Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda dollar ajiotajı: bəzi banklar satışı dayandırıb, bəzilərsə – Günün reportajı..

Rus rublu və türk lirəsinin dəyərdən düşməsi Bakı banklarında ajiotaj doğurub

Ötən həftə banklarda dollar satışına limit qoyulması bu prosesin tərkib hissəsidir.

Həftənin ilk iş günü banklardan aldığımız xəbərlərə görə, nəinki dollar satışında limit mövcuddur, hətta dollar satışını müvəqqəti dayandırmış banklar var.

►Satışı dayandıran banklar…

Bizə bunu danışan vətəndaşlardan biri də dollar almaq istəyərkən “Yox” cavabı ilə qarşılaşıb. Ona “Elmlər Akademiyası” metrosu yaxınlığındakı banklardan birində deyilib ki, satış yoxdur. Bu, nəyəsə hazırlıqdır, amma bilinmir.

Limitə gəlincə, “Bank Respublika” bir nəfərin 1 gün ərzində maksimum 20 min dollar ala biləcəyini açıqlayıb. Realda isə banka yaxınlaşarkən 20 min dollar satılmır.

Banklar istəmir ki, külli miqdarda xarici valyutaəllərindən çıxsın. Eləcə də “AccessBank”gün ərzində bir nəfərə maksimum 30 min dollar satıla bilər.

“Bank of Baku”,isə ümumiyyətlə, dollar satışını müvəqqəti dayandırıb. “Xalq bank” “AtaBank” və “TuranBank” isə kassada dollar olanda satır, olmayanda valyuta mübadiləsi aparmır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Hazırda “Əmrahbank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Günaybank” dollar satışı məhdud məbləğdə satır.


► 500 manatdan yuxarı versəniz…

Məsələn, siz bir bankda 500 manatdan yuxarı dollar ala bilməzsiniz. Bunun üçün əldəki pulu müxtəlif banklara daxil olaraq dəyişmək lazımdır.

Məsələn, Fəvvarələr meydanında yalnız “Günaybank”ın filialı fəaliyyət göstərir. Bu da vəziyyətdən istifadə edərək aşağı kursla dollar dəyişir.

Əsasən də ərəb turistlər bu banka müraciət edirlər və hər gün növbə yaranır. Bank isə 500 manatdan yuxarı verdikdə dollar satmır.

Camaat arasında dolaşan xəbərlər bundan ibarətdir ki, türk lirəsinin ucuzlaşması bankları hərəkətləndirib. Onlar əhaliyə dollar çox satmaqla manatı gözləyən riski daha da mürəkkəb şəraitə almaq istəmirlər.

Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev report-a demişdi ki, limitin tətbiqi ilk növbədə valyuta bazarında möhtəkirlik hallarının qarşısını almaq məqsədi daşıyır.

Çünki bəzi işbazarlar kütləvi şəkildə dolları alıb, sonra onu baha satış çıxarırlar, bazarda gərginlik yaradırlar.


► Vüqar Bayramov: “Mərkəzi Bank fərqli ssenarilər həyata keçirməlidir”

İqtisadçı alim Vüqar Bayramov feysbuk hesabında yazıb ki, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olsa da, neftin qiyməti və ticarət tərəfdaşlarımız içərisində Rusiya rublu milli valyutamızın kursuna birbaşa təsir göstərir.

Onun sözlərinə görə, Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını alır:

“İqtisadiyyatımızda aparıcı olan neft sektoru məşğulluğun 7 faizini formalaşdırdığından bizim üçün 1.5 milyard dollarlıq illik qeyri-neft ixracatı məşğulluğun, xüsusən də regionlarda iş yerlərinin saxlanması baxımdan çox vacibdir.

Bu baxımdan, manatın məzənnəsində neftin qiyməti həlledici olsa da qeyri-neft ixracatı baxımdan yeganə faktor deyil. Bu baxımdan, Rusiyadakı iqtisadi vəziyyətin necə dəyişməsi bizim valyuta bazarımız üçün az təsirli deyil.

Türkiyə isə qeyri-neft ixracatımızın 26, ümumi ticarət dövriyyəmizin isə 13 faizini formalaşdırır. Amma rubl ilə müqayisədə Azərbaycan Mərkəzi Bankının lirənin manata təsirlərini marjinallaşdırmaq imkanları daha genişdir.

Amma əgər lirə daha kəskin ucuzlaşarsa o zaman Mərkəzi Bank fərqli ssenarilər həyata keçirməlidir. Növbəti aylarda isə dekabrda dollara tələbin artacağı gözlənilir.

Bu həmin özəl və dövlət müəsssisələrin xarici borc öhdəliklərinin yerinə yetirməsi, idxalın artması və səfərlərin çoxalması kimi faktorlar ilə bağlıdır.

Amma yenə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın siyasətindən asılı olacaq. Neftin mövcud qiymətini məqbul hesab edən Mərkəzi Bank valyuta bazarında dominantlığını qoruyub saxlayır.

Bununla belə, bütün bunlara və eləcə də elə baş bankın özündən gələn açıqlamalara baxmayaraq Mərkəzi Bank tam üzən məzənnə rejiminə keçməyə heç də tələsmir”. (azeuronews.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar