Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ” avrokuboklarda nə qədər mükafat alacaq?

Azərbaycan klubu indiyədək 1 milyon 440 min avro qazanıb

 “Qarabağ”ın 2018/2019 mövsümündə avrokuboklarda iştiraka görə əldə edəcəyi mükafatın məbləği müəyyənləşib.

“Report” xəbər verir ki, Çempionlar Liqasında (ÇL) I, II və III təsnifat mərhələsinin iştirakçısı olan Ağdam təmsilçisinə müvafiq olaraq, 280, 380 və 480 min avro ödəniləcək. III raundda iki oyunun nəticəsinə əsasən (0:1, 1:1), Belarusun BATE komandasına uduzan “Qarabağ” Avropa Liqasının pley-off mərhələsindəki iştiraka görə daha 300 min avro qazanacaq. Bu isə ümumilikdə 1 milyon 440 min avro deməkdir.

“Qarabağ”ın Avropa Liqasında büdcəsini daha da zənginləşdirmək imkanı var. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinə vəsiqə qazanarsa, 2 milyon 620 min avro əldə edəcək.

Qrup mərhələsində hər qələbəyə 570 min avro, heç-heçəyə 190 min avro veriləcək. İstifadə olunmamış vəsaitlər (hər heç-heçə üçün 190 min avro) toplanacaq və qrup mərhələsində çıxış etmiş klublar arasında qələbə sayına uyğun bölünəcək. Qrup qalibləri 1 milyon avro, ikinci yerin sahibləri isə 500 min avro əldə edəcək.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qrupdan pley-off mərhələsinə yüksələcək klublar üçün ödənişlərə gəlincə, 1/16 finalçılar 500 min avro, 1/8 finalçılar 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar isə 4,5 milyon avro alacaq. Qalibə isə 4 milyon avro ödəniləcək.

UEFA ÇL-in və Avropa Liqasının qrupuna düşə bilməyən ölkə çempionlarına əlavə olaraq, 260 min avro da verəcək. Yəni, “Qarabağ” pley-offda “Şerif” (Moldova) – “Valür” (İslandiya) cütünün qalibini keçə bilməsə, mövsümü 1 milyon 700 min avro qazancla başa vuracaq.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar