Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İntihar edəcəyini deyən tanınmış jurnalist xəstəxanaya yerləşdirildi

Tanınmış jurnalist Səbuhi Məmmədli bu gün səhər saatlarında 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) reanimasiya şöbəsinə yerləşdirilib

Bu barədə məlumatı jurnalistin keçmiş iş yoldaşı Fuad Cəfərov sosial şəbəkələrdə yayıb.

O, BakuPost-a bildirib ki, Səbuhini ağır durumda, tam anlaqsız vəziyyətdə olduğuna görə həkimə aparıblar. İlkin müayinədən sonra isə reanimasiya şöbəsinə yerləşdirilib.

Tanınmış jurnalist bir müddətdir ki, özünün feysbuk səhifəsində intihar edəcəyi barədə statuslar paylaşırdı. Dünən də bu barədə iki post yazıb. İntihara səbəb kimi, maddi durumunu və səhhətindəki problemləri göstərib. Dostları isə problemin kökündə ziyanlı vərdişlərinin durduğunu söyləyirlər.

S.Məmmədli gənc yaşlarından Azərbaycan mətbuatının parlaq imzalarından biri olub. "525-ci qəzet”in ilk baş redaktoru olan jurnalist, sonradan "Yeni Müsavat”, "Azadlıq” qəzetlərində müxtəlif vəzifələrdə işləyib. O, son bir neçə il "APA Holding”də çalışıb. Burda fəaliyyət göstərdiyi müddətdə dünyanın ən qaynar nöqtələrində reportajları ilə diqqət mərkəzində olub.

Qeyd edək ki, Səbuhi Məmmədli bir neçə ay əvvəl isə holdinqdən uzaqlaşdırılmışdı və iş axtarırdı.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar