Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Mənsimovun dənizçilərinin SOS siqnalı  

Mübariz Mənsimovun “Palmali” Şirkətlər Qrupunun daha bir gəmisi pis vəziyyətə düşüb

Virtualaz.org-un məlumatına görə, Rostov şəhər Həmkarlar İttifaqı Komitəsinin sədri Leonid Qluşak TASS-a bildirib ki, söhbət həm də Rusiya dənizçilərindən ibarət olan Riroil 2 gəmisinin ekipajından gedir, hansı ki, doqquz aydır əmək haqqı ödənmir, limana girmək üçün vəsaiti və yanacağı yoxdur.

Agentliyin həmsöhbəti bildirib ki, Riroil 2 gəmisi Qara dənizdə, Kerçensk boğazının arxasında 12-millik zonanın ərazisindədir. "Riroil 2 gəmisinin ekipajı təxminən doqquz ayın əmək haqqını almayıb, orada 11-12 nəfər insan var. Gəmidə yanacaq minimum həcmdədir, ekipaj fırtına və ya ştatdankənar vəziyyət halında təhlükəsiz yerə sığına bilməyəcək, insanların həyatı üçün təhlükə yaranıb", - deyə Qluşak bildirib.

Həmkarlar İttifaqı Komitəsi sədrinin məlumatına görə, Mübariz Mənsimovun şirkətinin gəminin dənizçilərinə borcu təxminən 200 min dollar təşkil edir. Qluşak deyib ki, Həmkarlar İttifaqı Komitəsi məsələni həll etməyə, gəmini yedəklə sahilə çəkməyə çalışır.

Məlumata görə, “Palmali” şirkətinin dörd gəmisinin dənizçilərinə maaş ödəmirlər. Bunlar Riroil 5 (Azov limanı), Riroil 3 (Rostov-Don), Adriatic Mariner və Riroil 2 gəmiləridir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Maaş borcuna görə daha əvvəl Riroil 5 gəmisinin ekipajı Malta bayrağı altında aclıq elan etdi, hansı ki, Azov limanında reyddə dayanmışdı. Nəqliyyat prokurorluğunun müdaxiləsindən sonra gəmi sahibi-Türkiyə şirkəti Azov və Rostov limanlarında dayanmış iki tankerin ekipajına ümumi məbləği 6 milyon rubldan çox olan maaş borcunu ödədi və dənizçilər etiraz aksiyasını dayandırdılar.

Riroil 2 ekipajı və qismən də türk limanı Ereqlidə reyddə dayanan Adriatic Mariner dənizçiləri ilə isə indiyə qədər hesablaşmayıblar.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar