təşkil etməyə çalışıblar. Milyonlarla sadə vətəndaş həmin gecə Amerika xalqının Perl-Harbor və 11 sentyabr teraktlarından sonra yaşadığı kimi vətənsevərlik hissi üzündən küçələrə atılıb. Şirkətin çoxdankı rəhbəri və mənim əziz dostum Erol Olkok, habelə onun oğlu Abdulla Tayib Olkok daxil olmaqla 251 adam ölkəmizin azadlığı uğrunda ən yüksək qiymət ödəyib. Uğur mənim və ailəmin dalınca gəlmiş ölüm eskadronuna yar olsaydı, mən də onlara qoşulardım. Türkiyə xalqı gözləyirdi ki, Birləşmiş Ştatlar həmləni qeyd-şərtsiz pisləyəcək və Türkiyənin seçilmiş rəhbərliyinə həmrəyliyini bildirəcək. Bu, belə olmadı. Birləşmiş Ştatların reaksiyası heç də qaneedici deyildi. Birləşmiş Ştatların rəsmi şəxsləri Türkiyə demokratiyasına qoşulmaq əvəzinə ehtiyatla “Türkiyə daxilində sabitlik, barış və vərəsəliyə” çağırdılar. Daha pisi budur ki, Türkiyənin ikitərəfli müqaviləlrə uyğun olaraq Fətullah Gülənin təslim edilməsi haqda xahişinə münasibətdə heç bir irəliləyiş olmayıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Məyusluq üçün daha bir səbəb Birləşmiş Ştatlar və 1984-cü ildən minlərlə Türkiyə vətəndaşının həlakına görə məsuliyyət daşıyan və ABŞ-da terrorçu qruplaşma sayılan Kürdüstan Fəhlə Partiyasının Suriya filialı P.Y.D./Y.P.G arasındakı tərəfdaşlığa aiddir. Türkiyə hökumətinin dəyərləndirdiyinə görə, Vaşinqton son illərdə P.Y.D./Y.P.G.-yə silah tədarükü üçün beş min furqon və iki min yük təyyarəsindən istifadə edib.

Mənim hökumətim Suriyada Kürdüstan Fəhlə partiyasının müttəfiqlərinə təlim keçmək və təchiz etmək qərarıyla bağlı bizim təşvişlərimizi Amerika rəsmilərilə dəfələrlə bölüşüb. Təəssüf ki, bizim sözümüz eşidilməyib və son nəticədə Amerika silahı Suriyada, İraqda və Türkiyədə mülki şəxslərə və təhəlükəsizlik qüvvələrimizin əməkdaşlarına qarşı istifadə olunub.

Birləşmiş Ştatlar Amerika vətəndaşı Əndryu Bransonun terrorçu təşkilatla əlbirlik ittihamı üzrə Türkiyə polisi tərəfindən həbs edilməsini bəhanə gətirərək Türkiyə ilə münasibətlərin gərginləşməsi üçün son həftələr boyunca bir sıra addımlar atıb. Birləşmiş Ştatlar məhkəmə prosesinə sayğı əvvəzinə – ki mən çoxsaylı görüş və söhbətlərimizdə prezident Trampı buna çağırmışam – dost millətin ünvanına yolverilməz təhdidlərlə çıxış edib və kabinetimin bir neçə üzvünə nisbətdə sanksiyalar tətbiq edilməsinə girişib. Bu qərar yolverilməz, irrasional və son nəticədə çoxdankı dostluğumuz üçün çox ziyanlı çıxıb.

Biz Türkiyənin təhdidlərə reaksiya vermədiyini məlum etmək üçün Amerikanın bir neçə məmuruna münasibətdə sanksiyalarla cavab verdik. Biz irəli gedərək həmin prinsipi təqib edəcəyik: mənim hökumətimi məhkəmə prosesinə qarışmağa məcbur etmək cəhdləri bizim Anayasaya və ümumi demokratik dəyərlərimizə ziddir. Birləşmiş Ştatlar dinləməkdən imtina edərsə, Türkiyə dəfələrlə bildirib ki, özü öz qayğısına qalacaq. Türkiyə hökuməti 1970-ci illərdə Vaşinqtonun etirazına baxmayaraq etnik türklərin kiprli yunanlar tərəfindən kütləvi qətliamını önləmək üçün müdaxilə edib. Vaşinqtonun Şimali Suriyadan qaynaqlanan milli təhlükəsizlik təhdidlərinə münasibətdə əndişələrimizi dərk etməmək bacarıqsızlığı lap bu yaxınlarda İŞİD deyilən qruplaşmanın NATO sərhədlərinə çıxışını kəsən və Y.P.G. döyüşçülərini Afrin şəhərindən çıxardan iki hərbi müdaxiləyə səbəb olub. Habelə milli maraqlarımızın müdafiəsi üçün bu hallardakı kimi gərəkən addımları atacağıq.

Şərin bütün dünya üzrə hissolunmaz qaldığı bir vaxtda Birləşmiş Ştatlar – onilliklər boyu müttəfiqimiz – tərəfindən Türkiyəyə qarşı birtərəfli fəaliyyət yalnız Amerikanın maraqlarını və təhlükəsizliyini sarsıdacaq. Nə qədər gec deyil, Vaşinqton münasibətlərimizin asimmetrik ola biləcəyi haqda yanlış təsəvvürdən imtina etməli və barışmalıdır ki, Türkiyənin alterantivləri var. Bu birtərəfli yanaşma tendensiyasını geri döndərmək bacarıqsızlığı və sayğısızlıq bizdən yeni dost və müttəfiqlər axtarışı tələb edir.

Tərcümə Strateq.az-ındır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar